Hüquqlarımızı müdafiə edənlər...
28.12.2024 [08:58]
Azərbaycanda Vəkillərin peşə bayramıdır
İnsan hüquqlarının qorunması demokratik inkişafın başlıca meyarlarından biri sayılır. Qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərən peşə sahiblərindən biri də məhz vəkillərdir. Hüquq təkcə sadə vətəndaşlar üçün deyil, həm də qurumlar, dövlətlər üçündür.
Hər bir peşənin özünə görə əhəmiyyəti, müəyyən çətinliyi var. Lakin bütün peşələrin üzləşəcəyi hər hansısa qanunsuzluqda ədaləti təmin edə biləcək sahə məhz vəkillikdir. Bu şərəfli peşənin sahibləri öz işlərinə bağlı, dürüst və qanunun aliliyinə sadiq olmalıdırlar. Vəkil olmaq nə qədər çətin olsa da, bir o qədər qürurvericidir. Haqqı tapdalanan insanlar üçün ədaləti bərpa etmək məsuliyyətli və şərəflidir...
5 il öncə...
Yeri gəlmişkən, bu gün ölkəmizdə “Vəkillər günü”dür. Ölkəmizdə bu günün təsis edilməsi məsələsinə toxunmazdan əvvəl ötən tarixə qısa nəzər salaq. Şərqdə qadınlara seçki hüququ vermiş ilk ölkə olan Azərbaycanda 20-ci əsrdə ciddi problemlərlə üzləşmiş hüquq müdafiəçiləri 70 il ərzində sovetlər tərəfindən sərt nəzarət altına alınmış və yalnız 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra onlara sərbəstlik verilmişdi.
Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat olmuşdu. Həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdi. Müstəqilliyin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə keçirilmiş təsis yığıncağı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilib.
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamının preambulasında da qeyd edildiyi kimi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var.
Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında sərəncamına əsasən isə hər il dekabrın 28-i ölkəmizdə “Vəkillər günü” kimi qeyd olunur. Şübhəsiz ki, bu, vəkillik institutuna dövlət başçısı tərəfindən verilən yüksək dəyərin bariz nümunəsidir. Qərar qəbul edildiyi gündən bu yana hər il haqq və hüquqlarımızın mühafizəçilərinin peşə bayramı xüsusi təntənə ilə qeyd edilir.
Azərbaycan post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir. Ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul edilib. Heç bir dövlət qurumunun vəkillik fəaliyyətinin işinə müdaxilə edə bilmədiyi, qanunla da bu məsələnin həllini tapdığı, o cümlədən hazırda vəkillik fəaliyyətinin yeni dövrünü yaşayaraq inkişaf etdiyinin şahidi oluruq.
Vəkillərin daxil olduğu təşkilat...
Qeyd edək ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır. Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Bütün vəkilləri peşə bayramı münasibətilə təbrik edir, ölkəmizdə hüquq və azadlıqların müdafiəsi kimi şərəfli fəaliyyətlərində uğurlar arzu edirik!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

