Yol qəzaları azalır, bəs piyadalar niyə hələ də risk altındadırlar? – STATİSTİKA
24.02.2026 [17:10]
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlil göstərir ki, 2025-ci ildə Azərbaycanda 1 252 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 12,3 faiz və ya 175 hadisə azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 1427, 2023-cü ildə 1636, 2022-ci ildə isə 1668 yol-nəqliyyat hadisəsi baş verib. 2023-cü ildə 2022-ci illə müqayisədə 1,9 faiz və ya 32 hadisə azalma qeydə alınıb. Son beş ilin dinamikasına nəzər saldıqda, 2022-ci il istisna olmaqla, yol-nəqliyyat hadisələrinin sayında azalma tendensiyası müşahidə edilir. Belə ki, 2022-ci ildə 2021-ci illə müqayisədə hadisələrin sayı 1,2 faiz və ya 19 fakt artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) hazırladığı analitik məqalədə bildirilir.

Mərkəzin rəsmi statistikaya əsaslanan təhlilinə görə, 2025-ci ildə yol-nəqliyyat hadisələrində 1026 nəfər yaralanıb, 689 nəfər isə həlak olub.
2024-cü illə müqayisədə yaralananların sayı 8,2 faiz və ya 98 nəfər, həlak olanların sayı isə 9,8 faiz və ya 75 nəfər azalıb.
2023-cü ildə isə 1367 nəfər yol-nəqliyyat hadisələrində yaralanıb, 862 nəfər həyatını itirib. 2022-ci illə müqayisədə həmin il yaralananların sayı 6,1 faiz və ya 89 nəfər azalsa da, həlak olanların sayı 3,4 faizi və ya 28 nəfər artıb.
Ümumilikdə son beş ilin statistikasına nəzər saldıqda, yol-nəqliyyat hadisələrinin sayında müşahidə olunan azalma fonunda zərərçəkənlərin sayında da azalma tendensiyası diqqət çəkir.

Ötən il baş verən hadisələrin strukturuna nəzər saldıqda məlum olur ki, onların 39,9 faizi nəqliyyat vasitələri ilə piyadaların iştirakı nəticəsində baş verib. Bu göstərici piyadaların yol hərəkətində ən həssas tərəf olaraq qalmaqda davam etdiyini göstərir.
Bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verən toqquşmalar ümumi hadisələrin 37,8 faizini təşkil edib. Bu kateqoriyaya əsasən avtomobillər arasında baş verən müxtəlif tipli qəzalar daxildir.
Bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin payı isə 22,3 faiz olub. Bu tip hadisələrə idarəetmənin itirilməsi, yol kənarına çıxma və digər analoji hallar daxildir.
Beləliklə, statistik bölgü göstərir ki, yol-nəqliyyat hadisələrinin böyük hissəsi ya piyadaların iştirakı ilə, ya da bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verir ki, bu da yol hərəkəti təhlükəsizliyi tədbirlərinin xüsusilə bu istiqamətlərdə gücləndirilməsinin vacibliyini ortaya qoyur.

Cənubi Qafqaz ölkələrinin rəsmi statistik göstəricilərinin müqayisəsi göstərir ki, 2025-ci ildə Azərbaycanda 1252 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Eyni dövrdə Gürcüstanda bu göstərici 5969, Ermənistanda isə 4784 olub. Rəqəmlərdən göründüyü kimi, region ölkələri arasında yol-nəqliyyat hadisələrinin ümumi sayı baxımından Azərbaycan daha aşağı göstəriciyə malikdir.
Təbii ki, müqayisə aparılarkən ölkələrin əhali sayı, nəqliyyat vasitələrinin miqdarı, yol infrastrukturu və urbanizasiya səviyyəsi kimi amillər də nəzərə alınmalıdır. Bununla belə, təqdim olunan statistika Cənubi Qafqazda yol hərəkəti təhlükəsizliyi sahəsində mövcud vəziyyətin ümumi mənzərəsini ortaya qoyur və regional müqayisə üçün əsas yaradır.

Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

