Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə yardımı ayırıb

Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə yardımı ayırıb

14.11.2015 [09:55]

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, toplantıda Dövlət Komitəsi sədrinin müavinləri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılmasıdır.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini icmalara həyata keçirəcəkləri layihələrdə dini ənənələrimizi və milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama uyğun olaraq indiyədək 77 dini icmaya maliyyə yardımı verilib ki, bunların 19-u qeyri-islam, 58-i isə İslam dini icmalarıdır. Ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilir.

Paylaş:
Baxılıb: 704 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30