Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cəbrayıl sakini: Böyük sevinclə evimizə qayıdırıq

Cəbrayıl sakini: Böyük sevinclə evimizə qayıdırıq

16.01.2025 [09:54]

"İllər sonra doğma Cəbrayılıma dönməyin sevincini duymaq çox gözəldir. Böyük sevinc və qürurla evimizə, ocağımıza qayıdırıq".

AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Şamama Məstəliyeva deyib.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən sakin, doğma yurduna qayıtdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya da minnətdarlığını bildirib.

Qeyd edək ki, Prezident Ilham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 32 ailə - 153 nəfər köçürülüb.

Paylaş:
Baxılıb: 266 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30