Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Səbail rayonunun Bibiheybət qəsəbəsində ötən il görülən işlər müzakirə edilib

Səbail rayonunun Bibiheybət qəsəbəsində ötən il görülən işlər müzakirə edilib

15.01.2015 [10:07]

Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr olunan yığıncağında ötən il görülən işlər təhlil edilib, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov görülən işlər barədə məlumat verib.
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. O, 2014-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosialyönümlü layihələr, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq haqqında da məlumat verib.
Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırılıb, qəsəbə bələdiyyəsinin yeni seçilmiş üzvləri onlara təqdim edilib.

Paylaş:
Baxılıb: 799 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30