Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Najat Valo-Belkasem: Fransa Azərbaycanla təhsil sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır

Najat Valo-Belkasem: Fransa Azərbaycanla təhsil sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır

06.11.2015 [10:11]

Fransa Azərbaycanla təhsil, xüsusilə də ali təhsil sahəsində ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır.
Bu fikri UNESCO baş konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşündən sonra Fransanın təhsil naziri Najat Valo-Belkasem AZƏRTAC-a müsahibəsində deyib.
Nazir azərbaycanlı həmkarı ilə görüşdə ikili diplom proqramlarını, tələbələrə təqaüd verilməsi məsələlərini müzakirə etdiklərini bildirib. O, son vaxtlar Fransada təhsilini davam etdirən azərbaycanlı tələbələrin və Azərbaycanda təhsilini davam etdirmək istəyən fransalı tələbələrin sayının artdığını diqqətə çatdırıb.
Azərbaycanlı həmkarı ilə artıq bir neçə dəfə görüşdüklərini vurğulayan fransalı nazir görüşlər zamanı təhsil sahəsində əməkdaşlığın perspektivlərini, eləcə də fransız dilinin Azərbaycanda tədrisi məsələlərini və fransız universitetləri nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı kafedralarının fəaliyyətlərini müzakirə etdiklərini diqqətə çatdırıb.
Fransalı nazir ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hər iki tərəfdə güclü iradənin olduğunu diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 776 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30