ASAN könüllülərinin “Həmrəylik düşərgəsi” layihəsi davam edir
26.07.2016 [09:49]
“ASAN Könüllüləri” Təşkilatı, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən “Həmrəylik düşərgəsi” layihəsi davam edir.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Lahıcda keçirilən layihə üzrə 60 könüllü altıncı gündür hərbi çadırlarda qalırlar. Layihə müddətində Lahıcda bir sıra təlimlər, sosial aksiyalar və tədbirlər təşkil olunub. Bu tədbirlərdən biri də Niyaldağa yürüş olub. İştirakçılar Azərbaycanın qədim, gözoxşayan tarixi ərazi və abidələri ilə yaxından tanış olublar. Vertikal qrupun dəstəyi ilə həyata keçirilən bu turda gənclərə təbiətlə davranış qaydaları da aşılanıb. Turda əsas məqsəd gənclərin fiziki hazırlığının təmin edilməsinin təşviq olunması və onların fiziki sağlamlığını yüksəltmək, ölkəmizin tarixi barədə gənclərdə praktiki təsəvvürlər formalaşdırmaqdır.
Sonra düşərgəyə qayıdan könüllülər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 15 ölkədən Lahıca gəlmiş əcnəbilərlə görüşüblər. Düşərgə iştirakçıları və əcnəbi qonaqlar birlikdə multikulturalizm dəyərləri əsasında fikir mübadiləsi aparıblar.
Könüllülər daha sonra Gəncə “ASAN xidmət” mərkəzinin teatr truppasının hazırladığı “Məhəbbətin qənimi” tamaşasını izləyiblər. Açıq havada baş tutan tamaşa qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.
Düşərgədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirakçılarla görüşüb. O, ASAN könüllülərinin sayının 8 minə çatdığını və onların qısa müddətdə bir çox uğurlu layihələr həyata keçirdiyini vurğulayıb. Agentliyin sədri, eyni zamanda, “ASAN Könüllüləri” təşkilatının layihələrinin və tədbirlərin sosial əhəmiyyətindən danışıb.
Daha sonra görüşdə “Könüllü fəaliyyətini necə təkmilləşdirməli” mövzusunda müzakirələr aparılıb.
“Həmrəylik düşərgəsi” layihəsi iyulun 26-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

