Şirvan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur
10.12.2024 [20:35]
Şirvan şəhərində su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri çərçivəsində küçə və prospektlərdə müxtəlif diametrli istismar müddətini başa vurmuş su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, Şirvan şəhər Sukanal İdarəsi tərəfindən hər il olduğu kimi, 2024-cü ildə də bir sıra işlər həyata keçirilib.
Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovun sözlərinə görə, ərazilər sayğaclaşdırılır. Köhnə xətlər yeniləri ilə əvəz olunur: “Su itkisi demək olar ki, 50 faiz aşağı endirilib. Hazırda su itkilərimiz şəhər üzrə 27-30 faiz təşkil edir. Qarşımıza su itkilərini minimum endirməyi hədəf qoymuşuq.
İl ərzində su xətlərində 1627, kanalizasiya xətlərində isə 1472 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb. Ümumiyyətlə, şəhər ərazisində baş verən bütün qəzalar dərhal aradan qaldırılır. Şirvan sakinləri əvvəlki illərdə içməli su ilə bağlı yaşadıqları problemlərin artıq aradan qalxdığını bildirirlər.
Şirvan şəhər sakini Azər Şükürovun bildirdiyinə görə, Şirvan şəhərində vaxtilə su problemi olsa da, indi demək olar ki, problem həll olunub: “Bütün borular dəyişdirilib, hər yerə sayğac qoyulub, su təminatı 100 faiz yaxşıdır”.
Bu il ərzində layihənin davamı olaraq şəhərdə əsasən, “Köhnə şəhər” yaşayış massivinin Şıxbalaoğlu, 1 May, İsmət Qayıbov, Səməd bəy Mehmandarov, Nizami Gəncəvi, Həzi Aslanov, Seyid Əzim Şirvani, Şirin Şükürov və digər küçələrini əhatə etməklə 14160 paqonometr müxtəlif diametrli yeni su xətti, H.Əliyev prospekti ilə paralel ictimai-iaşə obyektlərinin qarşısında və digər küçələrdə, ümumilikdə 224 paqonometr 150 mm-lik, 1997 paqonometr 200 mm-lik, 2294 paqonometr 300 mm-lik yeni kanalizasiya xətləri çəkilib, 316 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Bundan başqa 1122 ədəd mexaniki sayğac quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 9205 kvadratmetri bərpa edilib. Su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulan ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılıb.
Fərhad Hüseynov qeyd edib ki, hazırda Şirvan şəhərində M.F.Axundov, Məhəmməd Əsədov, Şəhidlər, Şirvan küçələrində 488 abonentə su və kanalizasiya xətlərinin çəkilişi davam edir. Şəhərin digər hissəsində İsmət Qayıbov, Şirin Şükürov, Gülbala Şıxbalaoğlu küçələrində 1800 abonentə su xətlərinin çəkilişi başa çatdırılıb.
Qeyd edək ki, Şirvan şəhər Sukanal İdarəsinin xidməti ərazisində 1 ədəd nasosxana fəaliyyət göstərir ki, həmin nasosxananın sazlığı daim diqqətdə saxlanılır.
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

