Aziz Sancar: Mən Nobel mükafatı alanda bütün türk dünyası sevinc içində idi
13.06.2017 [09:51]
“Mən mütləq şəkildə Nobel mükafatı alacağımı düşünmürdüm. Nobeli almaq bir qədər subyektivdir”.
APA-nın xəbərinə görə, bunu 2015-ci ilin kimya üzrə Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Aziz Sancar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onun yaradıcılığına həsr edilmiş konfransda deyib.
O bildirib ki, Nobel mükafatını qazanması Türkiyə ilə yanaşı Azərbaycanda da böyük marağa səbəb olub: “Qazaxıstandan Kosovoya qədər bütün türk dünyası sevinc içində idi. Hətta Azərbaycanın Vaşinqtondakı səfiri dərhal zəng edib mənə təbriklərini çatdırdı”.
A.Sancarın sözlərinə görə, mükafatı aldığı gün səhər saat 05.00 radələrində İsveçdən evinə zəng gəlib: “Həyat yoldaşım telefonun dəstəyini götürüb, ondan məni soruşublar. O da cavab verib ki, Aziz Sancar yatıb, cavab verə bilməyəcək, nə deyəcəksənsə, mənə de. Hətta dalaşıblar da. İsveçdən zəng edən şəxs də deyib ki, Aziz Sancara deyəcəklərimi sizə söyləyə bilmərəm, bircə Aziz Sancara çatdırın ki, Stokholmdan zəng edib onu axtarırlar. Nəhayət nəticəni rəsmi elan etdilər. Mükafatı verənə kimi bir həftəlik uzun və yorucu prosedur oldu”.
A.Sancar Nobeli aldıqdan sonra başına gələn bir sıra maraqlı hadisə barədə də məlumat verib: “Bir türk qadın oğlu ilə birlikdə universitetə məndən məsləhət almağa gəlmişdi. Üzərində çalışdığım bir neçə elmi araşdırma barədə onlara məlumat verdim. Oğlan təəccüblə dedi ki, elə bu qədər?! Dedim ki, oğlum, mən bunun üzərində 40 il çalışmışam. Bundan sonra oğlan bizim universitetə gəlmədi, başqa yerə getdi”.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 14:58
Gündəm
01 Sentyabr 14:53
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

