Jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib
01.08.2014 [09:41]
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
AzərTAc xəbər verir ki, imtahandan əvvəl Jurnalistika ixtisası üzrə Qabiliyyət İmtahanı Komissiyası üzvlərinin iclası olub. İclasda Qabiliyyət İmtahanı Komissiyasının sədri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qabiliyyət imtahanında III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.
Qabiliyyət İmtahanı Komissiyasının sədri jurnalistika fakültəsində aparılan monitorinqlərin nəticəsinə əsaslanaraq, bu fakültədə təhsil alanların əksəriyyətinin jurnalistika ixtisası üzrə təhsil almağa təsadüfən gəldiyini xatırladıb. Ə.Amaşov qeyd edib ki, həmin tələbələr təhsillərini başa vurduqdan sonra jurnalistlik fəaliyyəti ilə məşğul olmağa yox, digər sahələrdə çalışmağa maraq göstərirdilər. Bu da mətbuat sahəsi üçün yeni, bacarıqlı kadrların hazırlanmasında müəyyən çətinliklər yaradırdı. Bu gün qabiliyyət imtahanı verən və jurnalist olmaq istəyən abituriyentlər, əminəm ki, gələcəkdə bacarıqlı mütəxəssislər ola biləcəklər.
Qabiliyyət İmtahanı Komissiyasının üzvü Vüqar Rəhimzadə qabiliyyət imtahanının keçirilməsini jurnalistika sahəsində böyük uğurlardan biri kimi dəyərləndirib. O qeyd edib ki, jurnalistika xüsusi istedad tələb edən bir ixtisasdır. İnanıram ki, bu gün keçirilən qabiliyyət imtahanı jurnalistika ixtisası üzrə bacarıqlı gənclərin təhsil almalarına öz töhfəsini verəcək.
İmtahan Bakıda və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə-Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunub. Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazıblar.
Abituriyentlər onlara verilən 2 saat 30 dəqiqə müddətində “Həyatda kimdən nümunə götürmək istərdin”, “Həyatında ən yadda qalan gün”, “Jurnalistin imici nə deməkdir və o necə formalaşır” mövzuları üzrə inşa yazıblar.
Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

