Qubadlı rayonunun ümumtəhsil məktəbləri yeni dərs ilinə tam hazırdır
07.09.2016 [09:46]
Qubadlı rayonunun ümumtəhsil məktəbləri 2016-2017-ci dərs ilinə tam hazırdır. Məktəblərdə təmir və yenidənqurma işləri aparılıb, lazımi vəsaitlərlə təmin olunub. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli imkanlar açır.
Bu fikirlər sentyabrın 6-da Qubadlı rayon İcra hakimiyyətinin akt zalında keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında səslənib.
Konfransda çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Afət Allahverdiyeva 2015-2016-cı tədris ilinin yekunları barədə məlumat verib. Qeyd edilib ki, ali məktəblərə sənəd verən 361 məzundan 183 nəfəri tələbə adını qazanıb. Onlardan 20 nəfəri 500-600 arası, 14-ü isə 600-dən çox bal toplayıb. Bu da ötən ilin göstəricisindən yüksəkdir.
Bildirilib ki, 2015-2016-cı dərs ilində rayon üzrə 32 ümumtəhsil məktəbində 7949 nəfər, əvvəlki tədris ilinə nisbətən 351 nəfər çox şagird təhsil alıb. Məcburi köçkün rayonlardan ilk dəfə Qubadlı rayonuna şamil olunmuş diaqnostik qiymətləndirmədən 747 nəfər uğurla keçib, müəllimlərin həftəlik dərs yükü norması yanvar ayından 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Rayonun bütün təhsil ocaqlarında sinif otaqları, kimya-biologiya laboratoriyaları, yeməkxana və kompyuter otaqları müasir səviyyədə qurulub. İstilik sistemi ilə təchiz edilən məktəblərin həyətində qazanxanalar tikilib.
Yeni dərs ilində təmirə ehtiyacı olan ümumtəhsil məktəblərində təmir və yenidənqurma işləri görülüb, lazımi avadanlıqla təchiz edilib, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilib.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirib ki, Azərbaycanda təhsilin və elmin inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfə verir.
Təhsil Nazirliyinin məsul işçisi Almaz Ələskərova ölkəmizdə elmin, təhsilin inkişafına dövlət qayğısından danışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq bu istiqamətdə sistemli işlərin həyata keçirildiyini bildirib. O, bu sahədə görülən işlərin əsas məqsədinin ölkəmizin təhsil sistemini təkmilləşdirmək, Azərbaycanın iqtisadi və sosial maraqlarını təmin edəcək mütəxəssislər yetişdirmək olduğunu vurğulayıb.
Ali məktəblərə yüksək balla qəbul olunan tələbələr onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.
Konfransda yeni dərs ilində qarşıda duran məsələlər də müzakirə olunub.
Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə hədiyyələr verilib.
Qubadlı rayon təhsil işçilərinin sentyabr konfransı işini sabah bölmələrdə davam etdirəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57

