Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Üçrəngli bayrağımız milli qürurumuzdur

Üçrəngli bayrağımız milli qürurumuzdur

07.11.2015 [10:16]

Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev dövlət bayrağının rəmzi mənalarından, milli mənəvi dəyərlərindən söz açıb. Bildirilib ki, üçrəngli bayraq dövlətimizin suverenliyinin rəmzidir və Azərbaycanı dünya ölkələri arasında təmsil edən dövlət atributudur. A.Hacıyev dövlət rəmzlərinin yaradılmasının və geniş ictimaiyyət tərəfindən qəbul olunmasının Ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb.
Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Əsgər Əhməd Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqları haqqında məlumat verib. Bayraqlarla bağlı slayd təqdim edilib.
Tədbirdə tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub, BSU-nun Məktəb Lisey Kompleksinin şagirdlərinin ifasında vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib.

Paylaş:
Baxılıb: 860 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30