İmişli Şəkər Zavodu MDB məkanında ən böyük müəssisədir
14.10.2014 [09:49]
İmişli rayonunun maliyyəsinin 45 faizi məhz “Azərsun Holdinq”ə məxsus bu zavodun ödədiyi vergi hesabına təmin edilir
Hazırda öz inkişafına görə regionun lideri olan Azərbaycanda bütün sahələrdə tərəqqi müşahidə edilməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, dövlətin göstərdiyi diqqət və qayğı, həmçinin, özəl sektorun fəaliyyəti üçün yaradılan münbit şərait Azərbaycanın inkişafına təkan verən mühüm amillərdən biridir desək, heç də yanılmarıq. Onu da vurğulamaq yerinə düşər ki, bu diqqət və qayğıdan bəhrələnərək ölkə iqtisadiyyatına töhfəsini verən özəl qurumlar arasında “Azərsun Holdinq” Şirkətlər Qrupunun özünəməxsus rolu var. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən inkişaf siyasətinin, həmçinin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına dəstək istiqamətində “Azərsun Holdinq” xüsusilə fərqlənir. Hər halda bu şirkətin reallaşdırdığı layihələr, ölkənin müxtəlif regionlarında çeşidli sahələrə qoyduğu sərmayələr belə deməyə əsas verir. Özü də bu sərmayələr nəinki özəl sektorun, xüsusilə də dövlət başçısının diqqətində olan qeyri-neft sektorunun inkişafına dəstək verir, eyni zamanda, ayrı-ayrı rayonların iqtisadi tərəqqisində də mühüm rol oynayır. Hər halda bu deyilənlər İmişli rayonunun timsalında öz təsdiqini tapır.
Elə oktyabrın 12-də keçirilən, rayon İcra Hakimiyyəti rəhbərliyinin, millət vəkillərinin, “Azərsun Holdinq” rəhbərliyinin və sakinlərin iştirak etdiyi Şəkər bayramında da bu məqam xüsusi olaraq vurğulanıb. Qeyd edək ki, mərasimdən öncə İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan, millət vəkilləri Çingiz Qənizadə, Rövşən Rzayev və Əsabil Qasımov, həmçinin, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Şəkər bayramı münasibətilə keçirilən mərasimi giriş sözü ilə açan İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətindən İmişli rayonuna da pay düşdüyünü deyib. Onun sözlərinə görə, İmişli Azərbaycanda özü özünü maliyyələşdirən iki rayondan biridir: “İmişli Abşerondan sonra özü özünü maliyyələşdirən ikinci rayondur və heç vaxt mərkəzdən maliyyələşməyəcək. Bu uğur cənab Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsində əldə olunub. Dövlət başçımızın qeyri-neft sektorunun inkişaf etdirilməsi barədə tapşırığı bizim rayonda da uğurla icra olunur”.
Vilyam Hacıyev əlavə edib ki, İmişlidə işsizlik problemi yoxdur və yaxın gələcəkdə tikiləcək 6 zavod hesabına əlavə 20 min yeni iş yeri açılacaq: “Bizə yaxın gələcəkdə 20 min nəfər işçi lazımdır. Bu gün İmişlidə işsiz və kasıb adam yoxdur. Hər bir kəs iş ilə təmin olunub. Mən inanıram ki, İmişli digər rayonlara nümunə olacaq, eyni zamanda, Azərbaycanın bütün rayonları daha da inkişaf edəcək. Çünki həm yerli, həm də xarici investorlar Azərbaycana investisiya qoymaqda davam edirlər”.
İcra Hakimiyyətinin başçısı əlavə edib ki, rayonun əldə etdiyi uğurlarda “Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun özünəməxsus payı var: “Belə ki, 2006-cı ildən fəaliyyət göstərən müəssisənin hesabına 3 mindən artıq İmişli sakini işlə təmin edilib, bu qədər də insan zavoda şəkər çuğunduru təhvil verərək gəlir əldə edir. Bundan əlavə, “Azərsun Holdinq”ə məxsus bu şəkər zavodunun sayəsində İmişli özünü maliyyələşdirən rayona çevrilib. Rayonun maliyyəsinin 45 faizi məhz bu zavodun ödədiyi vergi hesabına təmin edilir”.
Mərasimdə çıxış edən “Azərsun Holdinq” Şirkətlər Qrupunun baş direktoru Savaş Uzan öncə hər kəsi bu bayram münasibətilə təbrik edib. O, bu zavodun tikintisinə 2003-cü ildə məhz Ümummilli lider Heydər Əliyevin xeyir-duası və məsləhətləri ilə başlanıldığını, həmçinin, zavodun 2006-cı ildə cənab Prezident İlham Əliyev tərəfindən açıldığını bildirib. Savaş Uzan, eyni zamanda, bu müəssisənin MDB məkanında ən böyük olduğunu və məhsullarının üzərində “Made in Azerbaijan” daşıyaraq digər ölkələrdə də Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib.
Mərasim respublikanın tanınmış incəsənət xadimlərinin iştirak etdiyi konsert proqramı ilə davam etdirilib.
Konsert proqramı yekunlaşdıqdan sonra isə tədbir İmişli Şəkər Zavodunda davam edib. Çıxış edən rayon İcra Hakimiyyəti başçısı, millət vəkilləri və zavod nümayəndələri bu müəssisənin işə düşməsindən sonra İmişlidə və ətraf rayonlarda vətəndaşların sosial rifah halının yaxşılaşdığını, işsizliyin aradan qaldırıldığını bildiriblər.
Yeri gəlmişkən, zavoda ən çox şəkər çuğunduru təhvil vermiş mülkiyyətçilər bu dəfə də diqqətdən kənarda qalmayıblar. Belə ki, həmin gün ən çox məhsul təhvil verən mülkiyyətçilərə ümumilikdə 20 ton şəkər tozu və qənd hədiyyə edilib. Mükafatlandırma mərasimindən sonra 2014-cü ilin şəkər çuğunduru tədarükünə və ilk yük maşınlarının boşaldılmasına başlanılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35

