“Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti”
01.05.2015 [09:58]
Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək
Ölkəmizdə bütün sahələrdə praqmatik islahatların həyata keçirilməsi, inkişafın strateji prioritetlərinin müasir dövrün tələblərinə müvafiq surətdə müəyyənləşdirilməsi tərəqqinin Azərbaycan modelinin əsasının qoyulmasını şərtləndirib. Əlbəttə ki, Azərbaycanın qazandığı nailiyyətlər beynəlxalq müstəvidə də etiraf olunur və yüksək qiymətləndirilir. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsidir ki, bir çox mötəbər təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsi haqqında qərarlar qəbul edirlər. Həmin tədbirlər siyasi, iqtisadi, humanitar və digər sferaları əhatə edir. Bunların arasında beynəlxalq idman tədbirlərini də xüsusi vurğulamaq yerinə düşər.
Ümumiyyətlə, müəyyən bir sektorun inkişaf səviyyəsi onun beynəlxalq miqyasda aldığı adekvat qiymətlə ölçülür. Bu kontekstdə qətiyyətlə söyləyə bilərik ki, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bunun nəticəsidir ki, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Məsələn, 2012-ci ildə London Olimpiadası başa çatdıqdan sonra avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə Dünya çempionatı keçirildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası Dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi.
Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir
Ümumiyyətlə, bu gün Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır.
Beynəlxalq təcrübədən bəllidir ki, istənilən sahənin inkişafı üçün maddi-texniki təminat məsələlərinin uğurla həlli və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Azərbaycanda da Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanırdı və Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsinin kökündə də məhz bu amillər dayanırdı. Şübhəsiz, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Prezident İlham Əliyev də bu qərarı tarixi hadisə kimi dəyərləndirib: “Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk Oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur”.
Hazırda isə Azərbaycan ilk Avropa Oyunlarına ciddi şəkildə hazırlaşmaqdadır. Birinci Avropa Oyunlarına qısa vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Artıq bu istiqamətdə bir sıra idman obyektləri tikilib istifadəyə verilib. Bir müddət öncə isə onların rəsmi açılışı olub. Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu və digər obyektlər buna sübutdur. Aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev idman infrastrukturunun yaradılmasının əhəmiyyətini vurğulayıb. Təşkilat Komitəsinin çox fəal və səmərəli işlədiyini deyən dövlət başçısı idman obyektlərimizin demək olar ki, hazır olduğunu bildirib: “Bildiyiniz kimi, həm yeni idman obyektləri yaradılır, həm əvvəlki illərdə yaradılan obyektlər əsaslı şəkildə təmir olunur, əslində yenidən qurulur. Avropa Oyunları Parkı yaradılır. Bu, əslində müvəqqəti idman qurğuları kimi nəzərdə tutulurdu. Ancaq nəzərə alsaq ki, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcəkdir, hesab edirəm, Avropa Oyunlarından sonra Avropa Oyunları Parkı qalmalıdır. Ola bilər İslam Həmrəyliyi Oyunlarından sonra da qalsın. Çünki indi Bakıda yeni gözəl bir istirahət zonası yaradılır. Bayraq Meydanından ta Bibiheybətə qədər gözəl bir park və istirahət zonası, idman zonası yaxın zamanlarda ictimaiyyətin istifadəsinə veriləcəkdir”.
Əlbəttə ki, Azərbaycanın bu qədər nəhəng infrastruktur obyektlərini çox qısa müddətdə ərsəyə gətirməsi xüsusi təqdirəlayiq haldır. Dövlətimizin başçısı da bu məqama diqqət çəkərək deyib: “Altmışa yaxın telekanal artıq müqavilə bağlayıb ki, bu Oyunları yayımlasın və beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları dünya ictimaiyyəti tərəfindən də izlənəcək. Yəni, son mərhələdəyik, ona görə şadam ki, çox qısa bir müddətdə - iki il yarım ərzində biz bu işin öhdəsindən gəldik. Əslində mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir”.
Azərbaycan özünün sürətli inkişafı sayəsində Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb
Göründüyü kimi, Azərbaycan özünün sürətli inkişafı sayəsində Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların Avropa səviyyəsində etirafıdır. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülməkdədir. Bildiyimiz kimi, ötən zaman ərzində Avropa Oyunları Təşkilat Komitəsinin iclasları keçirilib, iclaslar zamanı bu beynəlxalq idman müsabiqəsinə hazırlıq məsələləri kompleks surətdə müzakirə predmetinə çevrilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın sədrlik etdiyi Komitənin iclasları zamanı müzakirə edilən məsələlər deməyə əsas verir ki, Avropa Oyunlarının keçirilməsi istiqamətində strateji prioritetlər müəyyən edilib və qarşıdakı vəzifələr müəyyənləşdirilib. Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi zamanı çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib ki, belə bir Oyunları ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Mehriban xanım Əliyevanın sözlərinə görə, Azərbaycan yaxşı anlayır ki, ilk Oyunlar, onların təşkili gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək: “Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları ilə, Avropa Olimpiya Komitəsi ilə sıx əlaqədə çalışırıq. Ümidvaram ki, birinci Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək”.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsi və təcrübəsi yetərincədir
Ümumilikdə isə qeyd etmək olar ki, Azərbaycan bu mötəbər idman yarışına yüksək səviyyədə ev sahibliyi edəcək. Bu optimist proqnozu şərtləndirən amillər yetərincədir. Birincisi, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsi və təcrübəsi yetərincədir. İkincisi isə, təşkilatçılıq nöqteyi-nəzərindən sistemli tədbirlərin həyata keçirilməsinin müəyyənləşdirilməsi Azərbaycanın bu məsələyə nə qədər məsuliyyət və diqqətlə yanaşdığını göstərir. Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası zamanı çıxışında bu məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı gözəl təcrübəmiz vardır.
Beləliklə, Azərbaycan daha bir möhtəşəm tarixi hadisənin astanasındadır. İlk Avropa Oyunlarının bütün dünyanın diqqət mərkəzində olduğunu nəzərə alsaq, bu tədbir Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirən amil olacaq.
Nardar BAYRAMLI
Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59

