Hər pasiyent bir həyatdır!
17.09.2025 [08:34]
Səhiyyə yalnız müalicə deyil, həm də qorumaqdır...
Səhiyyə sisteminin əsas prioritetlərindən biri pasiyentlərin təhlükəsizliyinin qorunmasıdır. Bu, yalnız həkim və tibb bacılarının deyil, səhiyyə müəssisələrinin rəhbərliyinin, dövlət qurumlarının və hətta pasiyentlərin özlərinin də məsuliyyətidir. Hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, dünyada milyonlarla pasiyent zərər görür. Aşağı və orta gəlir səviyyəsi olan ölkələrdə isə həmin qaydalara əməl olunmadığına görə 2,6 milyon nəfər həlak olur. Dünya miqyasında pasiyentlərə vurulan zərərin sosial və iqtisadi fəsadları bir neçə trilyon dollarla ölçülür.
Yeri gəlmişkən, bu gün Ümumdünya Pasiyentlərin Təhlükəsizliyi Günüdür. Bu əlamətdar günün qeyd edilməsi barədə 2019-cu ilin mayında Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyasında qərar qəbul olunub.
Heç kəsə sirr deyil ki, insanlara tibbi yardım göstərmək çox vaxt seçilmiş müalicə metodundan asılı olmayaraq xəstənin müalicəsinin uğur dərəcəsi ilə xarakterizə olunan müəyyən risklərlə - cərrahi müdaxilə, dərman və s. ilə əlaqələndirilir. Müalicə uğurlu və ya uğursuz ola, xəstənin sağlamlığına mənfi təsir göstərə bilər. Həkimlərin diqqətini çəkən əsas məsələlərdən biri bu cür risklərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasıdır. Statistik hesablamalar göstərir ki, yalnız xəstəxanalarda hər onuncu xəstə üçün tibbi yardım göstərilməsi zamanı sağlamlığa zərər vurma riski mümkündür.
Tibbi səhvlərin qarşısının alınması
Diaqnozun yanlış qoyulması, dərmanların düzgün təyin edilməməsi, prosedurların səhv icrası pasiyent təhlükəsizliyi üçün ən ciddi risklərdən biridir. Bunun qarşısını almaq üçün bir sıra mühüm qaydalar var: Klinik protokollara və standartlara ciddi əməl edilməlidir, həkim və tibb heyətinin daimi təlimlərə cəlb olunması vacibdir. Bundan başqa elektron səhiyyə sistemləri, məsələn, e-resept, ə-protokollar tətbiq edilməlidir.
Açıq və aydın ünsiyyət...
Pasiyentlə həkim arasında güclü ünsiyyət pasiyent təhlükəsizliyinin əsas şərtlərindən biridir. Belə ki, pasiyentlər müalicə prosesinin hər mərhələsi barədə məlumatlandırılmalıdır. Tibb heyəti pasiyentə anlayacağı dildə və formada izahat verməlidir. Səhv baş verdikdə isə onu gizlətmək yox, dərhal aradan qaldırmaq və pasiyenti məlumatlandırmaq lazımdır.
Dərman təhlükəsizliyi
Dərmanların düzgün təyin olunması və istifadəsi üçün dərmanlar reseptlə və yalnız təyin edilmiş dozada verilməlidir. Eyni adda olan, lakin tərkibi fərqli olan dərmanlarla qarışıqlıq olmamalıdır. Bundan başqa, dərmanların saxlanma şəraitinə ciddi nəzarət edilməlidir.
Qanuni çərçivə və pasiyent hüquqları
Pasiyentin hüquqları qanunla təsbit edilməlidir. Belə ki, hər pasiyentin məlumat almaq, razılıq vermək və ya imtina etmək, məxfi saxlanma və şikayət etmək hüququ var. Səhiyyə müəssisələri bu hüquqlarla bağlı pasiyentləri məlumatlandırmalıdır. Qanun pozulduqda müvafiq qurumlara şikayət mexanizmləri işlək olmalıdır.
Tibb işçilərinin iş yükü və psixoloji dəstək
Yorğun və psixoloji baxımdan yüklənmiş tibb işçiləri daha çox səhv etməyə meyillidirlər. Ona görə də işçi heyətinin yetərli olması təmin olunmalıdır. Onlara psixoloji dəstək verilməli və tükənmələrinin qarşısı alınmalıdır.
Pasiyentin öz məsuliyyəti və maariflənməsi
Pasiyentlər də öz sağlamlıqlarına məsuliyyətlə yanaşmalıdır. Onların müalicə və dərman qəbulu qaydalarına ciddi əməl etməsi, sağlamlıqla bağlı qərarlar verərkən yalnız mütəxəssis rəyi əsas götürülməlidir. Eyni zamanda öz vəziyyətləri haqqında həkimə tam və doğru məlumat verməlidirlər.
Təhlükəsizlik birgə məsuliyyətdir...
Pasiyent təhlükəsizliyi yalnız bir tərəfin öhdəsinə buraxıla bilməz. Bu, həkim-pasiyent-dövlət üçbucağında əməkdaşlıq və qarşılıqlı inam tələb edən bir prosesdir. Hər bir insan həyatının və sağlamlığının təhlükəsiz şəraitdə qorunması, səhiyyə xidmətlərinin əsas və dəyişməz prinsipinə çevrilməlidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59

