Qasım Məmmədov: UFAZ-ın yaradılması Azərbaycan təhsilində yeni hadisədir
19.07.2016 [10:00]
Prezident İlham Əliyev 2016-cı il iyunun 9-da “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə Sərəncam imzalayıb. Azərbaycan Respublikasında ali təhsil sisteminin təkmilləşdirilməsi və Fransanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də vətəndaşlara xaricə getmədən öz vətənlərində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə imzalanan sənəd əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində yeni ali məktəb - UFAZ yaradılıb. Bu ali məktəbin gələcək fəaliyyəti və görəcəyi işlər ictimaiyyətin marağını cəlb edir. ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədov AZƏRTAC-a müsahibəsində bu və digər məsələlər barədə ətraflı məlumat verib.
- UFAZ-ın yaranması hansı zərurətdən irəli gəlib? Dövlət başçısının bununla bağlı Sərəncamının əhəmiyyəti barədə nə deyərdiniz?
- Bu, Azərbaycan təhsilində yeni hadisədir, çünki ilk dəfə belə bir ali məktəbin Azərbaycanda yaradılması, sözsüz ki, çox böyük əhəmiyyət daşıyır. Sərəncamın əhəmiyyəti bir də ondadır ki, Azərbaycan gənci ölkə hüdudlarını tərk etmədən Avropanın ən qabaqcıl universitetlərindən olan Strasburq Universitetinin metodikası əsasında təhsil ala biləcək və təhsilini başa vurduqdan sonra ona həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomu veriləcək. Yəni UFAZ-ı bitirən gənclərə iki diplom veriləcək. Bunlar iki ayrı diplomlar olacaq və Strasburq Universitetinin diplomu Fransada verilən diplomla eyni qüvvəyə malikdir. Onu da qeyd etmək istəyirəm ki, UFAZ-ın məzunları həm Azərbaycanda, həm də Fransada işlə təmin olunacaqlar.
- Ümumiyyətlə, bu ali məktəbdə təhsil hansi üstünlükləri ilə fərqlənəcək, Azərbaycan təhsilinə nə kimi yeniliklər gətirəcək? Bu ali məktəbdə tələbə qəbulu qaydaları barədə məlumat verməyinizi xahiş edirik.
- UFAZ-da fransız metodikası əsasında dörd ixtisas üzrə tədris aparılacaq. Pedaqoji heyətin əlli faizi Fransadan dəvət olunacaq, əlli faizini isə bizim universitetin müəllimləri təşkil edəcəklər. Tədris ingilis dilində həyata keçiriləcək. İngilis dili beynəlxalq dil olduğu üçün tələbələrin asanlıqla transfer olunmaları, yəni xaricdən gəlib burada təhsil almaları, yaxud buradan gedib xaricdə təhsil almaları üçün tədrisin ingilis dilində aparılması qərara alınıb. Lakin, eyni zamanda, UFAZ layihəsi çərçivəsində tələbələrə fransız dili də tədris olunacaq. Yəni yuxarı kurslarda bəzi fənlərin fransız dilində tədris olunması nəzərdə tutulur. Birinci il hazırlıq mərhələsi olacaq. İkinci, üçüncü və dördüncü kurslarda isə tələbələr fransız metodikası ilə təhsil alacaqlar. Gənclər ikinci və üçüncü kurslarda mübadilə proqramı çərçivəsində Fransada bir semestr müddətində təhsil almaq üstünlüyünə malik olacaq və eyni zamanda, yay məktəblərində iştirak etmək imkanı qazanacaqlar.
İyulun 15-də birinci qrupda imtahan vermiş abituriyentlər arasında 500 və ondan yuxarı bal toplamış gənclər UFAZ-a qəbul olunmaq üçün namizəd qismində iyulun 18-dən 23-dək online qaydada və yaxud ADNSU-ya gəlməklə qeydiyyatdan keçə bilərlər. İyulun 25-26-da onlara imtahanda iştirak etmək üçün vəsiqələr veriləcək. İyulun 27-də isə imtahan keçiriləcək. Bir məsələni də diqqətə çatdırmaq istərdim ki, imtahanlarda həm Azərbaycan, həm də rus bölməsi üzrə abituriyentlər iştirak edə bilərlər. İmtahanlar Fransa tərəfin hazırladığı, dörd fənn üzrə test sualları və ingilis dilində iki qısa esse yazılması ilə aparılacaq. Qiymətləndirmə Fransa tərəfindən həyata keçiriləcək. Dörd fənn üzrə - fizika, riyaziyyat, kimya, ümumi fənlər blokundan 10 sual təqdim ediləcək. Hər sual iki balla qiymətləndiriləcək. İki səhv cavab bir duz cavabın balını aparır. İki essenin hər biri 10 balla qiymətləndirilir. Tələbələr imtahandan əvvəl qeydiyyatdan keçəndə hansı ixtisası seçdiklərini əvvəlcədən bildirəcəklər. Onların qəbul aparılan dörd ixtisas üzrə həm dövlət sifarişi ilə, həm də ödənişli əsaslarla təhsil almaq imkanları var. Tələbələr istədikləri ardıcıllıqda dörd dövlət sifarişli və dörd ödənişli ixtisası, yəni ümumilikdə səkkiz ixtisası qeyd edəcəklər. Topladıqları bala uyğun sıralamada ilk 30 nəfər ixtisaslar üzrə dövlət sifarişi ilə, sonrakı 10 nəfər isə ödənişli əsaslarla qəbul olunacaq. Ümumilikdə bu il UFAZ-a 160 gəncin qəbul olunması planlaşdırılır. İxtisaslara gəldikdə, onu deyə bilərəm ki, bu ixtisaslar Strasburq Universiteti ilə birgə hazırlanan kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi ixtisasları, Fransanın Renn1 Universiteti ilə birgə hazırlanan neft-qaz mühəndisliyi ixtisasıdır.
- UFAZ üçün ayrıca tədris binası nəzərdə tutulubmu? Bu, universitet üçün hansı imkanları yaradacaq?
- UFAZ üçün ADNSU-nun üçüncü tədris binası nəzərdə tutulub. Hazırda orada təmir işləri gedir. Tarixi tikili olduğuna və əsaslı təmirə ehtiyac duyulduğuna görə bina gələn tədris ilinə hazır olacaq. Amma vəziyyətdən çıxmaq üçün biz əsas binamızın bir hissəsində, yeni tədris ilinədək təmir işləri başa çatanadək UFAZ üçün lazım olan hər bir şəraiti yaradacağıq. UFAZ-ın rəhbərliyinə gəldikdə isə, bu ali məktəb Strasburq Universitetinin və ADNSU-nun rektorları və yaxud onların təyin etdikləri nümayəndələr tərəfindən idarə ediləcək.
Valideynlərə və abituriyentlərə müraciət edərək bildirirəm ki, həqiqətən də Azərbaycanı tərk etmədən Avropanın nüfuzlu ali məktəbinin diplomunu almaq mümkündür. Onları maraqlandıran sualları cavablandırmaq üçün iyulun 19-da saat 11:00-da ADNSU-nun əsas tədris binasında “Açıq qapı” günü keçiriləcək.
Qeyd etmək istəyirəm ki, bir sıra təhsil müəssisələrində UFAZ-ın təqdimatı keçirilib. Bu ali məktəbdə təhsil almaq üçün bizə müraciət edənlər çoxdur. Keçid balına gəldikdə, abituriyentlər maksimum yüz bal toplaya bilərlər. Sıralanma yüz baldan aşağıya doğru aparılacaq.
UFAZ-ın yaradılmasını ölkə Prezidentinin bizim ali məktəbə göstərdiyi böyük etimad kimi qəbul edirik və işimizi elə quracağıq ki, bu layihədən gənclərimiz yüksək səviyyədə bəhrələnsinlər. İnanıram ki, UFAZ tezliklə ölkəmizin ən qabaqcıl ali təhsil müəssisələrindən birinə çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33

