/ / Professor Gülçöhrə Məmmədova: Göy məscid Azərbaycan memarlığının nadir incisi idi, 1988-ci ildə yandırılıb
Professor Gülçöhrə Məmmədova: Göy məscid Azərbaycan memarlığının nadir incisi idi, 1988-ci ildə yandırılıb
24.06.2025 [15:18]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq elmləri doktoru professor Gülçöhrə Məmmədova “İnşaatın müasir problemləri” beynəlxalq elmi konfransında çıxışı zamanı Qərbi Azərbaycanın dini memarlıq irsi ilə bağlı mühüm faktları diqqətə çatdırıb.
Yeniazerbaycan.com xəbər verir ki, rektor çıxışında tarixi faktlara nəzər salaraq, Rusiya imperiyasının İrəvan xanlığını işğal etməsi ərəfəsində təkcə İrəvan şəhərində 8 məscidin fəaliyyət göstərdiyini söyləyib. O qeyd edib ki, XX əsrin əvvəllərində bu say 12-yə çatmışdı. Məşhur tarixçi İvan Şopenin məlumatına görə, həmin məscidlərdən 2-si İrəvan qalasının içərisində, 6-sı isə – Zal xan, Novruzəli xan, Sərtip xan, Hüseynəli xan, Hacı İnamverdi və Hacı Cəfərbəy məscidləri – qaladan kənarda yerləşirdi.
Rektor Gülçöhrə Məmmədova çıxışında həmin məscidlər arasında memarlıq baxımından ən möhtəşəminin Hüseynəli xan məscidi olduğunu xüsusi vurğulayıb. Divarları göy kaşı ilə örtüldüyünə görə “Göy məscid” adlanan bu tikili Azərbaycan memarlığının nadir incilərindən hesab olunurdu. 1760–1768-ci illərdə Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilmiş məscid 97,2 x 66 metr ölçüləri ilə seçilirdi. Onun həyətində fəvvarəli daş hovuz və sıx kölgəlik yaradan ağaclar yerləşmişdi.
Professor bildirib ki, bu memarlıq abidəsi sovet dövrünə qədər salamat şəkildə gəlib çatsa da, 1988-ci ildə Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən vandalizm aktları çərçivəsində ermənilər tərəfindən yandırılıb. Daha sonra həmin ərazidə kiçik bir məscid inşa olunaraq, onun tarixi kimliyi saxtalaşdırılıb və “Fars məscidi” adı altında təqdim edilib.
Gülçöhrə Məmmədova bu faktı Qərbi Azərbaycandakı memarlıq irsinin məqsədli şəkildə məhv edilməsi və mənimsənilməsi siyasətinin bariz nümunəsi kimi dəyərləndirib və vurğulayıb ki, belə tarixi gerçəkliklərin sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması bu gün mühüm elmi və ictimai missiyadır.
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

