Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İlk Olimpiya Oyunları Əlincə ətrafındamı keçirilib..?

İlk Olimpiya Oyunları Əlincə ətrafındamı keçirilib..?

05.06.2015 [10:40]

Tarixi mənbələr nə deyir?
Bir neçə gün öncə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı mənə verilən suala cavab verərkən nədənsə tarixi intiusiyamın diktəsi ilə kim bilir, bəlkə də, gen yaddaşıma söykənərək Olimp dağına götürülən atəşin Azərbaycan torpağından aparıldığını iddia etmişdim. Bildirmişdim ki, yunan mifologiyasına görə od Qaf dağında... yəni böyük Qafqazda tanrılar tərəfindən qorunurmuş. Nəzərə alsaq ki, Qafqazda neft və qaz resursları, əsasən, Azərbaycan ərazisindədir, o zaman belə düşünə bilərik ki, odun yuvası da elə bizim yanardağ coğrafiyası olub. Yalnız Promoteyin qəhrəmanlığı və fədakarlığı sayəsində od Olimpə, Yunanıstana aparıla bilib...
Bu mifoloji süjet kontekstində belə düşünə bilərik ki, müasir Azərbaycan Olimp dağında keçirilən Olimpiya Oyunlarına verdiyi odu yenidən özünə qaytarmaqla bir növ tarixi missiyanı yerinə yetirir. Bu, həm də oğurlanmış odumuzun yenidən ocağımıza qaytarılması kimi də qəbul edilə bilər. Yəni, tarixi ədalət bu gün bərpa olunur. Olimpiya Oyunları ilə Avropa Oyunları arasında üzvi əlaqə yaranır. İdman yarışları Azərbaycanda keyfiyyətcə yeni mərhələyə daşınır. Bu böyük tarixi hadisədir.
Ancaq bu fikirləri söyləyərkən, həqiqətən də, Olimpiya Oyunlarının mənşə etibarilə Azərbaycana aid olması ilə bağlı bu qədər dəqiq və çoxsaylı elmi arqumentlərin olduğunu bilmirdim... Məqsədim ölkəmizdə az qala milli bayram səviyyəsində keçiriləcək bu böyük idman hadisəsinə, bu tarixi hadisəyə bir qədər mistik əhval-ruhiyyə qatmaqla, ona yeni keyfiyyət çaları əlavə etməkdən ibarət idi. Sən demə nə mifoloji süjetlərə və onların şərhinə, nə də mistik baxışa xüsusi ehtiyac yox imiş. Elə tarixi mənbələrə qısaca nəzər salmaqla Olimpiya Oyunlarını elmi şəkildə Azərbaycanla əlaqələndirmək, hətta onu Azərbaycan mənşəli hesab etmək olarmış. Ancaq bunu kim edəcəkdi...
Qəfildən gələn telefon zənginin o biri ucunda çox az görüşdüyüm ancaq kifayət qədər ciddi alim və vətənpərvər ziyalı hesab etdiyim İlhami müəllimin səsini eşitdim. Avropa Oyunları ərəfəsində xüsusi bir tədqiqat apardığını və ölkəmizin qədimdən bəri idman oyunlarının vətəni olduğunu sübut edən, hətta elə ilkin Olimpiya Oyunlarının da Nuh Cahanında (Naxçıvanda), Əlincə dağı ətrafında keçirilməsini təsdiq edən çoxsaylı mənbələr olduğunu bildirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bu Oyunlara diqqət və qayğısının da, xalqımızın bu Oyunlara hədsiz marağının da səbəblərindən biri məhz elə gen yaddaşımızda qorunan milli dəyərlərimiz, idman Oyunlarına qarşı olan xüsusi maraqdır.
Tədqiq edilmiş mövzunun aktuallığını və idman oyunlarının tarixi ilə sıx əlaqəli olduğunu nəzərə alaraq onu oxucularımıza təqdim edirik.
Hikmət Babaoğlu

 

Son 70 ilin ensiklopedik əsərlərinə inansaq, Avropa mədəniyyətinin beşiyi qədim Yunanıstan olmuşdur. Keçən əsrin 30-cu illərindən sonra yaradılan “elmi” fikirlərə görə, yunanlar qədim Ellada mədəniyyətini yaratmış, sonra bu mədəniyyətin bünövrəsi üzərində Avropa sivilizasiyası yüksəlmişdir.
Əslində isə Ellada mədəniyyətinin bünövrəsini yalnız indiki yunanların babaları yox, Ön Asiyanın bir çox iltisaqi dilli etnosları, o cümlədən, Azərbaycan xalqının əcdadları qoymuşdur.
Olimpiya Oyunları Elladaya necə aparıldı?
Azərbaycanın seçmə nəsilləri e.ö. IV minillikdən başlayaraq Fələstini və Nil vadisini tutmuş, arxaik Misir mədəniyyətini yaratmışdır. Sonra Aran nəslinin müdrikləri Misirdə yaratdıqları elm və mədəniyyəti Finikiyaya, oradan Olimpə aparmışdır, qədim yunanlara əkinçiliyi, balıqçılığı öyrətmişdir (Şopen 1866.195; Maspero 1911.251; Traçevskiy 1889.58; Arximandrit İeronim 1883.175).
XX əsrin 30-cu illərindən sonra nəşr olunan ensiklopedik əsərlərdə iddia olunur ki, qədim Yunanıstan Olimpiya yarışlarının vətəni olmuşdur. Əslində isə ilk Olimpiya yarışları Azərbaycanda Əlincə dağının ətəyində keçirilmiş, sonra həmin yarışlar Elladaya aparılmışdır.
Şopenin qeydləri, yaxud Alınca Alinpeyə, sonra isə Olimpeyə necə çevrilmişdir?
Bu tarixi hadisə haqqında ilk xristian Suriya salnaməçiləri, o cümlədən, IV əsrdə yaşamış Arximandrit İeronim məlumat vermişdir (Arximandrit İeronim 1883.175). Qafqaz canişini feldmarşal Paskeviçin yüksəkrütbəli məmuru İ.İ.Şopen onlara istinadən yazır ki, Aran müdrikləri və cəngavərləri Azərbaycanın Eraq mahalından hərəkət edərək Olimpi tutmuş, Ellada xalqını və Ellin mədəniyyətini yaratmışdır. Olimpe xalis tatar (Azərbaycan) adı olub, alinpe, yəni alın sözündən törəmişdir (Şopen 1866.104.118).
Necə olmuşdur ki, tarixçilərimiz Aran nəslinin arxaik Misir və Ellada mədəniyyətinə verdiyi dünya əhəmiyyətli bu töhfələrdən xəbər tutmamışlar? Çünki son zamanlara qədər bizim h`eroqlifləri və mixiyazılı mətnləri oxuyan dilçilərimiz olmamışdır. Eyni zamanda, rus və Avropa alimləri semitoloqların hələ XIX əsrin sonlarında sübuta yetirdikləri gerçəkliklərin elmi nəşrlərə daxil edilməsinə imkan verməmişlər.
Akademik Q.Maspero yazır: - Aran müdriklərinin İoniyada, Beotiyada, Olimpdə yaratdıqları koloniyalar dorilərin gəlişinə qədər qalmadı. Ancaq onların yaratdıqları din və mədəniyyət ilk Ellada irqinin milli xarakterinin formalaşmasında böyük rol oynadı. Bütün bunları bilə-bilə Avropa tarixçiləri uzun müddət susdular və danılmaz tarixi gerçəkliyi inkar etdilər (Maspero 1911.251).
Elladanın İoniya ittifaqına və dorilərə qədərki mədəniyyətini Aran nəsli yaratmışdır?
Elm - olanları sübuta yetirməkdir. Olmayanları reallıq kimi qələmə vermək yox. Misir papirus mətnlərində və Finikiya kitabələrində aydın şəkildə göstərilir ki, Elladanın İoniya ittifaqına və dorilərə qədərki mədəniyyətini Aran nəsli yaratmışdır. Sonra ari mənşəli etnosların Balkanlara axınları nəticəsində iltisaqi dilli Aran, Danay, İnal nəsilləri flektiv dilli ellin xalqına çevrilmişdir. Diqqəti yayındıran cəhətlərdən biri də Aran övladlarının yəhudi mənbələrində gah bene-Kadm, gah da Kardos adlandırılmasıdır. Henrix Qrets və İvan Şopenə görə, bene-Kadm şərq oğulları deməkdir (Qenrix Qreüğ 1.1906.120; Şoren 1866.55).
Akademik Q.Maspero yazır ki, qədim yunanlara əkinçiliyi Kadm öyrətmişdir. Yunan gəmiçiləri qütb ulduzuna baxıb, gecələr dənizdə üzməyi, Ayı bürcünə baxıb, səmti müəyyən etməyi Aran və Mel Kart gəmiçilərindən öyrənmişlər (Maspero 1911.251).
R.Rubinşteyn yazır ki, qədim Misir Elladanın müəllimidir (Rubinşteyn 1960.17). Misirin arxaik mədəniyyətini e.ö. III minildə Aran müdrikləri yaratmış, h`eroqlifləri kəşf edərək onun əsasında dünyanın ilk fonetik yazısı olan Finikiya əlifbasını tərtib etmişlər. Sonra Ellada filosofları həmin əlifbaya 3 hərf artıraraq onu qədim yunan əlifbasına çevirmişlər (Vilğqelm Vaqner 1901.30; Maspero 1911.251). Ancaq bu, o demək deyil ki, Ellada əhalisi yekcins etnos olub, bir dildə danışırdı.
Homerin, Herodotun zamanında Ellada əhalisinin vahid dili, yekcins mədəniyyəti yox idi. İlk xristianlıq dövrünün görkəmli tədqiqatçısı Rollen hələ 1751-ci ildə yazırdı ki, İoniya ittifaqı tayfaları 4 dildə danışırdı (Rollen 1751.277). E.ö. I minildə həmin dillər çoxlu ləhcələrə bölünürdü. Heç yunanlar bizim eranın VI-VII əsrlərində də bir dildə danışmırdılar. Göytürk xaqanının qardaşı Bizans səfirinə demişdi: - Siz yunanlar 10 tayfasınız və bizimlə 10 dildə danışırsınız (Qumilev 1967.368).
Koyaş, Koas, yoxsa Günəş?
I Daranın dövründə İoniya ittifaqı çarlarından (əslində, tayfa başçılarından) biri Koyaş totem adı daşıyırdı. Qədim yunan mənbələrində onun adı Koas kimi yazıya alınmışdır (Aleksey Nakko 1873.135). Koyaş əhəmənilər Elladaya basqın edəndə ioniyalılardan ayrılıb, Daranın tərəfinə keçmişdi.
Koyaş türk dillərinin bulqar qrupunda günəşə deyilir. Başqurdlar indi də günəşə koyaş deyirlər (Rudenko 1955.315). Mahmud Kaşğarinin lüğətində kuyaş günəşin yandırıb-yaxmasıdır (MK III. 2006. 168).
Musa Xorenli yazır ki, xristianlıqdan qabaq Alagöz dağının ətəyində Kuyaş adlı qəbilə yaşayırdı. Onların kəndində günəş məbədi var idi (Abeqən 1975.15, 16). Deməli, türk mənşəli qədim bulqarlar günəşə koyaş demişlər.
Yunanlar Aran dilindəki alinpe sözünü olimp şəklinə saldılar və ona - ida şəkilçisi artırdılar. E.ö. 776-cı ildə Olimp dağının ətəyində ilk Olimpiadanı keçirdilər. İlk olimpiadalardan birini bundan 500 il qabaq Troya qəhrəmanı Eney keçirmişdi. Eney Siciliya adasındakı Aran məbədində atası Anxizin şərəfinə oxatanların, at çapanların, yumruq döyüşçülərinin yarışını keçirmiş, bundan sonra İtaliyaya yollanmışdı (Gneida 1933.18; Avraam Norov 1828.184, 189).
Aran övladlarının yarışları
Aran övladları Əlincə mahalında yaşayarkən atlıların, buğa ilə döyüşənlərin, oxatanların, yumruq davasına çıxanların yarışlarını keçirərdilər. Onlar Aralıq dənizi adalarını tutandan sonra bura yelkənli gəmilərin yarışını əlavə etdilər.
İ.İ.Şopen və Bahaeddin Ögel alinpe, alınca adlarının “alın” sözündən törədiyini güman edirlər (Şopen 1866.104; Ögel 1971.149). Ancaq həmin adlar hərfi mənada alın sözü ilə bağlı deyil. Alınca əski bir kultun adıdır.
Tarixən alınca at alınlığına deyilmişdir. B.Ögel yazır ki, türk dillərində bir alıncak, yəni at alınlığı sözü də vardır. Bu söz monqolca izah olunmur (Ögel 1. 1971.149).
Türk dillərinin tarixi leksikasında silah, zireh adları əsasında yaranan çoxlu etnonimlər vardır. Eyni zamanda, etnoslar özlərini sitayiş etdikləri atların, onların qoruyucu geyimlərinin adları ilə adlandırırdılar.
Bürünc alıncıq nəyi ifadə edir?
Arxeoloqlar keçən əsrin 20-ci illərində Əlincə qalasından bürünc at alınlığı tapdılar. Bürünc dövrü e.ö. I minilin əvvəlində sonra yetir. Deməli, Əlincə qalasından tapılan at alınlığı e.ö. III-II minilliklərə aiddir.
Əlincədən rus arxeoloqlarının tapdıqları qiymətli nümunə Azərbaycana verilmədi, onu Peterburqa apardılar. İndi həmin eksponat Ermitaj muzeyində saxlanır (Piotrovskiy 1959.36). Tapılan at fiqurları, üzəngilər, alınlıqlar göstərir ki, Əlincə mahalının qədim sakinləri ata və onun bürünc zirehinə sitayiş etmişlər.
Əlincə mahalının əhalisi tarixən Araz çayının həm sağ, həm sol sahilində yaşamışdır. Məhəmmədəli Tərbiyətə görə, Əlincə mahalı cənub-qərbi Azərbaycanda, Təbriz və Naxçıvan şəhərləri arasında yerləşmişdir (Məhəmmədəli Tərbiyət 1987.364). Həmin mahal XVI əsr Səfəvi dövrü sənədlərində Əlincək adlandırılır (Əfəndiyev 1993.229).
Xalçaçı alim Lətif Kərimov keçən əsrin 40-cı illərində Cənubi Azərbaycanda xalça çeşniləri toplayarkən oradakı Əlincə kəndində olmuşdu. Həmin kənd Təbrizin 40 km şimal-qərbində yerləşirdi (Kerimov III. 1984.257).
Sunik - suya tapınan xristian türklərin ölkəsi
Musa Xorenlinin (VII əsr) “Tarix”ində Əlincə qalası Y`Erincak adı ilə verilmişdir. İ.İ.Şopen yazır ki, həmin qala uzun zaman Sunik knyazlığına aid olmuşdur (Şopen 1852.321,324; Mehaninov 1927.38; Piotrovskiy 1944.280). Əlincə qalasının Sunikə aid olması onun ermənilərə aid olması demək deyil. Sunik suya tapınan xristian türklərin ölkəsidir. Onlar xristian olsalar da, həmişə yunanlara və ermənilərə qarşı durmuşlar. Urartu qayaüstü yazılarında Sunik mahalı Suinia (Orbeli 1968.525), yəni suya tapınanların ölkəsi adlandırılır. İ.İ.Şopen yazır ki, Urartu sillabik mətnlərindəki su Aran sözüdür (Şopen 1866.111).
Əlincə, eyni zamanda, Azərbaycanın adlı-sanlı nəsillərindən birinin adıdır. Əlişir Nəvai yazır ki, XV əsrdə Ələncək nəslindən Mövlanə Şeyx Təbrizi adlı alim və şair çıxmış, həmin tarixi şəxsiyyət ömrünün son illərini Təbrizdə yaşamışdır (Məmmədova 1978.18).
Belə hesab edirəm ki, Fəzlullah Rəşidəddinin (XIII əsr) “Cami ət-təvarix” əsərində adı çəkilən Əmir Novruz Alıncaq (Ögel 1. 1971.149) Əlincə nəslindən çıxan tarixi şəxsiyyətlərdən biridir.
“Oğuz dastanı”nda Alınca xan Nuh peyğəmbərin yeddinci oğlu, Yafəsin və Türkün qardaşı kimi verilir (Ögel 1971.149). Bu da onu göstərir ki, Əlincə və ya Alınca Ön Asiyanın qədim etnoslarından biri olmuş, onların bir qolu Naxçıvanla Təbriz arasında qalmış, bir qolu İoniyaya, Beotiyaya, Olimpə köçüb getmişdir.
Əbülqazi Bahadır xanın “Şəcəreyi-Türk” əsrində iki dəfə Alınca xanın adı çəkilir. B.Ögel yazır ki, bu ad Əlincə kimi də oxuna bilər (Ögel 1.1971.149). İstər Əlincə olsun, istər Alınca, o, çox qədim bir Aran alpının adıdır.
Aran övladlarının Elladaya gəlişi
Musa Xorenli yazır ki, Bel (müqəddəs kitablarda Nimrud) Zerovanın Astğikdən olan oğlanlarını öldürdü. Sağ qalanları Olimpe dağına sürgün etdi (Şopen 1866.41). Aran övladları Misirdən və Finikiyadan qovulana qədər indiki Yunanıstanda heç kim yaşamırdı. Danaylarla inallar e.ö. XV, Aran və H`Erakl övladları e.ö. XIII əsrdə ora köçüb, saldıqları şəhərləri öz adları ilə adlandırdılar (Traçevskiy 1889.58,115).
Olimp dağına sürgün olunanlar tüsenkeç adı aldılar. İ.İ.Şopen yazır ki, tüsenkeç Aran sözü olub, taleyin qəzəbinə düşənlər deməkdir (Şopen 1866.41). Doğrudan da, Aran övladları taleyin qəzəbinə düçar olmuş, öz məhsuldar torpaqlarından daşlı-qayalı Yunanıstana köçürülmüşlər. Qədim dövr tarixçilərinin fikrincə, heç bir xalq öz xoşu ilə vətənindən didərgin olmamışdır. Tarix boyu güclülər zəifləri səhralara və dağlara qovmuşdur.
Vilhelm Vaqner yazır ki, finikiyalı Aran danaylardan sonra Elladaya gəldi və orada Fiv şəhərini saldı (Vilğqelm Vaqner 1901.30). Əslində şəhərin adı Fiv yox, Dev idi. Aran övladları əvvəl Misirdə, sonra Elladada saldıqları şəhəri Dev adlandırmış, sonra yunanlar onu Fiv şəklinə salmışlar. Papirus mətnlərində şəhərin adı Fiv yox, Teb yazılmışdır. İ.O.Senkovski yazır ki, Teb Nil vadisində şəhərdir. Yunanlar onu Fiv adlandırırlar (Senkovskiy 1859.91-92).
Aran nəslinin bir hissəsi orta əsrlərdə İoniyadan Şotlandiyaya köçüb, yurd saldığı adanı Aran adlandırdı. Son illərdə həmin adanın qonşuluğundakı bir mağaradan türk-runik yazılarına bənzər yazılar tapılmışdır. Murad Adcı yazır ki, orta əsrlərdə həmin adadakı monastırda Tanrıya sitayiş edirdilər (Murad Adji 2007.163).
Temza çayı - Təmiz çay
İ.İ.Şopenə görə, İngiltərədəki Temza çayının adı Aran dilindəki tamis (Şopen 1866.16), yəni təmiz sözündən törəmişdir. B.A.Turayev yazır ki, Aran Bibliyada böyük patriarxların vətəni sayılır (Turaev 1913.78). Harda patriarxat varsa, artıq orada etnoslar Tək Allahı dərk etmək səviyyəsinə qalxmışlar. Aran övladları Tək Allahı Moiseyin hümmətindən qabaq tanıyırdılar. Ona görə müdrik Aronun adı Bibliyada hörmətlə xatırlanır.
Tarixi mənbələri izlədikcə görürük ki, Aran nəsli e.ö. III minildən başlamış bizim eranın VII əsrinə qədər çox görkəmli tarixi şəxsiyyətlər yetirmişdir. Onlar bütün salnamələrdə müdrik və cəsur adamlar kimi xatırlanırlar (Şopen 1866.55).
Aran nəslinin qüdrətli patriarxlarından biri İbrahim peyğəmbərin zamanında yaşamışdır. Həzrəti-İbrahim onun qızı Revekanı oğlu İsaaka almışdı (Qenrix Qreüğ 2. 1907.148, 151). İndi Reveka yəhudilərin qızlarına verdikləri ən sevimli adlardan biridir. Reveka Aran dilindəki Arevik, yəni alov, şüa sözündən törəmişdir.
Aran nəslindən başqa bir qüdrətli patriarx Musa peyğəmbərin müttəfiqi idi. O, Dana, bet-El, Abdal, Zabul və b. nəsilləri öz ətrafına toplayaraq fironların zülmündən qaçmış, Yerusəlim şəhəri yaxınlığında yurd salmışdı. Aran Qor dağında öləndən (Qenrix Qreüğ 1. 1907.167) sonra onun nəslindən Elia irəli çıxdı (Qenrix Qreüğ 1. 1906. 136-137) və Tək Allahı dindaşları arasında təbliğ etməyə başladı.
Məşhur Ellada tiranı Edip Aran mənşəlidirmi?
Elia, Elohim qədim ibritlərin dilində “mənim Allaha uzanan əlim” deməkdir. Aran və İber (qədim ibrit) dillərində: 1. ələ, 2. dua edərkən Allaha uzanan əllərə el deyilir. İberlər Aran nəsillərinə qohum olub (Şopen 1866.195), türk dillərinin arxaik bir ləhcəsində danışırdılar.
Hələ Misirdə ikən cəsur Aranın nəslindən utilər çıxmışdır (Şopen 1866.55). A.Traçevski yazır ki, məşhur Ellada tiranı Edip Aran mənşəlidir (Traçevskiy 1889.115). Eyni zamanda, Makedoniyalı İsgəndər ana xəttilə Aran nəslindəndir. İsgəndər öz qohumu Aranın oğlu Azonu İberiyaya göndərmiş, Azon 54 il Makedoniyanın vassalı kimi Qafqaz xalqları üzərində hökmran olmuşdur (Kartlis üxovreba 1905.204).
Makedoniya ordusunda 30-32 nəfərlik ön dəstə turma adlanırdı. Çünki onlar düşmən qoşunlarının mərkəzi cinahına qarşı dururdular. Turma bölüyünün geyindiyi qalın dəri geyim yapança adlanırdı (Kvinta Kurüiə 1750.130-131). Yapança dilimizdəki yapıncı geyim adının arxaik variantıdır.
Utilər və iberlər Aran nəslinə qohumdursa, biz Azərbaycan olaraq Albaniyada və İberiyada onların yaratdıqları mədəniyyətə, dövlətçiliyə iddialıyıq. İberlər hələ e.ö. III minilin əvvəllərində Aran övladları ilə birlikdə Nil vadisini tutmuşdular. Aranın bacılarının adı Avropa və Asiya, qızının adı Cemela, yəni Cəmilə idi. Bəzi mənbələrdə isə Avropa və Cemela Aranın qızları kimi təqdim olunur (Vilğqelm Vaqner 1901.115).
Avropa qitəsi öz adını Aranın qızından almışdır...
Bilhelm Vaqner Ellada tarixi üzrə böyük tədqiqatçıdır. Əgər o deyirdisə, Avropa qitəsi öz adını Aranın qızından almışdır, niyə kimsə bunu inkar etməlidir?
Avropanın oğlunun adı Sarı idi. Əgər bunu İtaliyanın etrusk mənşəli şairi Publi Maron Vergili yazırsa (Gneida 1933, 411), tədqiqatçılar nə üçün susmalıdır?
Aranın nəvəsi Sarı Misir papirus yazılarında Saru xan, Finikiya ədəbiyyatında Sarı Çin adlandırılır. Yəhudi və xristian tarixçiləri yazırlar ki, Tək Allah Fələstin səhralarında dolaşan köçərilərin, o cümlədən, Sarı çinlərin inancında Moiseydən qabaq var idi (Şopen 1866.19)
Saru xan övladları fironların Fələstinə gələn yollarını kəsdilər. VII əsrdə islamiyyəti qəbul edib, Aralıq dənizində Siciliya adasını, Qafqazda Tiflis şəhərini tutdular. Sarı çinlər Fələstində ilk məscidi tikiblərsə (Kondakov 1904.64), biz bununla fəxr etməliyik.
Əlincə qalasını Miranşahdan Şəki hakimləri qoruyurdular. Çünki onlar Əlincə qəhrəmanları kimi Sarı Çin nəslindən idilər. Bu tarixi gerçəklikləri biz gənclərimizə daha geniş və aydın çatdırmalıyıq.
Sultaniyyə şəhərinin arxiyepiskopu İohan de - Qalonifontibus 1404-cü ildə yazdığı yol qeydlərində göstərir ki, Şəki hakimləri Sarı Çin nəslindəndirlər. Onlar müsəlmandır, ancaq gördükləri bütün gözəl şeylərə sitayiş edirlər (Qalonifontibus 1980.15).
Nəticə
Əlbəttə, sivilizasiyalar arasında mübarizənin getdiyi bu günkü şəraitdə öz tariximizə sahib çıxmağa həmişəkindən daha çox ehtiyac var. Olimp dağında yandırılan alovlar tarix boyu neçə dəfə sönsə də, yunanların ürəyində sönmədi. Baxmayaraq ki, o odun ilkin sahibləri biz olmuşuq.
İspaniyaya buğa döyüşlərini biz aparmışıq. İndi basklar o yarışları keçirir, biz keçirmirik.
Karpat dağlarının o üzünə at yarışlarını biz aparmışıq. İndi macarlar at üstündə çovkan oynayır, biz isə neçə illər bundan imtina edib son illərdə oynamağa başlamışıq.
Aralıq dənizində yelkənli gəmilərin yarışını biz keçirmişik. Avropalılar çoxdandır onu keçirir.
Buna görə də, bir zaman İoniyada, Siciliyada yandırdığımız tonqallar düşüncəmizdə yandırılmalıdır. Bizim haqqımız var ki, Əlincə qalasının ətəyində keçirdiyimiz olimpiya oyunlarını yenidən keçirək, babalarımızın yaratdığı mədəniyyətə sahib çıxaq.
Çox qürurverici haldır ki, bu gün müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tarixi odumuzu ocağımıza qaytarmaqla itmiş ənənələrimizi yenidən bərpa edir, milli bayram səviyyəsində idman tədbirləri təşkil edirlər.
İstifadə olunan ədəbiyyat

1. Шопен 1866 - Шопен И.И. Новые данные о Кавказе и его древних обитателей. СПб, 1866, 501 с.
2. Масперо 1911 - Масперо Г. Древняя история народов Востока. М, 1911, 714 с.
3. Трачевский 1889 - Трачевский А. Древняя история. СПб, 1889, 433 с.
4. Архимандрит Иероним 1883 - Архимандрит Иероним. Библейская археология. т.1, СПб, 1883, 297 с.
5. Генрих Грець 1.1906 - Генрих Грець. История евреев. т.1, Одесса, 1906.
6. Рубинштейн 1960 - Рубинштейн Ревека. Разгадание письмена. Л, 1960, 130 с.
7. Вильгельм Вагнер 1901 - Вильгельм Вагнер. Эллада. СПб, 1901, 1012 с.
8. Роллен 1751 - Роллен. Древняя история. Санкт-Петербург, 1751, т.2, Изд-во Имперской АН, 1751, 346 с.
9. Гумилев 1967 - Гумилев Л.Н. Древиие тюрки. М, Наука, 1967, 504 с.
10. Алексей Накко 1873 - Алексей Накко. Старыя Бессарабия. ч.1,Скифский период. Одесса, 1873.
11. Руденко 1955 - Руденко С.И. Башкиры. М, 1955, 392 с.
12. Мащмуд Кашьари. Диванц-луьат-ит-тцрк. Ъ. ЫЫЫ, Бакы, 2006, 400 с.
13. Абегян М.Х.История древнеармянской литературы. Ереван, 1975, 606 с.
14. Энеида 1933 - Вергилий. Энеида. М-Л, 1933, 379 с.
15. Авраам Норов 1828 - Авраам Норов. Путешествие по Сицилии. Т.1. СПб, 1828, 239 с.
16. Юэел 1. 1971 - Юэел Бащаеддин. Тцрк митоложиси. ъ.1, Анкара, 1971, 496 с.
17. Пиотровский 1959 - Пиотровский Б.Б. Ванскоец царство (Урарту). М, 1959, 283 с.
18. Мящяммядяли Тярбийят 1987 - Мящяммядяли Тярбийят. Данишмяндани - Азярбайъан. Бакы, Азярняшр, 1967, 464 с.
19. Яфяндийев 1993 - Яфяндийев Огтай. Азярбайъан Сяфявиляр дювляти. Бакы, 1993, 300 с.
20. Керимов III. 1984 - Керимов Лятиф. Азербайджанский ковер. т.III, Баку, 1984, 303 с.
21. Шопен 1852 - Шопен И.И. Исторический памятник Армянской области к эпоху ея соединения к Российской Империи. СПб, 1852, 1234 с.
22. Мещанинов 1927 - Мещанинов И.И. Египет и Кавказ. Баку. Общ-ва Обследования и Изучения Азерб-на, 1927, с. 34-43.
23. Орбели 1968 - Орбели И.А. Избранные труды, т.1. М, Наука, 1968, 536 с.
24. Тураев 1920 - Тураев Б.А. Египетская литература. М, 1920, 279 с.
25. Сенковский 1859 - Сенковский. И.О. Собрание сочинений. т.ВЫ, СПб, 1859, 630 с.
26. Мурад Аджи 2007 - Мурад Аджи. Дыхание Армогеддона. М, Мысль, 2007, 253 с.
27. Тураев 1913 - Тураев Б.А. История древного Востока, СПб, 1913, 414 с.
28. Генрих Грець 2.1907 - Генрих Грець. История евреев. т.2, Одесса, 1907, 384 с.
29. Картлис цховреба 1905 - Картлис цховрева. С МОМПК, вып. 35, Тифлис, 1905, с.113-235.
30. Квинта Курция 1750 - Квинта Курция. История о Александре великим. Т.1, СПб, 1750, 602 с.
31. Кондаков 1904 - Кондаков Н.П. Археологические путешествие по Сирии и Палестине. Санкт-Петербург, 1904, 308 с.
32. Галонифонтибус 1980 - Иоанн д - Галонифонтибус. Сведение о кародах Кавказа. Баку, Элм, 1980, 42 с.
33. Пиотровский 1944 - Пиотровский Б.Б. История и культура Урарту. Ереван, 1944, 364 с.

İlhami Cəfərsoy
AMEA Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər”
şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru

Paylaş:
Baxılıb: 895 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30