Gilan Qida Şəhərciyində növbəti “açıq qapı” günü keçirilib
26.07.2016 [09:46]
Milli mətbuatın yaranmasının 141-ci ildönümü münasibətilə mətbuat işçiləri üçün təşkil olunan media turun əsas məqsədi istehsal edilən məhsullar və holdinqin iş prinsipləri ilə tanışlıq olub
“Gilan” Azərbaycanda aparıcı holdinqlərdəndir. Holdinqin fəaliyyət dairəsi yüngül və qida sənayesi, kənd təsərrüfatı, tikinti və tikinti materiallarının istehsalı, bank sektoru, sığorta, daşıma və turizm kimi sənaye sahələrini əhatə edir. Holdinqin Azərbaycanın müxtəlif regionlarında yerləşən 5 müəssisəsində hazırlanan keyfiyyətli qida məhsulları həm ölkə əhalisinə təqdim olunur, həm də xarici bazarlara çıxarılır.
Onlardan ən böyüyü Qəbələ şəhərində yerləşən Gilan Qida Şəhərciyidir ki, tərkibinə konserv zavodu, sərinləşdirici içkilərin istehsalı üzrə müəssisə və kartof çipslərinin istehsalı üzrə zavod daxildir.
Qəbələ şəhərində yerləşən Gilan Qida Şəhərciyində müxtəlif zavodların yaradılması rəqabətədavamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab olunur. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir. Qeyd edək ki, 13 hektar ərazidə yerləşən Padovan (İtaliya) və Tetra Pak (İsveç) kimi qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilən zavodda 100-ə yaxın adda məhsul istehsal edilir. Onların arasında “Jalə”, “Zolotoy sad “ və “Natura” əsas brendlər sayılır. İstehsal prosesi bütün ekoloji, sanitar-gigiyenik və təhlükəsizlik normalarına uyğun aparılır və beynəlxalq standartlara cavab verir. Belə ki, zavod yüksək səviyyəli keyfiyyət, təhlükəsizlik və idarəetmə standartlarına tam uyğun fəaliyyət göstərməsi üçün İSO 9001-2008 və İSO 22000 FSMS sertifikatlaşdırılmasını keçib. Həmçinin müəssisədə orqanik nar konsentratı və nar şirəsi istehsal edilir. Avropa və Amerika bazarlarında satışı üçün ECOCERT tərəfindən sertifikatlaşdırılır.
Əsas hədəf istehsal imkanlarını daha da genişləndirmək, dünya bazarında layiqli yerlərdən birini tutmaq, çeşidlərin müxtəlifliyini artırmaq və genişmiqyaslı ticarət dövriyyəsini qurmaq, keyfiyyətə nəzarəti artırmaq və davamlı olaraq bu istiqamətdə işləri təşkil etmək, istehsal fəaliyyətində yenilikləri tətbiq etməkdir.
Yeri gəlmişkən, qeyd edək ki, Gilan Qida Şəhərciyində növbəti “açıq qapı” günü keçirilib. Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümü münasibətilə mətbuat işçiləri üçün təşkil olunan media turun əsas məqsədi jurnalistlərin istehsal edilən məhsullar və iş mexanizmi ilə tanışlığı, eyni zamanda, Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərində istirahət etmələrinin təşkili olub. Media nümayəndələri Qida Şəhərciyində inşa edilən iki yeni emal müəssisəsi ilə də tanış olublar.
Verilən məlumata görə, kartof emalı müəssisəsində iki istehsal xətti quraşdırılıb. Burada yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal olunur. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin istehsal gücü saatda üç ton, çips istehsalı isə bir ton hazır məhsul təşkil edir.
Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Burada xammal 6 min kvadratmetr sahəyə malik ilkin soyuducu anbara yerləşdirilir.
Azərbaycanın qida sənayesi nəhəngi “Gilan Holding”in bazara çıxardığı daha bir brendi olan “Chipsim” markası barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, “Chipsim” markasının əsası 2013-cü ildə qoyulub, dünyanın inkişaf etmiş ölkələrinin - ABŞ və Yaponiyanın ən son texnologiyaları ilə təchiz edilmiş müəssisədə yerli, ekoloji təmiz xammaldan istifadə olunur. “Chipsim” tərkibində müxtəlif ədviyyatlardan istifadə olunmaqla, yüksək keyfiyyətli və tam təbii kartofdan hazırlanır. Hazırda paprika, şüyüdlü, klassik, pendirli, tomatlı, xama və soğanlı çeşidləri mövcuddur. “Chipsim” məhsulundan dadan media nümayəndələri məhsulun dadı haqda yüksək fikirdə olublar.
Qablaşdırmanın ölçüləri də istehlakçılara seçim azadlığı verir. Belə ki, “Chipsim” 20 q, 75 q, 150 q həcmli bağlamalarda müştərilərə təqdim olunur. Başlıca prınsiplərdən biri məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu isə öz növbəsində, kənd təsərrüfatını və yerli biznesin inkişafını stimullaşdırır.
Müəssisədə həmçinin keyfiyyətə nəzarət laboratoriyaları var. İstehsala göndərilmədən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır. Burada istehsal olunan məhsullar bir çox xarici ölkələrə ixrac edilir. Qəbələ şəhərində “Chipsim” zavodunun fəaliyyətə başlaması ilə 400-ə yaxın şəxs daimi işlə təmin edilib.
Sərinləşdirici içkilər istehsalı müəssisəsindəki üç istehsal xəttində 9 növ qablaşdırmada 48 çeşiddə məhsul istehsalı planlaşdırılır. Mətbuat nümayəndələrinə məlumat verilib ki, müəssisədə saatda 10 min litr hazır məhsul istehsalı gücünə malik isti dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə lətli içkilər və soyuq çay istehsal olunur. Digər xətt saatda 36 min litr hazır limonad və digər qazlı sərinləşdirici içkilər, qazlı və qazsız su istehsalı üçün nəzərdə tutulub. Saatda 5 min litr hazır məhsul istehsal gücünə malik xətdə isə qazlı və qazsız su, qazlı sərinləşdirici içkilərin istehsalı planlaşdırılır. Əlavə edilib ki, müəssisədə qablaşdırma mərhələsindən öncə müəyyən reseptlər əsasında hazırlanmış tərkiblər laboratoriyada yoxlanılır və təsdiqdən sonra istehsala göndərilir. Burada bütün istehsal prosesi tam avtomatlaşdırılıb.
Yeni müəssisələrdə 380 nəfər daimi işlə təmin olunub.
Xatırlatmaq yerinə düşər ki, yeni müəssisələrin ümumi tikinti sahəsi 120 min kvadratmetrdir.
Mətbuat işçiləri ilə görüşü zamanı “GİLAN FMCG Group”un marketinq rəhbəri Müşfiq Hüseynov sualları cavablandırıb: “Gilan Qida Şəhərciyində mütəmadi olaraq “açıq qapı” günləri keçiririk. Tələbələr və şagirdlərdən sonra bu dəfə sferanı genişləndirərək jurnalistlər üçün media tur təşkil etmək qərarına gəldik. Əsas məqsədimiz isə Milli Mətbuat Günündə həm jurnalistləri yerli istehsal və onların keyfiyyəti ilə tanış etmək, həm də səfalı guşələrimizdən olan Qəbələdə istirahətlərini təmin etməkdən ibarətdir. Müəssisə “TÜV Avstriya” tərəfindən qida məhsullarının təhlükəsizliyi sahəsində idarəçilik (ISO 22000 : 2005) və keyfiyyətin idarəçilik sisteminin standartlarına (ISO 9001 : 2008) müvafiq qaydada mütəmadi olaraq sertifikatlaşmadan keçir.
Son illərdə “Gilan” Qəbələ Konserv Zavodu ProdExpo (Rusiya), SIAL (Çin), Berlində Beynəlxalq Yaşıl Həftə (Almaniya), World Food (Ukrayna), World Food (Qazaxıstan), Fine Food (Yeni Zelandiya) kimi sərgilərdə iştirak edib”.
Görüş zamanı gələcək planlardan da söhbət açılıb. Qeyd olunub ki, hazırda “Gilan Holding” yeni layihə üzərində çalışır. Belə ki, bu yaxınlarda yarım litrlik “Pepsi” istehsal olunacaq. Qablaşdırma zamanı isə İsveçrə şirkətinə məxsus avadanlıqlardan istifadə olunacaq.
“Gilan Holding” ictimaiyyətə qarşı münasibəti, qarşısına qoyduğu missiya ilə bərabər, öz işçi heyətinin iş və həyat şəraitini yaxşılaşdırmaq, imkanlarından maksimum yararlanmaqla fəaliyyət göstərdiyi cəmiyyətə fayda vermək və iqtisadi inkişafı təşviq etmək kimi sosial öhdəlikləri nəzərdə tutur.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38

