Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır
07.07.2017 [09:38]
Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında mətbuatın böyük rolu var
Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında mətbuatın özünəməxsus rolu var. Ölkəmizdə KİV-lə bağlı həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, demokratik prinsipləri özünün başlıca hədəfi seçən Azərbaycan dövləti KİV-in hərtərəfli inkişafına yardım göstərilməsini də bu siyasətin tərkib hissəsi sayır. Hazırda ölkəmizdə informasiya təminatının şəffaflığı üçün lazımi işlər görülür və dövlətin bu istiqamətdə siyasi iradəsi var. Mətbuatın inkişafının və daha səmərəli fəaliyyət göstərməsinin şərtlərindən birinin də dövlət orqanları ilə media arasında münasibətlərin səmərəli şəkildə qurulmasının olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti bu istiqamətdə mühüm addımlar atıb. Eyni zamanda, ölkəmizdə dövlət qurumları ilə media arasında münasibətlərin səmərəli qurulması istiqamətində güclü qanunvericilik bazası formalaşdırılıb, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və onların KİV-lə münasibətlərinin tənzimlənməsi üçün müvafiq addımlar atılır.
Ümumiyyətlə, müasir informasiya cəmiyyətində kütləvi informasiya vasitələrinin, o cümlədən mətbuatın ictimai həyatdakı rolu gündən-günə artmaqdadır. Bu baxımdan, Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra ölkədə ictimai tələblərə cavab verən, müasir, müstəqil medianın formalaşmasına böyük ehtiyac yaranmışdı. Lakin bildiyimiz kimi, zəngin ənənələrə və böyük inkişaf yoluna malik olan milli mətbuatımız müstəqilliyin ilk illərində tənəzzülə uğradı. Bu dövrdə qəbul olunan mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam dövlət sirrinin qorunmasından çox hakimiyyətin cinayətkar əməllərini gizlətmək məqsədi daşıyırdı.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuatda da köklü dəyişiklik yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra baş verdi. Müstəqil Azərbaycanda milli mətbuatın inkişafına maddi və mənəvi yöndə dəstəyin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən etibarən qarşıya qoyduğu məqsədlərdən biri də mətbuatın inkişafına əngəl törədən bütün maneələri aradan qaldırmaq idi. Hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mətbuatın inkişafının qayğısına qalan Ümummilli lider müstəqil Azərbaycanın ictimai həyatında azad və inkişaf edən mətbuatın roluna xüsusi əhəmiyyət verirdi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan senzura aradan qaldırıldı. Senzuranın ləğvi ilə Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiya toplaması üçün lazımi hüquqi-normativ baza yaradıldı. Bununla da, Azərbaycan mətbuatının tamamilə müstəqil şəkildə inkişaf etməsi üçün əlverişli mühit formalaşdırıldı.
Qeyd edək ki, Ulu öndərin media siyasətinin uzaqgörənliyi həm də ondan ibarət idi ki, dövlət nəzarətinin ləğv olunması heç də dövlətin KİV-in inkişafına laqeyd münasibəti anlamına gəlmədi. Əksinə, dövlət müstəqil medianın inkişafına, maddi-texniki təminatına, reklam bazarının formalaşmasına daha çox dəstək verməyə başladı. Senzuranın ləğvindən sonra mətbuatın daha sürətli inkişafına təkan vermək məqsədilə bir-birinin ardınca mühüm qərarlar qəbul olundu. Mətbuatın bir sıra problemlərinin həlli istiqamətində fəaliyyətin həyata keçirilməsi üçün 2003-cü il martın 15-də Mətbuat Şurası yaradıldı. Eyni zamanda, mətbuatın müstəqil inkişafına şərait yaratmaq, bu məqsədlə də mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması üçün bir sıra müstəqil qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması, əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Sərəncam imzalandı.
Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər sırasında söz və məlumat azadlığının daha da genişləndirilməsinə xidmət edən addımlar, o cümlədən mətbuatın inkişafına göstərilən qayğı xüsusi olaraq dəyərləndirilməlidir. Dövlət başçısının Fərman və sərəncamlarına uyğun olaraq, 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi hesabına ödənildi, kütləvi informasiya vasitələrinə maddi yardımlar edildi. Prezident İlham Əliyevin 2008-ci ilin 31 iyulunda imzaladığı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası mətbuat-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsində müstəsna rola malik oldu. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması ilə bağlı imzalanan Fərman mətbuatın dövlət dəstəyindən bəhrələnərək müstəqil inkişafını təmin etdi. Fond həyata keçirdiyi irimiqyaslı layihələrlə Azərbaycanda KİV-in inkişafına xeyli maddi və mənəvi dəstək göstərib. Azərbaycan mətbuatının 130, 135 və 140 illik yubileylərində fəaliyyəti ilə seçilən jurnalistlər ali dövlət mükafatları ilə təltif olunub, media nümayəndələrinin fəaliyyəti daha da stimullaşdırılıb. Eyni zamanda, hər il, demək olar ki, milli mətbuat günü ərəfəsində mətbuat orqanlarına dövlət tərəfindən maliyyə yardımı göstərilir. Bu sahədə görülən mühüm tədbirlərdən biri kimi isə Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə ölkəmizdə dünya təcrübəsində müşahidə olunmayan addım atılıb. Belə ki, milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə jurnalistlərin mənzillərlə təmin olunmasını nəzərdə tutan Sərəncamın icrası yönündə görülən işlərin ilkin nəticəsi olaraq 2013-cü il iyulun 22-də, Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli binanın açılışı olub və 155 jurnalist evlə təmin olunub. Dünyada bənzəri olmayan bu addım və görülən digər işlər informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə dövlətin medianın fəaliyyətinə və inkişafına göstərdiyi dəstək, jurnalistlərin əməyinə verdiyi yüksək qiymətdir. Hazırda bu ənənə davam etdirilir. Sözügedən binanın açılış mərasimində Prezident İlham Əliyev jurnalistlər üçün yeni, 255 mənzilli binanın təməlini qoydu. Bu il 22 iyul - Milli Mətbuat Günündə həmin binanın da açılışının olacağı gözlənilir.
Heç şübhəsiz, demokratik, azad cəmiyyətin formalaşmasını qabaqcıl ideyaların daşıyıcısı olan mətbuatsız təsəvvür etmək mümkün deyil. Milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı Prezident İlham Əliyev ölkəmizdə azad mətbuatın fəaliyyətini demokratiyanın əsas əlamətlərindən biri kimi səciyyələndirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb: “Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir”.
Bütövlükdə, milli mətbuat ölkənin demokratik inkişafına özünəməxsus töhfələr verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı”.
Yeri gəlmişkən, Azərbaycanda demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, mətbuatın da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. Ümumiyyətlə, Azərbaycan mətbuatının hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin mediaya yüksək səviyyəli diqqəti və mətbuat nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına strateji töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur. Beləliklə, dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ölkə mediası müasir çağırışlara adekvat cavab verməklə səmərəli fəaliyyət mexanizmi formalaşdırıb və öz üzərinə düşən vəzifələri yerinə yetirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır: “İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Nardar BAYRAMLI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

