Pensiya islahatlarına dair beynəlxalq konfrans keçirilib
29.10.2015 [09:17]
Oktyabrın 28-də “Fairmont Baku” otelində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin fəaliyyət planına uyğun olaraq beynəlxalq konfrans keçirilib. Sığorta-pensiya sistemində əmək pensiyalarının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə normativ hüquqi sənəd layihələrinin müzakirə olunduğu tədbirdə beynəlxalq təşkilatların və ölkəmizin müxtəlif dövlət orqanlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Fondun sədri Elman Mehdiyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.
Bunun üçün əsas prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Konsepsiyanın mühüm əhəmiyyətindən bəhs edən E.Mehdiyev bildirib ki, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi pensiya islahatlarının əsas vəzifələrindən biri kimi çıxış edir.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Malena Mard Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihənin Azərbaycanın sığorta-pensiya sahəsində aparılan islahatlara öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs öz çıxışında əmək pensiyalarının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının inkişafının vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib. Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə fəal əməkdaşlıqdan bəhs edən Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel respublikamızda pensiya islahatlarının vətəndaşların rifahının yüksəldilməsində vacib önəmini vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev çıxış edərək, ölkəmizdə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldiyini və bu sahənin mühüm istiqamətlərindən biri kimi pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında yenidən qurulduğunu qeyd edib. Ölkəmizdə əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev öz çıxışında işçilərin əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin daha səmərəli şəkildə qurulmasına, onların gələcək sosial təminat hüququnun dolğun şəkildə reallaşmasına yönələn islahatlardan ətraflı bəhs edib.
Sonra layihə rəhbərləri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və Almaniyanın Əmək və sosial işlər Nazirliyinin nümayəndəsi Natali Belorgey çıxış edərək layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr barədə konfrans iştirakçılarını məlumatlandırıb.
Tədbirdə, həmçinin, Almaniyanın Əmək və sosial işlər Nazirliyinin eksperti Haynz-Ditrix Staynmayer, Latviyanın Rifah Nazirliyinin Sosial sığorta departamentinin direktoru Jana Muizniecen, Almaniya Federativ Respublikasının Vestfaliya Pensiya Sığorta Fondunun regional meneceri Thorsten Diepenbrok, Latviyanın SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru, Latviya Bank Assosasiyalarının Özəl Pensiya Komitəsinin rəhbəri Dace Brencena çıxış ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

