Xarici turistlər Qəbələ Beynəlxalq Musiqi Festivalına böyük maraq göstərirlər
05.08.2016 [09:55]
Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir. Artıq 6 gündür ki, Qəbələ festivalı dünyaya səs salıb və burada səsləndirilən rəngarəng musiqilər insanları öz sehrinə qərq edib.
Qəbələ Beynəlxalq Musiqi Festivalında 10 mindən çox tamaşaçının iştirakı gözlənilir
AZƏRTAC xəbər verir ki, festivala yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərirlər. Bu günlərdə Qəbələnin bütün otelləri, istirahət və əyləncə mərkəzləri turistlərlə doludur. İnsanlar Qəbələnin müasir otellərində və kirayə verilən yüksək şəraitə malik kənd evlərində yerləşərək həm dincəlir, həm də gündə iki dəfə dünyanın tanınmış musiqiçilərinin iştirakı ilə keçirilən konsertləri izləyərək unudulmaz anlar yaşayırlar. Bir həftə davam edəcək festivalda 10 mindən çox tamaşaçının iştirakı gözlənilir. Onların da əksəriyyəti xarici turistlərdir.
Müsəlman ölkələrindən gələn turistlər üstünlük təşkil edir
Hər il Qəbələ Beynəlxalq Musiqi Festivalının əcnəbi tamaşaçıları arasında Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Bu il isə Qəbələyə müsəlman ölkələrindən gələn turistlərin sayının çox olması festivalın auditoriyasının daha da genişləndiyini deməyə əsas verir. Onlar klassik musiqi əsərlərini karifey sənətkarların ifasında canlı dinləmək üçün daha Avropa ölkələrinə və Rusiyaya getməyə ehtiyac olmadığını qeyd edirlər. Qəbələ musiqi festivalı ilə yanaşı gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli çay və göllərinə, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedicidir. Bu günlərdə Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Şotlandiya, Böyük Britaniya, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Səudiyyə Ərəbistanı, Pakistan, Misir və Cənubi Afrika Respublikasından olub.
“Burada özümüzü qərib hiss etmirik, hamı bizə isti münasibət göstərir”
Şotlandiyalı turist Alastair Maklaklan AZƏRTAC-a müsahibəsində Qəbələ Beynəlxalq Musiqi Festivalının 4 konsertini dinlədiyini, dünya şöhrətli musiqiçilərin ifasından zövq aldığını bildirib: “Qəbələ festivalının yüksək səviyyəli tədbir olduğunu əvvəldən bilirdim. Bura dostum, “Visions of Azerbaijan” jurnalının baş redaktoru İyan Piyertin dəvəti ilə gəlmişəm. Bir neçə dəfə Azərbaycanda olmuşam. Buranın gözəl təbiəti və insanların qonaqpərvərliyi məni heyran edir”.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Qəbələyə istirahətə gələn turist Əhməd Alşar AZƏRTAC-a deyib ki, Qəbələdə dünyanın məşhur musiqiçiləri bir araya gələrək konsertlər verirlər. Mən isti yay günlərində istirahət üçün Qəbələni seçdim. Ona görə ki, gözəl təbiəti, istirahət mərkəzləri, qonaqpərvər insanları olan Qəbələyə gəlməklə, mən həm də beynəlxalq musiqi festivalında iştirak etməyi planlaşdırmışam. Ümid edirəm ki, bu günlərdə Qəbələyə gələn turistlərin əksəriyyəti mənim kimi həm də bu musiqi festivalının tamaşaçılarıdır.
Dubaylı turist ailə üzvləri və yaxın qohumları ilə birgə Azərbaycana ilk dəfə gəldiyini, Bakı və Qəbələni çox bəyəndiyini, insanların mehriban və qonaqpərvər, təbiətin isə çox gözəl olduğunu bildirib: “Biz turizm şirkəti ilə bura 10 nəfər gəlmişik. Səkkiz gündür ki, Qəbələdə dincəlirik. Burada özümüzü qərib hiss etmirik, hamı bizə isti münasibət göstərir. Xidmətlərə görə qiymətlər də yaxşıdır. Qışda qar yağanda Qəbələyə yenidən gələrək buz üzərində xizəklə sürüşmək istəyirəm”.
“Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun təsis etdiyi və rəhbəri olduğu Avropa Azərbaycan Cəmiyyətinin “Visions of Azerbaijan” jurnalının baş redaktoru, ingiltərəli İyan Piyert AZƏRTAC-a müsahibəsində qeyd edib ki, festival başlayan gündən həyat yoldaşı və qızı ilə Qəbələdədir: “Burada dincəlməklə yanaşı, hər gün axşamlar konsertlərə tamaşa edir, zövq alırıq. Qəbələ Bakıdan uzaqda yerləşsə də, konsertlərə paytaxt və bölgələrdən xeyli sayda tamaşaçının qatılması sevindiricidir. Bu da heç şübhəsiz ki, festivalın yüksək səviyyədə təşkilinin və keyfiyyətinin göstəricisidir”.
Yüzə yaxın turizm-istirahət obyekti turistlərin xidmətindədir
Otel, istirahət və əyləncə mərkəzlərində dincəlməklə yanaşı, kanatla dağ gəzintisi, güllə atıcılığı kompleksinin xidmətlərindən bəhrələnmək, atla meşələrdə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, ov ovlamaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşir. “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb. Beynəlxalq musiqi festivalı ilə əlaqədar müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar həyata keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri otellərdə yerləşirlər. Sonra turizm şirkətlərinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi Gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış edirlər. Qəbələdə yerləşən turistlərin qonşu İsmayıllı, Oğuz və Şəki rayonlarına səfərləri də təşkil olunur.
Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər, müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Ötən il Qəbələyə 50 min 350 nəfər yerli və xarici turist gəlib. Bu il turistlərin sayının daha çox olacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

