Vergi ödəyicilərinə Xidmət Mərkəzində “Açıq qapı” günü keçirilib
13.11.2013 [09:15]
KİV nümayəndələri, eyni zamanda, yeni binaya köçürülmüş 195 Çağrı Mərkəzi ilə tanış olublar
Noyabrın 12-də Vergilər Nazirliyinin Bakıda yeni istifadəyə verilmiş Vergi ödəyicilərinə Xidmət Mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Açıq qapı” günü keçirilib. Tədbir KİV nümayəndələrini vergi xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri olan vergi ödəyicilərinə xidmət sahəsində aparılan işlər, bu xidmətlərin səviyyəsinin artırılması üçün görülən tədbirlərlə tanış etmək məqsədi daşıyıb.
KİV nümayəndələri Mərkəzin inzibati binası, iş otaqları, o cümlədən, kameralarla təchiz edilmiş xidmət və təhlil otaqları ilə yaxından tanış olublar. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov mətbuat nümayəndələrinə Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, vergi ödəyicilərinə xidmət mərkəzləri vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə yaradılır və vergi ödəyicilərinə göstərilən xidmətlər onların yaşayış və iş yerlərinə yaxın ərazilərdə təşkil olunur. Mirəli Qaşqay, 56 ünvanında təşkil edilən yeni Mərkəz də Bakı şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xidmət göstərəcək.
Əvvəllər Vergilər Nazirliyinin inzibatı binasında fəaliyyət göstərən 195 Çağrı Mərkəzi də bu binaya köçürülüb. Vergi ödəyicilərinə Xidmət Mərkəzi müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi ilə təchiz edilib. Burada vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxış imkanı yaradılır, vergi bəyannamələri, vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatların verilməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı geniş spektrdə xidmətlər göstərilir. Həmçinin, fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının aparılması, NKA-nın, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, xitam verilməsi, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, e-vergi hesab-fakturalarının göndərilməsi, məktub və ərizələrin göndərilməsi və s. məsələlər üzrə də vətəndaşlara lazımi köməklik göstərilir. Mərkəzdə vergi ödəyicilərinə vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi də təmin edilir.
Daha sonra KİV nümayəndələri yeni binaya köçürülmüş 195 Çağrı Mərkəzi ilə tanış olublar. 195 Çağrı Mərkəzinin rəhbəri Məhəmməd Yunusov Mərkəzin fəaliyyəti ilə bağlı mətbuat nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki, 195 Çağrı Mərkəzinin əsas məqsədi vergi ödəyicilərinə müasir standartlara uyğun ödənişsiz vergi xidmətlərinin göstərilməsidir. 195 Çağrı Mərkəzi sahibkarların, ümumiyyətlə, vətəndaşların vaxt itkisinə yol vermədən vahid mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin edir. Mərkəzdə göstərilən xidmətlərin səviyyəsinin dəyərləndirilməsi üçün vətəndaşlara sorğuda iştirak etmək, rəy və təkliflərini bildirmək, eləcə də, mərkəzin fəaliyyətində hansısa bir narazılıq olduğu təqdirdə Mərkəzdən çıxmadan Vergilər Nazirliyinə birbaşa müraciət etmək imkanı yaradılıb. Bütün bu imkanlar Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlərin hər bir vergi ödəyicisi üçün əlçatan olmasını təmin etmək, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədini daşıyır.
Tədbirin sonunda KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

