/ / Hacı Cavad məscidinin Yasamal rayonu ərazisində yeni ünvanda təməlinin qoyulacağı məkana baxış keçirilib
Hacı Cavad məscidinin Yasamal rayonu ərazisində yeni ünvanda təməlinin qoyulacağı məkana baxış keçirilib
02.06.2017 [10:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin həmin rayonun ərazisində yeni ünvanda təməlinin qoyulacağı məkana baxış keçirilib. Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Məscidin yeni binasının inşa olunacağı əraziyə gələn Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Ramazan ayında dindarlara belə bir xoş töhfəni bəxş edən dövlətimizin başçısının milli-mənəvi dəyərlərimizə böyük ehtiram və qayğısını xüsusi vurğulayıb. O, Azərbaycanda, o cümlədən paytaxtımız Bakı şəhərində gedən genişmiqyaslı tikinti, yenidənqurma işlərinin, xalqımızın rifahı və daha rahat, müasir dövrün tələblərinə cavab verən səviyyədə yaşayışına xidmət edən tədbirlərin, böyük qayğı və məhəbbətlə bərpa edilən tarixi və dini məkanların Prezident İlham Əliyevin, həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səy və fəaliyyətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Tikiləcək məscidin ərazisi, layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə yaxından tanış olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin dindarların qayğılarına hər zaman diqqətlə yanaşdığını bildirərək, Bakı şəhərinin keçmiş “Sovetski” adlanan məhəlləsinin dindarlarına edilən bu böyük hədiyyəni yüksək qiymətləndirib. Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinin mübarək Ramazan ayında başlanmasının mənəvi əhəmiyyətini və xeyirlərə vəsilə olacağını xüsusi vurğulayan şeyxülislam belə bir diqqət və himayəyə, maddi və mənəvi dəstəyə görə dövlətimizin başçısına dərin minnətdarlıq ifadə edib. QMİ sədri Ümummilli liderimiz Heydər Əliyevin Bibiheybətdən başlatdığı mənəvi dəyərlərin dirçəldilməsi missiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Uca Allaha xoş gedən əməlləri ilə bütün dindarların ehtiram, məhəbbətini qazandığını və böyük savab sahibi olacağını xüsusi vurğulayıb. Ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu bildirən A.Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin bu işdə rolunu xüsusi vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətimizin başçısının dindarların mənəvi ehtiyaclarının ödənilməsi üçün tikiləcək yeni məscid binasının yerləşdiyi məkanın olduqca münasib, layihəsinin nəfis tərtibatlı olmasının Azərbaycan dövlətinin, şəxsən Prezidentin diqqət və dəstəyinin nəticəsi olduğunu bildirib. Komitə sədri ümidvar olduğunu bildirib ki, gələn ilin Ramazan ayınadək hazır olacaq Hacı Cavad məscidinin yeni binası Azərbaycan dindarlarına gözəl bayram hədiyyəsi olacaq.
Toplantıda Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar belə bir dəyərli töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını, dövlətimizin başçısına təşəkkür məktubu ünvanlamaq niyyətində olduqlarını bildiriblər. Mübarək Ramazan ayında onları sevindirən belə bir ali diqqət və qayğını xüsusi dəyərləndirən dindarlar çıxışlarında birmənalı şəkildə qeyd ediblər ki, müqəddəs dini dəyərlərimizə böyük ehtiramla həyata keçirilən misilsiz işlərə kölgə salmaq niyyətində olan, müstəqil dövlətimizin uğurlarını gözü götürməyən bədxah dairələrin təxribatları heç zaman nəticə verməyəcək.
Çıxışçılar Azərbaycan xalqının tarixi, milli-mədəni, dini-mənəvi irsinə göstərilən diqqət və qayğını hədsiz dəyərləndirdiklərini və yeni məscid binasının ərsəyə gələcəyinə görə məmnun olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

