Çəkilən hər siqaret ömrü 15 dəqiqə qısaldır
06.03.2014 [09:31]
Hər il 6 milyondan çox insan tütünçəkmənin yaratdığı xəstəliklərdən vəfat edir
Tütün çəkmək, insanların özlərini könüllü şəkildə zəhərləmələri hələ qədim dövrlərdən bir çox xalqlar arasında yayılaraq möhkəmlənib, adət şəklini alıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bütün dünyada kişilərin yarısı və qadınların 1/4 hissəsi könüllü surətdə nikotinlə özlərini zəhərləyirlər.
Qeyd edək ki, Avropaya tütünü XV əsrin sonunda Amerikadan Xristofor Kolumb gətirib. İlk dövrlərdə ondan yalnız dekorativ bitki kimi istifadə olunub. XVI əsrdə Fransanın Portuqaliyadakı səfiri J.Niko (buradan da “Nikotin” termini yaranıb) tütünü Fransa kralına müalicə vasitəsi kimi bağışladıqdan sonra tütün çəkmək dəb şəklini alıb və sürətlə bütün dünyaya yayılıb.
Mütəxəssislər bildirirlər ki, tütünün tüstüsündə 2 minə qədər müxtəlif maddələr tapılıb ki, onlardan təqribən yüzü orqanizmə çox pis təsir edir, gec-tez müəyyən bir xəstəliyin əmələ gəlməsinə səbəb olur. Tütünün ən zərərli komponentlərindən biri mərkəzi sinir sisteminə güclü mənfi təsir göstərən nikotindir. Dalbadal çəkilən 20-25 siqaretdən əmələ gələn, 06-0,08 q nikotin insan üçün öldürücü miqdardır. Nikotin qan damarlarında, xüsusilə, kiçik kapilyarlarda spazm (daralma) əmələ gətirərək çox ciddi xəstəliklərin yaranmasına səbəb olur. Ürək və beyin qan damarlarında belə vəziyyət ifliclə və hətta ölümlə nəticələnə bilər. Bununla yanaşı, tütün insanın ömrünü qısaldır, müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Alimlər müəyyən edib ki, çəkilən hər bir ədəd siqaret həyatı 15 dəqiqə qısaldır. Bu isə insan ömrünün orta hesabla 8,3 il azalması deməkdir.
Hazırda bir sıra xəstəlikləri- ürəyin işemiya xəstəliyini, ağ ciyərlərin emfizemasını, xərçəngini, bronxial astmanı, mədənin və onikibarmaq bağırsağın xorasını, sinir sistemi xəstəliklərini nikotinlə və tütünün tərkibindəki başqa zərərli maddələrlə əlaqələndirirlər. Problemin ən narahatedici tərəfi isə siqaret çəkənlərin ətraflarındakı insanlara da zərər verməsidir. Belə ki, tütün istifadəçisi ilə bir ərazidə olub zəhərli tüstü ilə nəfəs almağa məcbur olanlar, passiv siqaret çəkənlər adlanır və nikotinin zəhərli təsiri onlara həqiqi papiros çəkənlərdən daha çox olur...
Xatırladaq ki, Azərbaycan 2005-ci ildə BMT-nin ÜST-ün “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasına qoşulub. Konvensiya ona qoşulmuş dövlətlərdən milli qanunvericiliyə müvafiq olaraq binadaxili iş yerlərində, ictimai nəqliyyatda, qapalı ictimai yerlərdə və digər ictimai yerlərdə tütün tüstüsünün təsirindən qorunmanı təmin edən səmərəli qanun, icra, inzibati və digər tədbirlər görülməsini tələb edir. Amma ölkədə bununla bağlı müəyyən tədbirlər görülsə də, problemin tam qarşısının alınması hələlik mümkün deyil.
Azərbaycan əhalisinin neçə faizi siqaret çəkir?
Məlum olduğu kimi, bu günlərdə Böyük Britaniya parlamenti ictimai yerlərdə tütün məhsullarından istifadə ilə bağlı qanunvericiliyə əlavə dəyişikliyi təsdiqləyib. Parlament İngiltərə vətəndaşlarına avtomobil idarə edərkən uşaqların yanında siqaret çəkməyi yasaqlayıb. Xatırladaq ki, Böyük Britaniya da daxil olmaqla, Avropa ölkələrinin əksəriyyətində ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub. Azərbaycanda da vaxtaşırı bununla bağlı təkliflər gündəmə gəlir. Hətta bir sıra millət vəkilləri bununla bağlı “Tütün istehlakının məhdudlaşdırılması haqqında” Qanun layihəsi hazırlayıblar. Qeyd edək ki, bu layihəyə əsasən, ictimai nəqliyyatın bütün növlərində, kinoteatrlarda, idman yarışları və konsertlərin keçirildiyi qapalı məkanlarda, təhsil müəssisələrində və şadlıq evlərində, xidmət obyektlərində siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur. Layihədə 3 qapalı müəssisə ilə bağlı istisnalar var. Bunlar qocalar evləri, həbsxanalar və ruhi-əsəb dispanserləridir. Bu məkanlarda siqaret çəkilməsinə icazə verilir.
Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 60 faizi aktiv və ya passiv şəkildə siqaret çəkir və bu say artmaqda davam edir. Bunun qarşısını almaq üçün qanunvericilik səviyyəsində indiyə qədər müəyyən addımlar atılıb. Məsələn, 2000-ci ildə Milli Məclisin “Reklam haqqında” qanuna etdiyi dəyişikliklərə görə, tütünün KİV-də və ictimai yerlərdə reklamı qadağan olunub. 2001-ci ildən isə “Tütün və tütün məmulatları haqqında” qanun qüvvədədir. Lakin siqaret çəkməyə daha geniş miqyasda məhdudiyyətin tətbiq olunması “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanunun qəbulundan sonra mümkün sayılacaq.
Siqaretin qiymətində son günlər müşahidə olunan ucuzlaşma isə onun aludəçilərinin sayının daha da artacağı ilə bağlı narahatlıqları üzə çıxarır. Xatırladaq ki, Azərbaycanda bir müddət əvvəl 20 qəpiyə kimi bahalaşan bəzi siqaret markaları yenidən ucuzlaşıb. Belə ki, fevralın 9-dan etibarən, Rusiya istehsalı olan və Azərbaycana idxal edilən siqaretlər 40 qəpik ucuzlaşıb. Bəzi ekspertlər isə hesab edirlər ki, qiymətində ucuzlaşma baş verən siqaretlər keyfiyyətsiz siqaretlərdir. Onların sözlərinə görə, həmin növ tütün məhsulları az satıldığından, şirkət qiyməti aşağı salmaqla bu siqaret növlərinin satışını stimullaşdırmaq istəyir. Məsələn, Rusiya istehsalı olan “Vest” siqaretləri dünənədək Bakı dükanlarında 1 manat 40 qəpiyə satılırdısa, artıq onun qiyməti 80 qəpik olub. Təbii ki, bu vəziyyət daha çox siqaret istehlakına səbəb olacaq.
Hər il 200 milyard dollar...
Onu da qeyd etmək yerinə düşər ki, hər il dünyada tütünçəkmənin yaratdığı xəstəliklərdən 6 milyondan çox insan vəfat edir. Təkcə XX əsrdə 100 milyon insan tütünçəkmə nəticəsində ölüb. XXI əsr ərzində 1 milyard insanın məhz tütünün yaratdığı xəstəliklərdən dünyasını dəyişəcəyi proqnozlaşdırılır.
Dünya əhalisinin 30 faizi siqaret çəkir. Dünyada uşaqların 50 faizi tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. İş yerlərində tütün tüstüsünün təsiri nəticəsində hər il 200 min insan həlak olur. ABŞ-da hər il 3000 siqaret çəkməyən insan ağciyər xərçəngi xəstəliyindən ölür. Səbəb isə başqalarının çəkdiyi siqaretin ətrafa yayılan tüstüsü ilə nəfəs almaqdır. Tütündən istifadə hər il 200 milyard ABŞ dolları həcmində qlobal iqtisadi itkilərlə nəticələnir. Kasıb ailənin büdcəsinin 10 faizi tütün məmulatların alınmasına sərf edilir.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

