Milli terminoloji informasiya sisteminin formalaşmasının elmi-nəzəri əsasları işlənilib
12.12.2024 [23:12]
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının elmi seminarının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Seminar institutun dissertantı Əfruz Qurbanovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunub.
Ə.Qurbanova dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin beynəlxalq təcrübə və standartlar əsasında e-dövlət platformasında Azərbaycan dili ekosisteminin tərkib hissəsi kimi Milli terminoloji informasiya sisteminin (MTİS) sintezi üçün model, metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.
İddiaçı qeyd edib ki, internetin sürətlə inkişafı nəticəsində milli dil mühitinə daxil olan çoxdilli informasiya seli qarşısında dilin terminoloji təhlükəsizliyinin təmin olunması, internet və İKT-nin imkanlarından istifadə etməklə terminoloji fəaliyyətin səmərəliliyinin yüksəldilməsi, ölkədə terminoloji fəaliyyətin müvafiq beynəlxalq standartların və müasir İKT-nin tələblərinə müvafiq qurulması və s. mövzunun aktuallığını şərtləndirən amillərdir. Ə.Qurbanova e-dövlət çərçivəsində terminoloji lüğətlərin və digər mühüm materialların vahid reyestrinin formalaşdırılmasının, cəmiyyətin bütün təbəqələrinin termin yaradıcılığında aktiv iştirakının təmin edilməsinin zamanın tələbi olduğunu vurğulayıb.
Ə.Qurbanova dissertasiya işində qoyulmuş elmi-nəzəri və praktiki məsələlər, müdafiəyə çıxarılan əsas elmi müddəalar və tədqiqatın elmi-nəzəri və praktiki əhəmiyyətini seminar iştirakçılarının diqqətinə çatdırıb.
O bildirib ki, tədqiqat çərçivəsində terminoloji informatikanın elmi-texnoloji problemləri analiz olunub, əsas inkişaf istiqamətləri müəyyən edilib və bu istiqamətlərdə elmi araşdırmaların aparılmasının vacibliyi əsaslandırılıb. Eyni zamanda, Milli Terminoloji İnformasiya Sisteminin konseptual modeli və arxitektura-texnoloji prinsipləri işlənib, funksional altsistemləri təhlil edilib, imkan və perspektivləri müəyyənləşdirilib.
Məruzədən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – dosent Fəhrad Paşayev və dosent Məkrufə Hacırəhimova çıxış edərək dissertasiya işinin əhəmiyyətini önə çəkiblər. Rəyçilər tədqiqat işində elmi yeniliklərin tamamilə orijinal olduğunu, nəzəri və praktik cəhətdən böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər, kompleks məsələlərin uğurla həll edildiyini vurğulayıblar.
Sonra iddiaçı ona ünvanlanan sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51

