“PocketQube” piko-peyki kosmik orbitə buraxılır
05.02.2025 [09:37]
Hər gün, hər saat kosmik texnologiyalar sahəsində yeniliklər inkişaf etməkdədir. Son illər ölkəmizdə də kosmik sahədə maarifləndirmə, təbliğat və araşdırmaların aparılması istiqamətində mühüm addımlar atılıb. Bu sahənin inkişafı və gənclərin fəal iştirakı ilə əlaqədar müxtəlif tədbir və layihələr həyata keçirilir.
Milli peyk proqramları
Yeni texnologiyalar həm elmi tədqiqatların daha dərindən öyrənilməsinə, həm də kommersiya məqsədli layihələrin inkişafına təkan verir. Xüsusilə, kosmosda fəaliyyət göstərən cihazların miniatürləşdirilməsi, yəni kiçikölçülü, yüngül, lakin yüksək funksionallığa malik cihazların hazırlanması bu sahədə yeni inqilabi dövr açır. Bu sahədə orta məktəblərimizdə də şagirdlərin inkişafı üçün mühüm addımlar atılmaqdadır.
Belə ki, məktəblərin müasir texnoloji avadanlıqlarla təmin edilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində atılan addımlar da şagirdlərin gələcək uğurlarında mühüm rol oynayır. Xüsusilə kosmik yeniliklərlə bağlı seminarlar, təlim proqramları və layihələr vasitəsilə şagirdlər kiçik yaşlarından müasir texnologiyaların necə işlədiyini öyrənir və bu sahədə öz gələcək karyeralarını qurmağa təşviq olunurlar.
Azərbaycan kosmik tədqiqatlar sahəsində öz mövqeyini getdikcə gücləndirir. Son illərdə milli peyk proqramlarının həyata keçirilməsi, innovasiya müsabiqələrinin təşkili və Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) təhsilinin inkişafı istiqamətində atılan mühüm addımlar gənc nəslin bu sahəyə marağını artırır və ölkədə texnoloji inkişafı sürətləndirir. Bu təşəbbüslər gəncləri yalnız nəzəri biliklərlə məhdudlaşdırmır, həm də real qlobal problemlərin həll yollarını tapmağa istiqamətləndirir. Məktəblilər arasında keçirilən innovasiya müsabiqələri, elmi konfranslar və texnologiya sərgiləri gənclərin öz ideyalarını təqdim etməsi və beynəlxalq səviyyədə tanınması üçün əlverişli platforma yaradır. Bu tədbirlərdə şagirdlər öz layihələrini inkişaf etdirərək mühəndislik, proqramlaşdırma və tədqiqat sahələrində təcrübə qazanırlar.
Məktəblilərimiz peyk buraxacaqlar
Yeri gəlmişkən, bu il “SpaceX” daşıyıcı raketi vasitəsilə “PocketQube” piko-peykinin kosmik orbitə buraxılması planlaşdırılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Bu layihə Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif
şagirdləri arasında baş tutacaq.
“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.
Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qram olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.
“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. “Rideshare” proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.
Bundan əlavə, “SpaceX”in yüksək etibarlı buraxılış platforması “PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq.
Göründüyü kimi, bu təşəbbüslər azərbaycanlı məktəblilərin beynəlxalq kosmik texnologiyalara inteqrasiyasını, qabaqcıl texnologiyaların təhsilə mühüm təsirini, məktəblilərin rəqəmsal savadlılığının artırılması istiqamətində atılan addımların rolunu bir daha vurğulayır. Bundan əlavə, bu layihələr gəncləri məktəb yaşlarından yerli və beynəlxalq səviyyədə yeni əməkdaşlıq qurmağa, praktiki tətbiqlər vasitəsilə nəzəri biliklərini mürəkkəb layihələrdə tətbiq etməyə təşviq edir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

