Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hər bir jur­na­list xal­qın, döv­lə­tin tə­əs­sü­bü­nü çək­mə­li­dir

Hər bir jur­na­list xal­qın, döv­lə­tin tə­əs­sü­bü­nü çək­mə­li­dir

24.06.2017 [09:07]

Cə­miy­yə­timizin bütün digər nü­ma­yən­də­lə­ri ki­mi, me­dia təmsilçiləri üçün də mil­li mə­na­fe­yin, döv­lət ma­raq­la­rı­nın qo­run­ma­sı baş­lı­ca tə­ləb­lər­dən bi­ri ki­mi çı­xış edir
Məq­səd­yön­lü si­ya­sət sa­yə­sin­də bər­qə­rar olan möh­kəm ic­ti­mai-si­ya­si sa­bit­lik, və­tən­daş həm­rəy­li­yi öl­kə­miz­də mil­li mə­na­fe­yə əsas­la­nan müs­tə­qil si­ya­si kur­su inam­la hə­ya­ta ke­çir­mə­yə eti­bar­lı zə­min ya­ra­dır. Xal­qı­mı­zın Ümum­mil­li li­de­ri Hey­dər Əli­yev tə­rə­fin­dən mü­əy­yən­ləş­di­ri­lən və bu gün Pre­zi­dent İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə uğur­la hə­ya­ta ke­çi­ri­lən si­ya­sə­tin ana xət­ti­ni məhz xəl­qi­lik təş­kil edir. Pre­zi­dent İl­ham Əli­ye­vin da­im xal­qın ar­zu və is­tək­lə­ri ilə üst-üs­tə dü­şən və öl­kə­nin mil­li mə­na­fe­yi ilə səs­lə­şən tə­şəb­büs­lər­lə çı­xış et­di­yi­ni bir­mə­na­lı şə­kil­də vur­ğu­la­ya bi­lə­rik. Be­lə xəl­qi si­ya­sət isə öl­kə­mi­zin özü­nə olan ina­mı­nı qat-qat ar­tı­rır. Pre­zi­dent İl­ham Əli­yev bə­yan edib ki, biz Azər­bay­can­da güc­lü, özü­nə gü­və­nən, müs­tə­qil döv­lət qu­ru­ruq. Bu döv­lət əbə­di ya­şa­ma­lı­dır və uğur­la ya­şa­ma­lı­dır.
Öl­kə­miz­də hə­ya­ta ke­çi­ri­lən si­ya­sə­tin mər­kə­zin­də Azər­bay­can döv­lə­ti­nin, Azər­bay­can və­tən­da­şı­nın ma­raq­la­rı da­ya­nır
Azər­bay­can döv­lə­ti­nin hə­ya­ta ke­çir­di­yi si­ya­si kur­sun di­gər mü­hüm cə­hət­lə­rin­dən bi­ri də mil­li və və­tən­daş ma­raq­la­rı­nın, ic­ti­mai mə­na­fe­nin mü­da­fiə olun­ma­sı­nın zə­ru­ri şərt ki­mi irə­li sü­rül­mə­si­dir. Azər­bay­can və­tən­daş­la­rı re­al­laş­dı­rı­lan si­ya­sə­tin mər­kə­zin­də da­ya­nır­lar. Pre­zi­dent İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə uğur­la hə­ya­ta ke­çi­ri­lən müs­tə­qil si­ya­sət və­tən­daş ma­raq­la­rı­nı ən yük­sək sə­viy­yə­də eh­ti­va edir. Döv­lə­ti­mi­zin baş­çı­sı bu­nun­la bağ­lı vur­ğu­la­yıb ki, müs­tə­qil­lik döv­rün­də biz, sö­zün əsl mə­na­sın­da, müs­tə­qil si­ya­sət apa­rı­rıq: “Bu si­ya­sə­tin mər­kə­zin­də Azər­bay­can döv­lə­ti­nin, Azər­bay­can və­tən­da­şı­nın ma­raq­la­rı­dır. Bu ma­raq­lar bi­zim üçün hər şey­dən üs­tün­dür. Həm­çi­nin mil­li də­yər­lə­ri­miz də bi­zim üçün hər şey­dən üs­tün­dür”.
Öl­kə rəh­bə­ri­nin ifa­də et­di­yi bu ma­raq­lar de­mok­ra­tik­ləş­mə pro­se­si­nin də­rin­ləş­mə­si, və­tən­daş cə­miy­yə­ti ins­ti­tut­la­rı­nın, in­san hü­quq və azad­lıq­la­rı­nın möh­kəm­lən­di­ril­mə­si, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin azad fəa­liy­yə­ti­nin tə­min və təş­viq olun­ma­sın­da da xü­su­si yer tu­tur. Azər­bay­can­da ra­sio­nal və praq­ma­tik si­ya­si-stra­te­ji kur­sun fo­nun­da qa­nun­ve­ri­ci­lik ba­za­sı­nın zən­gin­ləş­di­ril­mə­si, ic­ti­mai-si­ya­si tə­si­sat­la­rın fəa­liy­yət me­xa­niz­mi­nin sə­mə­rə­li­lik sə­viy­yə­si­nin ar­tı­rıl­ma­sı­na yar­dım edən hü­qu­qi is­la­hat­la­rın hə­ya­ta ke­çi­ril­mə­si, həm­çi­nin di­gər bu ki­mi təd­bir­lər de­mok­ra­tik­ləş­mə pro­se­si­nin da­ha da sü­rət­lən­mə­si­ni şərt­lən­di­rib. Nə­ti­cə eti­ba­ri­lə, Azər­bay­can de­mok­ra­ti­ya yo­lun­da in­ten­siv irə­li­lə­yi­şi­ni inam­la da­vam et­di­rir və və­tən­daş cə­miy­yə­ti qu­ru­cu­lu­ğu pro­se­sin­də mü­hüm nai­liy­yət­lər əl­də edi­lib.
Azər­bay­can­çı­lıq məf­ku­rə­si müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin ana xət­ti­ni təş­kil edir
Mə­lum­dur ki, dün­ya­nın qa­baq­cıl cə­miy­yət­lə­rin­də və döv­lət­lər­də və­tən­daş-döv­lət mü­na­si­bət­lə­ri­nin tən­zim­lən­mə­si de­mok­ra­tik­ləş­mə pro­se­si­nin mü­hüm kom­po­nent­lə­rin­dən bi­ri­ni təş­kil edir. Döv­lət və ic­ti­mai ma­raq­la­rın mü­da­fiə­si döv­lət və hö­ku­mət baş­çı­la­rı­nın, dip­lo­mat­la­rın, döv­lə­tin da­xi­li və xa­ri­ci si­ya­si kur­su­nu mü­əy­yən edən və hə­ya­ta ke­çi­rən şəxs­lə­rin fəa­liy­yə­ti­nin baş­lı­ca məq­sə­di və əsas tər­kib his­sə­si­dir. Bu­nun­la be­lə, döv­lə­ti və cə­miy­yə­ti bü­töv bir sis­tem ki­mi nə­zər­dən ke­çir­sək, gö­rə­rik ki, bu sis­te­mə da­xil olan hər bir ele­ment onun və­ziy­yə­ti­nə bu və ya di­gər də­rə­cə­də tə­sir gös­tə­rir. De­mə­li, hər bir cə­miy­yət üz­vü­nün fəa­liy­yə­ti ic­ti­mai ma­raq­la­ra mü­əy­yən də­rə­cə­də tə­sir gös­tər­mək­də­dir.
Bə­zən li­be­ral ya­naş­ma­da şəx­si hü­quq və azad­lıq­lar ic­ti­mai və döv­lət ma­raq­la­rı ilə qar­şı-qar­şı­ya qo­yu­la­raq, san­ki ba­rış­maz və bi­ri di­gə­ri­nə təh­lü­kə tö­rə­dən də­yər­lər ki­mi təq­dim olu­nur. Hal­bu­ki, fər­di və ic­ti­mai, ya­xud döv­lət ma­raq­la­rı bir-bi­ri­lə əla­qə­li­dir. Fər­din hü­quq və azad­lıq­la­rı­nın onun cə­miy­yət və döv­lət qar­şı­sın­da­kı mə­su­liy­yə­ti ilə uz­laş­dı­rıl­ma­sı həm şəx­si, həm də ic­ti­mai mə­na­fe­lə­rin tə­min olun­ma­sı­na əl­ve­riş­li şə­ra­it ya­ra­dır.
Öl­kə­miz­də və­tən­daş­la­rın mil­li ide­ya ət­ra­fın­da bir­ləş­di­ril­mə­si və sə­fər­bər olun­ma­sı is­ti­qa­mə­tin­də çox uğur­lu ideo­lo­ji si­ya­sət hə­ya­ta ke­çi­ril­mək­də­dir. Gü­nü­müz­də et­no­kon­fes­sio­nal zən­gin­li­yi özün­də ya­şa­dan və bir­ləş­di­rən ideo­lo­ji ba­xış­lar sis­te­mi ki­mi azər­bay­can­çı­lıq məf­ku­rə­si müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin ana xət­ti­ni təş­kil edir. Tə­sa­dü­fi de­yil ki, Ulu ön­dər si­ya­si ha­ki­miy­yə­tə qa­yı­dı­şı­nın ilk gü­nün­də et­di­yi çı­xış­da Azər­bay­can­çı­lı­ğı döv­lət ida­rə­çi­li­yi fəl­sə­fə­sin­də əsas te­zis ki­mi irə­li sür­müş­dür: “Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də olan hər bir və­tən­daş mil­liy­yə­tin­dən, di­nin­dən, si­ya­si mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq, ey­ni hü­qu­qa ma­lik ol­ma­lı­dır. Əgər biz bu məf­hum­la­rı rəh­bər tu­ta bil­sək və bu­nu əmə­li su­rət­də hə­ya­ta ke­çi­rə bil­sək, biz Azər­bay­can Res­pub­li­ka­sın­da olan bü­tün xalq­la­rın, bü­tün mil­lət­lə­rin tam bir­ləş­mə­si­ni tə­min edə bi­lə­rik. Bu, bi­zim əsas və­zi­fə­lə­ri­miz­dən bi­ri­dir”.
Bu gün bir sı­ra keç­miş so­vet öl­kə­lə­ri­nin hə­lə də mil­li ideo­lo­gi­ya ax­ta­rı­şın­da ol­du­ğu bir vaxt­da Azər­bay­can­da azər­bay­can­çı­lıq məf­ku­rə­si ilə tər­bi­yə olun­muş nə­sil for­ma­la­şıb. Azər­bay­can maa­rif­çi­lə­ri­nin irə­li sür­dük­lə­ri tə­məl ide­ya və prin­sip­lə­ri sis­tem­ləş­di­rə­rək tək­mil azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı for­ma­sı­na sa­lan Ümum­mil­li li­der Hey­dər Əli­yev bu­nun­la müs­tə­qil Azər­bay­ca­nın ideo­lo­ji da­ya­ğı­nı for­ma­laş­dı­rıb. Mil­li də­yər­lər, döv­lət­çi­lik, və­tən­pər­vər­lik ki­mi kol­lek­tiv sə­ciy­yə da­şı­yan də­yər­lə­ri özün­də bir­ləş­di­rən azər­bay­can­çı­lıq həm də fər­di və ic­ti­mai ma­raq­la­rın uz­laş­dı­rıl­ma­sı­nın uğur­lu nü­mu­nə­si­dir. Çün­ki bu məf­ku­rə dil, din, irq, cins fərq­lə­rin­dən ası­lı ol­ma­ya­raq, hər kə­sin şəx­si hü­quq və azad­lıq­la­rı­nı mü­da­fiə edir.
İc­ti­mai və döv­lət ma­raq­la­rı­nın mü­da­fiə­si, ilk növ­bə­də, fər­din və­tən­daş­lıq bor­cu­dur
Şüb­hə yox­dur ki, ic­ti­mai və döv­lət ma­raq­la­rı­nın mü­da­fiə­si, ilk növ­bə­də, fər­din və­tən­daş­lıq bor­cu­dur. Pe­şə­sin­dən, ça­lış­dı­ğı sa­hə­dən ası­lı ol­ma­ya­raq, fər­din öz işi­nə dü­rüst, vic­dan­la ya­naş­ma­sı, bir və­tən­daş ola­raq hü­quq­la­rın­dan ya­rar­lan­ma­ğı ba­car­dı­ğı ki­mi, cə­miy­yət və döv­lət qar­şı­sın­da­kı və­zi­fə­lə­ri­ni də ye­ri­nə ye­tir­mə­si ic­ti­mai ma­raq­la­rın tə­min olun­ma­sın­da mü­hüm fak­tor­dur. O cüm­lə­dən cə­miy­yə­tin hər bir fər­di ki­mi, me­dia nü­ma­yən­də­lə­ri üçün də mil­li mə­na­fe­yin, döv­lət ma­raq­la­rı­nın qo­run­ma­sı baş­lı­ca tə­ləb­lər­dən bi­ri ki­mi çı­xış edir. Bu­nu yal­nız pe­şə mə­su­liy­yə­ti ola­raq qə­bul et­mək doğ­ru de­yil. Bu, ey­ni za­man­da, aid ol­du­ğu­muz xal­qın, və­tən­daş­lı­ğı­nı da­şı­dı­ğı­mız döv­lə­tin qar­şı­sın­da bir və­tən­daş­lıq bor­cu­dur. Heç bir sə­bəb və mə­na­fe bu bor­cu ye­ri­nə ye­tir­mək­dən ya­yın­ma­ğa sə­bəb ola bil­məz. Çün­ki han­sı pe­şə­nin sa­hi­bi ol­ma­ğı­mız­dan ası­lı ol­ma­ya­raq, hər bi­ri­miz ilk növ­bə­də öz döv­lə­ti qar­şı­sın­da hü­qu­qi və mə­nə­vi öh­də­lik­lə­ri olan və­tən­daş­la­rıq. Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin İc­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si Əli Hə­sə­nov da bu mə­qam­la­ra to­xu­na­raq vur­ğu­la­yıb ki, Pre­zi­dent İl­ham Əli­ye­vin yü­rüt­dü­yü si­ya­sə­tin ma­hiy­yə­ti də on­dan iba­rət­dir ki, KİV mət­bua­tın si­vil nor­ma­la­rı əsa­sın­da fəa­liy­yət gös­tər­sin: “Jur­na­list­lə­ri­miz unut­ma­ma­lı­dır­lar ki, on­lar xal­qı­mı­zı, döv­lə­ti­mi­zi təm­sil edir­lər. On­la­rın gün­də­lik jur­na­list fəa­liy­yə­tin­də Və­tə­nə, döv­lə­tə, döv­lət­çi­li­yə bağ­lı­lıq hiss­lə­ri qə­tiy­yən ar­xa pla­na keç­mə­mə­li­dir. Hər bir jur­na­list xal­qın, döv­lə­tin tə­əs­sü­bü­nü çək­mə­li­dir”.
Azər­bay­can mət­bua­tı­nın təc­rü­bə­si mil­li mət­bua­tı­mı­zın mil­li mə­na­fe­yin, döv­lət­çi­lik və ümum­xalq ma­raq­la­rı­nın qo­run­ma­sı ilə bağ­lı bö­yük uğur­la­ra im­za at­dı­ğı­nı söy­lə­mə­yə əsas ve­rir. Hə­lə XIX əs­rin son­la­rın­da öl­kə­miz­də mil­li mət­bu­at nü­mu­nə­lə­ri­nin ye­ni fəa­liy­yə­tə baş­la­dı­ğı dövr­lər­də Azər­bay­ca­nın ta­nın­mış qə­ləm sa­hib­lə­ri və mət­bu­at nü­ma­yən­də­lə­ri məhz xal­qın mə­na­fe­yin­dən çı­xış edə­rək müs­tə­qil­lik ide­ya­la­rı­nın pər­və­riş tap­ma­sın­da, həm­çi­nin cə­miy­yə­tin bu­xo­vu­na çev­ril­miş ge­ri­lik, di­ni xu­ra­fat və fa­na­tiz­min, sa­vad­sız­lı­ğın ara­dan qal­dı­rıl­ma­sı yö­nün­də ta­ri­xi xid­mət­lər or­ta­ya qoy­muş­lar. Son­ra­kı mər­hə­lə­də mət­bua­tın bu fəa­liy­yə­ti da­ha da ge­niş­lən­miş və XX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can xal­qı­nın müs­tə­qil­li­yi­nə na­il ol­ma­sın­da mil­li mət­bua­tı­mı­zın və yük­sək key­fiy­yət­lə­rə ma­lik mət­bu­at ic­ti­ma­iy­yə­ti­nin ro­lu da in­ka­re­dil­məz də­rə­cə­də əhə­miy­yət­li ol­muş­dur.
Bu gün Azər­bay­ca­nın bö­yük uğur­la­ra im­za at­dı­ğı bir şə­ra­it­də də mil­li mət­bua­tı­mı­zın bu in­ki­şa­fa töhfə­lə­ri döv­lə­ti­miz tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ril­mək­də­dir. Heç də tə­sa­dü­fi de­yil ki, 2015-ci il­də mil­li mət­bua­tın ya­ra­dıl­ma­sı­nın 140 il­li­yi mü­na­si­bə­ti­lə Mət­bu­at Şu­ra­sı­nın İda­rə He­yə­ti­nin üzv­lə­ri ilə gö­rü­şün­də də Pre­zi­dent İl­ham Əli­yev mil­li ma­raq­la­rın mü­da­fiə edil­mə­si sa­hə­sin­də mət­bua­tın fəa­liy­yə­ti­ni yük­sək qiy­mət­lən­di­rib. Tə­bii ki, döv­lət baş­çı­sı­nın mil­li mət­bua­tın fəa­liy­yə­ti­nə ver­di­yi be­lə yük­sək qiy­mət jur­na­list­lərin həm də gə­lə­cək fəa­liy­yə­ti üçün bir avans­dır. Çün­ki 25 il­dən çoxdur ki, müha­ri­bə şə­rai­tin­də ya­şa­yan bir öl­kə­nin və­tən­daş­la­rı ola­raq bi­zim bu mə­sə­lə­lər­də mə­su­liy­yə­ti­miz iki­qat da­ha ar­tıq­dır. Nə­zə­rə al­maq la­zım­dır ki, bu gün düş­mən­lə, sa­də­cə, hər­bi cəb­hə­də üz-üzə da­yan­ma­mı­şıq. Er­mə­nis­tan di­as­po­ru və dün­ya er­mə­ni­li­yi­nə xid­mət edən mər­kəz­lər Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin əda­lət­li həl­li­nə ma­ne ol­maq, Azər­bay­ca­nın əzə­li tor­paq­la­rı haq­qın­da ta­ri­xi mə­lu­mat­la­rın sax­ta­laş­dı­rıl­ma­sı və bey­nəl­xalq ic­ti­mai rə­yi çaş­dır­maq is­ti­qa­mə­tin­də da­yan­ma­dan iş apa­rır. Ona gö­rə də beynəlxalq aləm­də, xü­su­si­lə müa­sir kom­mu­ni­ka­si­ya və in­for­ma­si­ya va­si­tə­lə­ri­nin im­kan­la­rın­dan ya­rar­la­na­raq düş­mə­nin təx­ri­bat­la­rı­na qar­şı uğur­lu fəa­liy­yət or­ta­ya qoy­maq, Azər­bay­ca­nın haqq işi­ni mü­da­fiə et­mək bu gün hər bir jur­na­lis­tin gün­də­lik iş prin­si­pi­nə çev­ril­mə­li­dir.
Ey­ni za­man­da, bəl­li mə­sə­lə­dir ki, bu gün Azər­bay­can döv­lə­ti­nin müs­tə­qil si­ya­sə­tin­dən və əl­də et­di­yi nai­liy­yət­lər­dən na­ra­hatlıq ke­çi­rən bir sı­ra an­ti-azər­bay­can­çı, is­la­mo­fob dai­rə­lər var ki, bun­lar da öl­kə­mi­zin bey­nəl­xalq nü­fu­zu­na xə­ləl gə­tir­mək, bir sı­ra hal­lar­da Azər­bay­ca­nı öz yo­lun­dan dön­dər­mək üçün müx­tə­lif kam­pa­ni­ya­lar hə­ya­ta ke­çi­rir, təz­yiq­lər gös­tər­mə­yə ça­lı­şırlar. Bu za­man da mət­bua­tın ro­lu bir da­ha özü­nü qa­ba­rıq şə­kil­də gös­tə­rir. Öl­kə­mi­zin bu ki­mi kam­pa­ni­ya­la­ra qar­şı im­mu­ni­te­ti­ni güc­lən­dir­mək işin­də mil­li mət­bua­tı­mız müs­təs­na ro­la ma­lik­dir. Doğ­ru­dur, bu gü­nə qə­dər “be­şin­ci ko­lon”un tə­si­rin­də olan KİV-lər is­tis­na ol­maq­la, ək­sər mət­bu­at or­qan­la­rı­mız bu iş­də fə­al­lıq və həm­rəy­lik nü­ma­yiş et­dir­mək­də­dir. Tam əmin­lik­lə de­yə bi­lə­rik ki, Azər­bay­can me­dia­sı Qər­bin an­ti-Azər­bay­can kam­pa­ni­ya­sı­na la­zı­mi şə­kil­də sərt ca­vab ve­rir. Bu isə həm də o de­mək­dir ki, Azər­bay­can me­dia­sı ar­tıq döv­lə­ti­mi­zin ma­raq­la­rı­nı həm da­xil­də, həm də xa­ric­də tə­min et­mək gü­cü­nə ma­lik­dir.
Aq­şin ŞA­Hİ­NOĞ­LU,
Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi
İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ke­çir­di­yi mü­sa­bi­qə­yə təq­dim et­mək üçün

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31