COVID geri qayıdır?
08.07.2025 [10:05]
“Omikron”un bəzi altnövləri hələ də dövriyyədədir...
Son günlər əhali arasında qrip simptomlarına bənzər viruslar çox yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur. Adını qoya bilmədiyimiz və ağır simptomlarla keçirilən xəstəliyin əslində “Omikron” ştammı olduğu ortaya çıxıb. Belə ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında hazırda Azərbaycanda COVID-19 infeksiyasının “Omikron” ştamının mövcud olduğunu bildirib.
T.Eyvazov qeyd edib ki, həm Azərbaycanda, həm də bir çox digər ölkələrdə COVID-19 infeksiyasının “Omikron” variantının bəzi altnövləri hələ də dövriyyədədir: “Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan insanlarda xəstəlik əsasən yüngül keçir və bir neçə gün ərzində sağalma ilə nəticələnir”.
Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması, öskürək, oynaq və əzələ ağrıları ilə müşahidə olunan hallar isə əksər hallarda müxtəlif respirator virus infeksiyaları ilə bağlıdır. Bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və xüsusilə insanların sıx toplaşdığı məkanlarda sürətlə yoluxma halları baş verir.
Belə simptomlarla müşahidə olunan infeksiyalar çoxdur və onların gedişatı şəxsin fərdi xüsusiyyətlərindən - xüsusilə immun vəziyyətindən asılı olaraq dəyişə bilər”.
Digər variantlardan daha sürətlə yayılır
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist-həkim Vüqar Cavadzadənin sözlərinə görə, “Omikron” kimi variantlar, bizə COVID-19 pandemiyasının sona çatmasının hələ uzaq olduğunu xatırladır: “Hazırda “Omikron” variantı dünyanın bir çox ölkəsində aşkar edilib. Yadda saxlamaq lazımdır ki, COVID-19-un bütün variantları ağır xəstəlik və ya ölümə səbəb ola bilər. Lakin “Omikron digər variantlardan daha sürətlə yayılır.
Göründüyü kimi, COVID hələlik davam edən pandemiyadır. “Omikron” koronavirusun mutasiya edən sonuncu ştammı deyil. Mutasiyalar davam etdiyi üçün pandemiya bitməyib”.
Necə qorunaq?
İnfeksionist qeyd edib ki, “Omikron” ştamından qorunmaq üçün gigiyenik qaydalara əməl etmək vacibdir: “Hətta “Omikron”un yüksək yoluxduruculuğunu nəzərə aldıqda bu qaydaların zəruriliyi daha da artır. Yoluxmadan qorunmaq, virusun yayılmasının qarşısını almaq üçün qapalı məkanlardan mümkün qədər uzaq qalmaq, kütləvi toplaşmalarda mütləq tibbi maska taxmaq lazımdır. Həmçinin sosial məsafənin qorunması da zəruri tədbirlərdəndir. Belə olan halda virusun geniş yayılmasının qarşısı alınar, xəstələnənlər infeksiyanı daha yüngül keçirər. Lakin istənilən halda, COVID-19 virusuna qarşı ən yaxşı profilaktika vaksinasiyadır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08

