Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mançesterə yollanacaq uşaqların adları elan olundu

Mançesterə yollanacaq uşaqların adları elan olundu

09.06.2015 [09:14]

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunan Mançester Yunayted üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışları başa çatıb. Təlim-məşq toplanışlarının son günü təşkil olunan mərasimdə 34 uşaq arasından ən yüksək nəticələr nümayiş etdirən 5 iştirakçının adları elan olunub:
Nihad Xəlilli (Sumqayıt)
Nihad Fərəci (Gəncə)
İbrahim Ağayarov (Bakı)
Elmar Əzizov - qapıçı (Xaçmaz)
Cavid Fərzəliyev - qapıçı (Sumqayıt)
Şirkətdən verilən məlumatda qeyd olunur ki, bu uşaqlar İngiltərənin Mançester şəhərinə - “Mançester Yunayted” klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcəklər.
S.LOĞMANOĞLU

 
Paylaş:
Baxılıb: 761 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30