Cari ildə 17 min 566 tələbə peşə təhsili müəssisələrindən məzun olub
30.06.2025 [23:29]
İyunun 30-da Bakıda və regionlarda yerləşən 63 peşə təhsili müəssisəsində "Məzun günü" tədbirləri keçirilib.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Məzun günü” tədbirlərində Agentliyin rəhbərliyi, peşə təhsili müəssisələrinin əməkdaşlıq etdiyi işəgötürən şirkətlərin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Məzun günü”ndə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov ölkə miqyasında peşə təhsilli kadrlara olan tələbatın hər il artdığını vurğulayıb. O, uğur qazanmaq üçün çətinliklərdən çəkinməməyi, milli kimliyi qorumağı və azərbaycançılıq dəyərlərini yaşatmağın vacibliyini diqqətə çatdırıb. Agentlik rəhbəri, həmçinin Azərbaycanın yeni inkişaf mərhələsində — Qarabağın bərpası, sənayeləşmə, yaşıl enerji və innovasiya sahələrində savadlı, bacarıqlı və vətənpərvər gənclərə böyük ehtiyac olduğunu xüsusilə qeyd edib.
Tədbirlər müəssisələrin tələbə və müəllimlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib. Bu hissədə tələbələr yaradıcılıq qabiliyyətlərini və mədəniyyətə olan maraqlarını nümayiş etdiribilər.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsindən 17 min 566 tələbə məzun olub. Onlardan 1601 nəfəri ilk peşə təhsili, 15571 nəfəri texniki peşə təhsili, 394 nəfəri yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

