Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

02.09.2026 [18:35]

Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan ali hüquq təhsilli şəxslər üçün cari il aprelin 14-də elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu hazırda davam etdirilir.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqə ilə bağlı ətraflı məlumatı linkə daxil olaraq əldə etmək olar.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcək:

- Azərbaycan Respublikasının Konstitusiyası;

- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

- “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün (012) 361-00-80, (012) 437-28-56, (012) 361-00-78 və (012) 361-00-79, nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Paylaş:
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30