/ / Kamran Musayev: “Bakı Ürək Günləri” yerli mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına dəstəkdir
Kamran Musayev: “Bakı Ürək Günləri” yerli mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına dəstəkdir
26.05.2017 [09:49]
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən “Bakı Ürək Günləri” beynəlxalq konqreslərinin keçirilməsi ənənəyə çevrilib. Bakıya toplaşan onlarla ölkədən aparıcı mütəxəssislər tibbin ən son yeniliklərini və müasir texnologiyaları müzakirə edir, təcrübə mübadiləsi aparırlar. İki ildən bir təşkil olunan bu konqreslərin hər birində dünyanın aparıcı kardioloq və kardiocərrahları iştirak edirlər. Xaricdən gələn beynəlxalq səviyyəli mütəxəssislərin çıxışları, onların bölüşdükləri təcrübələr və təqdim edilən müasir tibbi yeniliklər ölkədə fəaliyyət göstərən yüzlərlə həkim və cərrah tərəfindən böyük maraqla qarşılanır. Bütün bunlar yerli həkimlərin nəzəri biliklərinin, buna müvafiq olaraq isə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artmasına birbaşa təsir edir.
Mayın 26-28-də isə AÜDCC Bakıdakı “Gülüstan” sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Bakı Ürək Günləri” 5-ci beynəlxalq konqresini keçirməyə hazırlaşır.
AZƏRTAC bununla bağlı Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış kardiocərrah Kamran Musayevin müsahibəsini təqdim edir:
- Kamran həkim, “Bakı Ürək Günləri” beynəlxalq konqreslərinin keçirilməsi təşəbbüsünün əsasında nə dayanır?
- Təəssüf ki, bütün dünyada, eləcə də Azərbaycanda ürək-damar xəstəlikləri ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. Hər il dünyada on milyonlarla insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2030-cu ildə bu rəqəm 23 milyona çata bilər. Buna görə ürək ölümlərinin sayının azaldılması əsas hədəfdir. Qarşıya qoyulan hədəfə çatmağın yolu məhz insanların tibbi maarifləndirilməsidir. Bu baxımdan keçirdiyimiz konqreslərin böyük əhəmiyyəti var.
“Bakı Ürək Günləri” 5-ci beynəlxalq konqresini təşkil etməkdə məqsəd ölkəmizdə həyata keçirilən dövlət tibb siyasətinə, respublikamızın bu sahədə əldə etdiyi uğurların təbliğinə, eləcə də yerli mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına dəstək olmaqdır. Konqresdə yerli ürək həkimləri kardiologiya və kardiocərrahiyyə sahəsində dünyadakı ən son yeniliklərlə tanış olacaq, eləcə də yerli və xaricı mütəxəssislərin bu sahədə təcrübə mübadiləsinə imkan yaradılacaq. Konqresdə dünyanın 15-dək ölkəsindən 400-dən çox kardioloq və kardiocərrahın iştirakı nəzərdə tutulur. Əsas qonaq isə Berlində Almaniya Ürək İnstitutunun banilərindən biri, Hetzer Ürək-Damar Akademiyasının qurucusu, Almaniyada ilk süni ürək əməliyyatını icra etmiş professor Ronald Hetzer olacaq. Ən başlıcası odur ki, xarici mütəxəssislər ölkəmizdə qurulmuş mükəmməl səhiyyə infrastrukturu ilə da tanışlıq imkanı əldə edəcəklər.
- Rəhbərlik etdiyiniz Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən “Bakı Ürək Günləri” 1-ci beynəlxalq konqresi ilk dəfə 2009-cu ildə təşkil olunub. Aradan 8 il ötür. Sabah işə başlayan konqres əvvəlkilərdən nə ilə fərqlənəcək?
- Əvvəlki konqreslərdə əsasən xarici mütəxəssislərin məruzələrinə geniş yer ayrılırdı. Bu dəfə isə yerli mütəxəssislərin çıxışları artırılacaq. Əsas fərq bundan ibarətdir. Bizi ən çox sevindirən də məhz budur.
- “Bakı Ürək Günləri” beynəlxalq konqreslərinin hamısı ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Bu nə ilə bağlıdır?
- Suala görə çox sağ olun. Türkiyədə təhsilimi başa vurub Vətənə qayıdanda çoxları məni qınayırdı. Çünki o vaxt Bakıda dünya standartlarına uyğun müasir xəstəxana yox idi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial siyasət və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə ən yüksək avadanlıqlarla təchiz edilmiş tibb mərkəzlərində ürək əməliyyatlarının aparılması adi hala çevrilib. Elə mənim çalışdığım Mərkəzi Klinik Xəstəxana 2001-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə açılıb. Bu klinikada xəstəliklərin müalicəsində tibbin ən son yenilikləri tətbiq edilir. Bütün bu nailiyyətlərin əldə olunmasının, bu qəbildən beynəlxalq konqreslərin Bakıda keçirilməsinin əsasında, təbii ki, Ulu öndərin əsasını qoyduğu və formalaşdırdığı səhiyyə siyasəti dayanır.
- Mərkəzi Klinik Xəstəxana respublikamızda yaradılmış ilk müasir tibb müəssisəsidir. Onun fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Doğrudan da, bu klinika Azərbaycan səhiyyəsində yeni və müasir xəstəxana modelidir. Ötən 16 ildə xəstəxanada 12 mindən çox əməliyyat aparılıb. Bu rəqəmlər bizim dünyanın nüfuzlu tibb müəssisələri tərəfindən qəbul olunmağımıza imkan verir. İnamla demək olar ki, bu gün Mərkəzi Klinik Xəstəxana Prezident İlham Əliyevin biz həkimlər qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlməyə qadirdir.
- Son illər kardiocərrahiyyə Azərbaycan səhiyyəsinin ən inkişaf edən sahələrindən biridir. İndi hətta körpələr üzərində açıq ürək əməliyyatları aparılır. Hələ 2013-cü ildə Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb. Ancaq insanlar nədənsə müalicə üçün xaricə üstünlük verirlər. Bəlkə, onlar öz həkimlərimizə etibar etmirlər?
- İndi vəziyyət dəyişib. Yadımdadır ki, Mərkəzi Klinik Xəstəxanada işlədiyim ilk illərdə, yəni 2000-2001-ci illərdə Azərbaycan vətəndaşları müalicə üçün əsasən xaricə üz tuturdular. Bu da narahatlıq doğurmaya bilməzdi. Demək olar ki, hazırda bu tendensiya azalmağa doğru gedir. Bu gün respublikadakı mövcud xəstəxanalarda ürək cərrahiyyəsi sahəsində problemlər aradan qalxıb və xəstələrin xarici ölkələrə getməsinə daha ehtiyac qalmayıb. Təkcə Mərkəzi Klinik Xəstəxanada deyil, bir sıra digər tibb mərkəzlərində də kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində dünya standartlarına uyğun çox uğurlu əməliyyatlar aparılır. Sevindirici haldır ki, vətəndaşlarımız öz xəstəxanalarımızda müayinə və müalicə olunmağa üstünlük verirlər. Hətta xarici vətəndaşlar da müalicə üçün bizə müraciət edirlər. Bizim xəstəxanada ABŞ, İngiltərə, Hindistan, Almaniya, Rusiya, Ukrayna və digər ölkələrin vətəndaşları əməliyyat olunub. Deməli, onlar Azərbaycan həkimlərinin peşəkarlığına etibar edirlər ki, burada əməliyyat olunmağa razılıq verirlər.
Ölkəmizdə kifayət qədər kadr potensialı və səhiyyə infrastrukturu mövcuddur. Bu gün Mərkəzi Klinik Xəstəxanada və digər tibb ocaqlarımızda olan müasir avadanlıqlar, yüksəkixtisaslı mütəxəssislər ən mürəkkəb əməliyyatları aparmağa qadirdirlər. Tam əminliklə deyə bilərəm ki, komandamız yeni doğulmuş körpə, 90 yaşlı qoca üzərində də ürək əməliyyatları həyata keçirə bilir. Bir sözlə, dünyada elə bir çətin ürək əməliyyatı yoxdur ki, onu Azərbaycanda həyata keçirmək mümkün olmasın.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

