Bakı Ali Neft Məktəbinin 4 yaşı oldu
01.12.2015 [09:52]
Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 4 ili tamam oldu. Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilisdilli, müasir biliklərə yiyələnmiş, yüksəkixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.
BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən “Trend”ə verilən məlumata görə, 2012-2013-cü tədris ilində - BANM-in 11 tələbəsi, 2013-2014-cü tədris ilində 15 tələbə, 2014/2015-ci tədris ilində 17 tələbəsi, 2015-2016-cı tədris ilində isə BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan 9 (doqquz) nəfəri “Neft-qaz mühəndisliyi”, 5 (beş) nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 3 (üç) nəfəri isə “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Qeyd edək ki, BANM TQDK-nın əsas göstəricilərinə görə daim liderlik mövqeyini saxlayır.
2015-2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub.
Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu bu ilin sonunadək istifadəyə veriləcək.
BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə ali məktəbdir ki, İSO Beynəlxalq standartlarının üç modulu üzrə sertifikata sahib olaraq, İSO 9001 - Keyfiyyət idarəetmə sistemi, İSO 14001- Ekologiya idarəetmə sistemləri və OHSAS 18001 - Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlarını almışdır.
BANM-in 4 illik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksəkkeyfiyyətli ingilisdilli mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin Azərbaycanda fəaliyyət göstərən transmilli və xarici şirkətlərdə təcrübənin təşkil olunması ilə vəhdətinin təmin olunması, tədrisin ingilisdilli peşəkar müəllimlər tərəfindən aparılması, nəinki təhsil həyatının, həmçinin tələbələrin ictimai həyatının səmərəli təşkil olunması üçün yaradılan şərait və imkanlar, müasir laboratoriyalar, tələbələrə SOCAR və BANM-in rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqət və qayğı kimi amillər BANM-ə Azərbaycanın ən nüfuzlu və lider ali məktəb statusunu qazandırıb. BANM abituriyentlərin və onların valideynlərinin ən etibar edəcəyi ali məktəblərdən birinə çevrilib.
Xəbər lenti
Hamısına baxSiyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50

