İştahanı “susduran” iynələr...
27.02.2026 [08:30]
Müvəqqəti həll, yoxsa qalıcı nəticə?
Son zamanlar zəhmətsiz arıqlamağın ən qısa yolu kimi arıqlama iynələrinə tələbat artıb. Bu iynələr qısa zamanda arzulanan bədən quruluşuna çatmaq vədi ilə milyonlarla insanı cəlb edir. Xüsusilə sosial şəbəkələrdə “möcüzəvi nəticələr”, məşhurların sürətli dəyişimi və həkimlərin yeni yanaşmaları bu sualı gündəmə gətirib: arıqlama iynələri həqiqətən effektivdir, yoxsa növbəti trend?
Arıqlama iynələrinin tərkibində olan maddələr, məsələn, semaqlutid və liraqlutid beyində toxluq hissini artırır, mədənin boşalmasını ləngidir və iştahanı azaldır. Nəticədə insan daha az yeyir, tez doyur və kalori qəbulu azalır.
Klinik araşdırmalara görə, bu iynələr düzgün nəzarət altında istifadə ediləndə bədən çəkisinin 10-15 faizinə qədər azalmasına səbəb ola bilir. Bu, xüsusilə piylənmədən əziyyət çəkən insanlar üçün ciddi göstəricidir.
Lakin əsas sual budur: İynə dayandırıldıqda nə baş verir?
“Əslində, bu iynələr arıqlamaq üçün deyil”
Endokrinoloq İlkin Əlibəyli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sağlam arıqlamanın ən düzgün yolu balanslaşdırılmış qidalanma və aktiv həyat tərzidir. Lakin bir çox insan çəki itirmək üçün çay, qəhvə, həblər və ya iynə kimi sürətli həll yollarına üz tutur: “Bir zamanların arıqlama dərmanlarının yerini son illərdə arıqlama iynələri tutub. Əslində bu iynələr arıqlamaq üçün deyil, 2 növ diabetin müalicəsi üçün hazırlanıb. Lakin kilo itkisinə təsiri aşkarlandıqca, köklüyün müalicəsində də geniş yayılmağa başlayıb.
GLP-1 qrupuna aid olan və təsirli maddələri semaqlutid və liraqlutid olan bu dərmanlar hazırda yalnız 2 tip diabet müalicəsində Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənir”.
Bədən əvvəlki rejiminə qayıdır
Endokrinoloqun sözlərinə görə, iynənin tərkibindəki “Mounjaro” kimi GLP-1 reseptor aqonistləri iştahanı azaldaraq və toxluq hissini artıraraq çəki itkisinə kömək edir. Lakin dərman dayandırıldıqda, bədən əvvəlki qida vərdişlərinə və metabolik rejiminə qayıda bilir: “Bu isə verilmiş çəkinin böyük hissəsinin geri alınması ilə nəticələnir.
Yeni tədqiqat göstərib ki, arıqlama iynəsini dayandıranların böyük qismi əhəmiyyətli dərəcədə çəki toplayır. Hər 5 nəfərdən 4-ü verdiyi çəkinin ən azı 25 faizini geri alır. 36 həftəlik beynəlxalq klinik araşdırmada “Mounjaro” istifadə edən şəxslərin iynəni dayandırdıqdan sonra 1 il ərzində verdikləri çəkinin ən azı 25 faizini geri aldıqları müəyyən edilib”.
İynəni dayandırandan sonra...
İ.Əlibəyli qeyd edib ki, iynəni dayandırdıqdan sonra yenidən çəki alan şəxslərdə qan təzyiqi yüksəlir və bu, insult riskinin artmasına səbəb olur: “İynənin təsiri bitdikdən sonra, həyat tərzi dəyişikliklərinə baxmayaraq, insanların böyük qismi yenidən çəki alır. Buna görə piylənmənin uzunmüddətli müalicəsində davamlılıq əsas rol oynayır”.
Həzm prosesini yavaşladır
Həkim bildirib ki, belə dərmanlar bədəndə təbii olaraq mövcud olan hormonu təqlid edən GLP-1 aqonistləri sinfinə aiddir: “ “Mounjaro” bədənin ehtiyac duyduqda daha çox insulin istehsal etməsinə, qaraciyərin qlükoza hasilatını azaltmasına və həzmi yavaşlatmasına səbəb olur. Arıqlamça iynəsi dayandırıldıqda toxluq siqnalları zəifləyir, aclıq hormonu yüksəlir, toxluq siqnalları zəifləyir və bədən əvvəlki çəkiyə qayıtmağa meyilli olur. Bu, “set-point” nəzəriyyəsi ilə izah edilir. Bu nəzəriyyədə qeyd edir ki:
- sürətli çəki itkisi zamanı metabolizm yavaşlayır
- iştah artır, metabolizm isə hələ də aşağı səviyyədə qalır
- iynə iştahı azaltdığı üçün insanlar davranış dəyişikliyi etmədən arıqlayır
- dərman dayandırıldıqda köhnə vərdişlərə dönüş baş verir.
Ona görə də iynəni dayandıran şəxslərin çəkisini qorumaq üçün protein və lifdən zəngin qidalanmaya keçməsi, müqavimət məşqləri etməsi, porsiya nəzarəti və emosional yemə davranışlarını idarə etməsi vacibdir”.
Metabolizmi köklü və daimi dəyişdirmir
Mütəxəssis vurğulayıb ki, bu dərmanlar metabolizmada daimi dəyişiklik yaratmır. Dərman dayandırıldıqda hormonal sistem əvvəlki vəziyyətinə qayıdır, iştah artır: “Buna görə də çəkini qorumaq çətinləşir. Yüngül çəkisi olanların isə iynə istifadə etməsi doğru deyil. 5-10 kilo artıq çəkisi olanların bu dərmanlardan istifadəsi məsləhət görülmür. Bu dərmanlar piylənmə və metabolik risk daşıyan şəxslər üçün hazırlanıb. Yüngül çəkisi olanlarda iynə istifadəsi əzələ itkisinə səbəb ola bilər, metabolizmanı daha da zəiflədə bilər”.
Estetik məqsədlə təyin olunmamalıdır
Endokrinoloqun fikrincə, tibbi göstəriş olmadan arıqlama iynələrinin estetik məqsədlə yazılması həm etik deyil, həm də bəzi ölkələrdə cinayət hesab olunur: “Xəstəliyi olmayan şəxslərin bu dərmanları istifadə etməsi təhlükəlidir və bir çox riskə səbəb ola bilər:
- bulantı, qusma, həzmsizlik
- pankreas iltihabı
- öd kisəsi problemləri
- böyrək funksiyasında pozulmalar
- bəzi şişlərin yaranma riski
- hipoqlisemiya
- əzələ itkisi və qida çatışmazlıqları.
Xərçəng xəstəliyi son illərdə həm Azərbaycanda, həm də dünyada çox sürətlə yayılıb və cavanlaşır. Aparılan araşdırmalara görə, onkoloji xəstəliklərin yaranmasının 50-60 faizi qidalanma ilə bağlıdır. Xərçəng xəstəliyinin rast gəlinmə tezliyi kilolu insanlarda daha çoxdur. Bu, maddələr mübadiləsinin pozulması ilə əlaqədardır. Kilolu insanlarda mədə-bağırsaq, eləcə də süd vəzi xərçənginə daha çox rast gəlinir. Çəkisi norma daxilində olan insanların isə xərçəngə yoluxma riskləri daha azdır.
Arıqlamaq üçün xüsusən qadınlar bir sıra dərman pereparatlarından istifadə edirlər. Lakin bilmək lazımdır ki, hansısa reklamda göstərilən iynəni yaxud dərmanı özbaşına qəbul etmək fəsadlar yarada bilər. Məhz arıqlamaq, daha sağlam çəkiyə qovuşmaq üçün dərman və ya iynə qəbul ediləcəksə, bunu mütləq həkimin məsələhəti və nəzarəti altında etmək lazımdır. Əks halda çəki atmaq yerinə, daha ciddi xəstəliklərlə qarşılaşa bilərlər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

