Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Füzulidə 1695 nəfər ambulator, 87 nəfər isə stasionar müalicəyə cəlb olunub

Füzulidə 1695 nəfər ambulator, 87 nəfər isə stasionar müalicəyə cəlb olunub

28.03.2017 [09:35]

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da əhalinin kütləvi tibbi dispanserizasiyası uğurla həyata keçirilir.
Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov AZƏRTAC-a bildirib ki, əhalinin tibbi müayinəsi Füzuli Tibb Mərkəzində, Horadiz şəhər, Əhmədbəyli kənd, İkinci Zobucuq və Qayıdış qəsəbə xəstəxanalarında aparılır. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər.
Fevralın 15-dən indiyədək 27 idarə-müəssisə kollektivi, 9 yaşayış məntəqəsinin sakinləri olmaqla, 18 min 485 nəfər müayinə olunub. Onlardan 1695 nəfər ambulator, 87 nəfər stasionar müalicəyə cəlb edilib, 31 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Hazırda 23 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi davam etdirilir.
Dövlətimizin başçısının Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti füzulililər tərəfindən minnətdarlıqla qarşılanır.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31