Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan dövləti hər zaman milli mətbuatımızın inkişafını diqqət mərkəzində saxlayır

Azərbaycan dövləti hər zaman milli mətbuatımızın inkişafını diqqət mərkəzində saxlayır

05.06.2015 [10:26]

Prezident İlham Əliyevin “Milli mətbuatımızın yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı azad sözün qorunmasına xidmət göstərir
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır. Milli mətbuatımızın 140 illiyi ərəfəsində ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Milli mətbuatımızın yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam ölkəmizdə mətbuatın inkişafına dövlət dəstəyinin növbəti ifadəsidir. Bu Sərəncam mətbuat bayramının geniş bir arealda keçirilməsi, jurnalistikanın inkişafına xidmət göstərən şəxslərin təltif edilməsi ilə yanaşı, milli mətbuat tariximizin təbliğində də mühüm əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin Sərəncamı ilə bağlı fikirlərini qəzetimizə bölüşən qələm adamları da bu qənaətdədirlər.
Məsələn, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ölkə Prezidenti İlham Əliyevin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının istər Azərbaycan ictimaiyyətinə, istərsə də dünya ictimaiyyətinə məlum olduğunu deyib. 2010-cu ildə ölkə Prezidentinin Mətbuat Şurasının binasının açılışı zamanı söylədiyi nitqini, o cümlədən, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasını ehtiva edən müvafiq Sərəncamını Azərbaycanın mətbuat tarixində müstəsna bir hadisə kimi dəyərləndirən R.Məcid 2013-cü ildə 156 jurnalistə dövlət tərəfindən ev verildiyini diqqətə çatdırıb: “Məhz bu diqqət və qayğının nəticəsi idi ki, Prezident İlham Əliyev iki dəfə jurnalistlərin dostu mükafatına layiq görülüb. Eyni zamanda, ölkə başçısı yazılı mətbuatın iqtisadi çətinliklərini nəzərə alaraq KİVDF-nin yaradılması ilə bağlı müvafiq addım atdı. Bu il də mətbuatımızın 140 illik yubileyi dövlət tərəfindən qeyd ediləcək. Baxmayaraq, bu yay ölkəmizdə mühüm idman yarışları - Avropa Oyunları keçiriləcək, milli mətbuatımız yenə də ölkə başçısının diqqətindədir. Biz də qəzetimizin kollektivi adından Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, jurnalistlər də bu etimadı doğruldacaqlar. Belə sərəncamlar həm jurnalistlər, həm də jurnalist olmaq istəyən gənclər üçün mühüm stimuldur”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı Azərbaycan mətbuatına və jurnalistikasına verilən böyük dəyərdir. O, ölkə başcısının hər zaman milli mətbuatın inkişafı istiqamətində, jurnalistlərin sosial-məişət problemlərinin həlli yönündə mühüm işlər gördüyünü vurğulayıb: “Sərəncam olduqca əhatəlidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, eləcə də, Mətbuat Şurasının üzərinə də bir sıra işlər düşür. Mətbuat cəmiyyətin aynasıdır. Mətbuatın üzərinə düşən isə cəmiyyətə dolğun, düzgün informasiya çatdırmaq, eləcə də, maarifcilk missiyasını uğurla davam etdirməkdir. Bu baxımdan bizim çox böyük örnəklərimiz var. Hesab edirəm ki, həm ənənəvi, həm də elektron media özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan jurnalistləri dövlətin dəstəyini hər zaman hiss edir və cənab Prezidentin Sərəncamı da bu dəstəyin növbəti təzahürüdür”.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bu Sərəncamı təqdirəlayiq hesab edir: “Güman edirəm ki, ölkənin birbaşa və dolayı yolla media ilə məşğul olan dövlət strukturları bu Sərəncamdan irəli gələn məsələləri maksimum səviyyədə məsuliyyətlə yerinə yetirməyə çalışacaqlar. Bu Sərəncam həm də milli mətbuatımızın inkişaf tarixinə bir baxış sənədidir. Azərbaycan dünyaya media sahəsində yeni bir model təqdim edib. Bu modelin daha da inkişaf etdirilməsi və onun təkmilləşdirilməsi istiqamətində bu Sərəncamın böyük rolu olacaq. Eyni zamanda, Prezidentin sözügedən Sərəncamı ilə bağlı müəyyən istiqamətləndirici, stimullaşdırıcı addımların həyata keçirilməsində təkcə medianın yox, media ilə əlaqəli olan dövlət strukturlarının da iştirakı çox vacibdir. Fikrimcə, bu da çox əhəmiyyətlidir”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, Azərbaycan dövləti və Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkə mətbuatına xüsusi diqqət və qayğısı ilə seçilib. Azərbaycan mətbuatının tarixinə də dövlətimizin hər zaman hörmətlə yanaşdığını qeyd edən A.Həsrət müxtəlif tədbirlər vasitəsilə bu tarixin təbliğ olunması, öyrənilməsi üçün müəyyən addımların atıldığını da qeyd edib: “Azərbaycan mətbuatının 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam da bu qəbildəndir. Azərbaycan dövlətinin və cənab Prezidentimiz İlham Əliyevin şəxsən Özünün Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabiyə, onun təməlini qoyduğu və mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzetinə münasibəti, eyni zamanda, bu timsalda bütövlükdə Azərbaycan mətbuatına münasibəti baxımından bu Sərəncam olduqca yerinə düşür. Biz çox sevinirik ki, Azərbaycan mətbuatının 140 illiyi ən yüksək səviyyədə dövlət tərəfindən qeyd ediləcək”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 791 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30