ADİU-da Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
11.06.2015 [09:36]
İyunun 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, ADİU-nun rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti iştirak edib.
ADİU-nun rektoru, professor Ədalət Muradov 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb: “Həmin vaxt hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə bir ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan az bir vaxtda iqtisadi sabitlik və inkişafa qədəm qoydu”.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. Qeyd edib ki, Ulu öndərin xalqa sevgisi və cəsarəti ilə ölkədə həmrəylik yarandı, xalq milli maraqlar ətrafında birləşə bildi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə bərpa olunan sabitlik sayəsində iqtisadi tənəzzülün qarşısı alındı, Azərbaycan sabitlikdən inkişafa qədəm qoydu. F.Heydərov çıxışında qeyd edib ki, Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alır, iqtisadi qüdrətə nail olan ölkə ilk Avropa Oyunları kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi kurs bu gün də Onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professor Əli Əlirzayev və “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Hidayət Cəfərov Ümummilli lider Heydər Əliyevlə bağlı təəssüratlarını bölüşüb, Ulu öndərin Azərbaycanın dinamik inkişafa nail olması yolundakı əvəzsiz xidmətlərindən söz açıblar.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunan film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

