/ / “Lusofona kimi nəhəng universitetin qapılarını üzümüzə açması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin böyük nailiyyətidir”
“Lusofona kimi nəhəng universitetin qapılarını üzümüzə açması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin böyük nailiyyətidir”
30.12.2016 [09:40]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Portuqaliyanın tanınmış ali təhsil müəssisəsi Lusofona Universitetində sözügedən fənni bu dəfə professor Gülnar Hüseynzadə tədris edib.
BBMM-in əməkdaşı bu günlərdə növbəti tədris semestrinin sonunda Gülnar Hüseynzadə ilə görüşüb, Azərbaycan multikulturalizmini mənimsəmə səviyyəsi və tədrisin keyfiyyəti ilə bağlı söhbətləşib.
Professor öncə Portuqaliya ilə bağlı yığcam təəssüratlarını oxucularla bölüşüb: “Portuqaliya, Lissabon yaxşı mənada mənə çox təsir elədi. Avropanın çox ölkələrində olmuşam, lakin belə xalq görməmişəm: portuqal xalqı bizə bənzəyir - istiqanlı, səmimi, qonaqpərvər... Ənənələrə çox bağlı insanlardır”.
Gülnar Hüseynzadə diplomatiya fakültəsinin magistrantlarına Azərbaycan multikulturalizmini tədris etdiyini, fənnin tələbələr tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb: “Tələbələrim daha çox Portuqaliya və Braziliyadan idilər. 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü Portuqaliyada noyabrın 15-də qeyd edilir. Mənə təklif etdilər ki, bu münasibətlə təşkil etdikləri beynəlxalq konfransda iştirak edim. Konfransda iştirak etdim, həm Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən götürdüyüm disklərin, həm də özümün tapdığım video materialların vasitəsilə Azərbaycan multikulturalizmi modeli ilə bağlı geniş təqdimat elədim. Təqdimat böyük maraqla qarşılandı. Azərbaycanda Portuqaliya haqqında məlumat az olduğu kimi, Portuqaliyada da Azərbaycanla bağlı bilgilər məhduddur. Çünki Portuqaliya bir çox baxımdan, xüsusilə də coğrafi anlamda bizə uzaq ölkədir. Portuqaliya bizi tanımayan ölkələrdən biridir. Bundan öncə orada Azərbaycan multikulturalizmi fənni tədris olunsa da, düşünürəm ki, bu, geniş bilgilərə malik olmaq üçün yetərli deyil”.
Gülnar Hüseynzadə bildirib ki, Portuqaliyada gənclər əksər hallarda ali təhsil müəssisələrini bitirib həmin tədris ilində magistratura təhsilinə üz tutmurlar: “Azərbaycan multikulturalizmi kursunun dinləyiciləri də kifayət qədər yetkin idilər, bir neçə il çalışdıqdan sonra magistraturaya daxil olublar. Məsələn, mənim tələbələrimin sırasında Xarici İşlər Nazirliyində çalışanlar (onlardan biri yüksək vəzifədə çalışırdı, amma sadəcə, Azərbaycan multikulturalizmi sahəsi üzrə magistr təhsili almaq arzusundaydı), biznesmenlər vardı. Yəni təcrübəli insanlar idilər və yetkin, əhatəli suallarla müraciət edirdilər. Şənbə günləri də məşğul olurduq. Bir-birimizlə ünsiyyətdən, Azərbaycan multikulturalizminin incəliklərini müzakirə etməkdən, diskussiyalara qatılmaqdan zövq alırdıq. Lusofona Universiteti çox böyük ali təhsil müəssisəsidir, buranın təxminən 30 mindən artıq tələbəsi var. Düşünürəm ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin böyük nailiyyətidir ki, belə nəhəng bir universitet öz auditoriyalarının qapılarını üzümüzə açıb”.
Portuqaliyanı da multikultural ölkə kimi səciyyələndirən və Azərbaycan multikulturalizmi modeli ilə müqayisə edən Gülnar Hüseynzadə birincinin daha çox müstəmləkə xarakterli bir örnək olduğunu, Azərbaycan multikulturalizminin isə uzun əsrlərə söykənən tarixi köklərə malik model olduğunu qeyd edib: “Azərbaycan multikulturalizmi modeli həm də ölkəmizin mədəniyyətini, adət-ənənələrini də özündə ehtiva edir. Mən dərslərdə də qeyd edirdim, Azərbaycanda müxtəlif etnikləri, fərqli etiqadları, dini etiqadları öyrənmək olar, amma bu müzakirə edilmir. Tələbələrimə bildirdim ki, Azərbaycan dünyada multikulturalizmin dövlət siyasətində prioritet istiqamətin olduğu nadir ölkələrdəndir”.
Professor vurğulayıb ki, xarici ölkəyə gedən hər bir kəs öz xalqının təmsilçisi olur, bu həm zövqlü, həm də çox məsuliyyətli işdir: “Bunun zövqünü yaşamaqla yanaşı, məsuliyyətini də dərk etmək lazımdır. Fənni tədris etdiyim fakültə “Diplomatiya” olduğu üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənə çoxlu suallar ünvanladılar. Bu problem haqqında bilgisizdirlər. Bununla bağlı tələbələrin suallarına cavab verdikcə, problemin mahiyyəti onlara tam aydın oldu. Onlar Azərbaycan multikulturalizm modeli, ölkəmizlə bağlı hər şeylə maraqlandılar. Onlar Azərbaycana gəlmək, Portuqal-Azərbaycan cəmiyyəti yaratmaq, universitetlərarası tələbə təcrübə mübadiləsi, qarşılıqlı olaraq hər iki xalqın dilini, mədəniyyətini öyrənmək üçün layihələri həyata keçirmək arzularını dilə gətirdilər. Hesab edirəm ki, biz Azərbaycan multikulturalizmi modelini hərtərəfli izah, təbliğ və təşviq etməyə nail olduq.
Ən başlıca nailiyyətimiz odur ki, Lusofona Universitetindəki tələbələrim məmnuniyyətlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin III beynəlxalq multikulturalizm məktəbi ərzində yaradılan “Azərbaycanın Gənc Dostları Klubu”na üzv oldular”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17

