Azərbaycan Milli Elmlər Akademiyasının Gəncədə səyyar iclası keçirilib
15.02.2014 [11:06]
Gəncədəki Heydər Əliyev Mərkəzinin iclas salonunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) səyyar iclası keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə AMEA-nın rəyasət heyətinin üzvləri Ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbirdə çıxış edərək belə bir mötəbər qurumun səyyar iclasının Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırıb, AMEA-nın prezidentinə, eləcə də onun rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirib. O, son illər Gəncədə aparılan abadlıq və yenidənqurma işlərindən, eləcə də elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Gəncənin nəinki sosial-iqtisadi, həmçinin elmi potensialının da gücləndirilməsi istiqamətində müsbət addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə AMEA-nın Gəncə Elmi Mərkəzi Bölməyə çevrilib, 7 elmi-tədqiqat institutunun yaradılması barədə Fərman imzalanıb.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan elmində qazanılan uğurlardan danışaraq qeyd edib ki, bu gün respublikamızın bütün sahələrində olduğu kimi, elmdə də müsbət irəliləyişlər uğurla davam etdirilir. Sevindirici haldır ki, əvvəlki illərə nisbətən bu sahəyə gənclərin marağı xeyli artıb. Bu, ölkədə elmin inkişafına dövlət dəstəyinin məntiqi nəticəsidir.
Akademik Akif Əlizadə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə elmin inkişafı üçün yaradılan şəraitdən danışarkən deyib ki, bu qədim şəhər tarixən elmin beşiyi olub. Gəncənin yetirdiyi Nizami Gəncəvi kimi dünya şöhrətli şair və mütəfəkkirimiz həmişə dünyanın maraq dairəsində olub, hər bir xalq onu özününküləşdirməyə çalışıb. Eyni zamanda, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və digər onlarla şair və yazıçılarımız əvvəllər də, indi də Azərbaycan xalqının simvoluna çevriliblər.
İclasda AMEA-nın Regional Elmi Mərkəzinin Bölməyə çevrildikdən sonra burada mövcud olan elmi potensialın daha da güclənəcəyinə inam ifadə olunub. Bildirilib ki, xüsusilə yaxın vaxtlarda burada yaradılacaq texnoparklar alimlərin qarşısında uğurlu fəaliyyət üçün geniş imkanlar açacaq. Bu da qədim Gəncənin iqtisadi inkişafı deməkdir.
Vurğulanıb ki, bu gün Gəncə böyüyüb, inkişaf edir. Söz yox ki, yaxın gələcəkdə o, Avropa şəhərləri ilə müqayisə olunacaq. Lakin istehsal sahələri genişləndikcə, ekoloji problemlərin həlli də qarşıda duran mühüm vəzifələrdən olacaq. Bu problemlərin həllində də alimlərin bilik və bacarıqlarına ehtiyac duyulacaq. Azərbaycan Prezidenti şəhərdə Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun yaradılması ilə bağlı Sərəncam imzalayarkən bütün bunları nəzərə alıb. Bundan əlavə, şəhərdə humanitar, diyarşünaslıq, Nizami, bioresurslar, nəbatat, eləcə də aqrar problemlər elmi-tədqiqat institutları yaradılarkən Gəncənin potensial imkanları əsas götürülüb.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının kadr potensialının gücləndirilməsi, gənclərin elmə marağının daha da artırılması istiqamətində mövcud vəziyyət təhlil edilib, bu sahədə müsbət addımlar atıldığı diqqətə çatdırılıb.
Sonra AMEA-nın Gəncə Bölməsinin direktoru, akademiyanın müxbir üzvü Fuad Əliyev məruzə ilə çıxış edərək rəhbərlik etdiyi kollektivin 2013-cü ildə gördüyü işlər barədə hesabat verib. Məruzəçi bildirib ki, ictimai elmlər sahəsində xeyli iş görülüb. Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bir çox xarici ölkələrdən şairin əlyazmalarının surətləri, eləcə də kitabları gətirilərək tərcümə edilib və nəfis şəkildə çap olunub. Əməkdaşların Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 5 monoqrafiyası nəşr edilib. Fransada 19 kitab nəşr olunmaqla yanaşı, Nizami Gəncəvinin 870 illik yubileyi geniş qeyd edilib.
Diqqətə çatdırılıb ki, ümumilikdə əməkdaşlar tərəfindən 90 məqalə, o cümlədən onlardan 22-si xarici jurnallarda dərc olunub. Bundan əlavə, Bölmənin əməkdaşları Daşkəsəndə çıxarılan dəmir filizi və alunit tullantılarının işlənməsi və zərərsizləşdirilməsi sahəsində bir sıra elmi axtarışlarını uğurla davam etdiriblər. Xüsusilə Naftalan nefti üzərində tədqiqat işləri davam etdirilir. Bentonit, sianit və alüminium zavodunun tullantılarının zərərsizləşdirilməsi, eləcə də bitkilərin bioenerji resurslarının işlənməsi, bir sıra sənaye və məişət tullantılarının təkrar emalı üzərində elmi-tədqiqat işlərinin davam etdirildiyini, həmçinin alternativ enerji, termal suların üzərində iş aparıldığı diqqətə çatdırılıb. Hazırda Bölmədə 294 nəfər çalışır ki, onların da 123 nəfəri elmi işçidir. Sevindirici haldır ki, əməkdaşların 97 nəfəri gəncdir. Ötən il 12 nəfər doktoranturaya qəbul olunub.
Sonra AMEA-nın rəyasət heyətinin üzvləri, akademiklər Qərib Məmmədov, Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Asəf Hacıyev, AMEA-nın akademik katibi Rasim Əliquliyev çıxış edərək Azərbaycan elminin inkişafı sahəsində görülən və görülməsi vacib olan işlərdən danışıblar. Onlar AMEA-nın Gəncə Bölməsinin gələcək fəaliyyəti ilə bağlı arzu və təkliflərini veriblər.
İclasda Gəncə Dövlət Universitetinin rektor əvəzi Yusif Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, akademik Siddiqə Məmmədova, professorlardan Həsənbala Sadıqov və Məntiq Cəfərov müxtəlif suallarla rəyasət heyətinin üzvlərini müraciət edib, arzu və təkliflərini bildiriblər.
Rəyasət heyətinin səyyar iclasında 5 nəfər gəncin doktoranturaya qəbul ərizələrinə baxılıb və təsdiq edilib.
Ümumilikdə, səyyar iclasda AMEA-nın Gəncə Bölməsində yeni yaradılan 7 institutun fəaliyyətə başlaması, onların maddi-texniki bazalarının yaradılması və binaların inşası məsələləri ətraflı müzakirə edilib, Bölmədə yaradılan Gənc Alimlər və Mütəxəssislər Şurası üzvlərinin elmi-tədqiqat işlərinə daha yaxından cəlb olunması, institutlarda ali təhsil müəssisələrinin uyğun sahə kafedralarının yaradılması və istedadlı tələbələrin elmi-tədqiqata cəld edilməsi kimi məsələlər barədə qərar qəbul edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə səyyar iclasa yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52

