Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Sənaye Sığorta şirkəti Vergilər Nazirliyi tərəfindən yüksək statusa layiq görülüb

Azərbaycan Sənaye Sığorta şirkəti Vergilər Nazirliyi tərəfindən yüksək statusa layiq görülüb

02.03.2017 [09:39]

Peşəkar xidməti ilə müştərilər tərəfindən çox yüksək qiymətləndirilən Azərbaycan Sənaye Sığorta şirkəti növbəti uğura imza atıb. 1996-cı ildən fəaliyyət göstərən şirkət Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən “Partnyor vergi ödəyicisi statusu”na layiq görülüb. Azərbaycan Sənaye Sığorta Şirkəti bu statusu Vergilər Nazirliyinin əmri ilə mühasibat və vergi sahəsindəki şəffaf fəaliyyəti nəticəsində əldə edib. Qeyd edək ki, 2012-ci ildən etibarən İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilən və icbari sığorta növləri üzrə fəaliyyət göstərməsinə icazə verilən “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərir.
“Azərbaycan Sənaye Sığorta” ölkədə fəaliyyət göstərən fermerləri də yaxından dəstəkləyir. Belə ki, “Azərbaycan Sənaye Sığorta” ASC 2017-ci ilin fevral ayında kənd təsərrüfatı bitkilərinin sığortası üzrə son üç ilin ən böyük sığorta ödənişini həyata keçirib. Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, İmişli, Samux, Tovuz, Tərtər rayonlarında şəkər çuğunduru əkin sahələrinə dolu nəticəsində ciddi ziyan dəyib. 62 fermerin əkdiyi şəkər çuğundurunun 481 hektarlıq sahəsinə dəymiş zərər üçün ümumilikdə 205 392 manat sığorta ödənişi verilib. Məlumat üçün bildirək ki, artıq beş ildir ki, Şirkət kənd təsərrüfatı bitkilərinin sığortası ilə məşğuldur. 2017-ci ildə də kənd təsərrüfatı bitkilərinin sığortasında ciddi nəticələrə, irəliləyişlərə nail olmaq şirkətin əsas hədəflərindəndir.

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31