Bakı Ali Neft Məktəbində ilk “Məzun günü” keçirilib
15.07.2017 [10:28]
Bakı Ali Neft Məktəbində (BANM) ilk “Məzun günü” keçirilib.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz, təhsil nazirinin müavini Firudin Qurbanov, SOCAR və BP şirkətlərinin rəsmiləri və müəssisələrinin rəhbərləri, ali məktəblərin rektorları, transmilli şirkətlərin nümayəndələri, Böyük Britaniyanın Heriot-Watt Universitetinin nümayəndələri, ali məktəbin professor-müəllim heyəti, məzunlar və valideynlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2017-ci il mayın 1-də keçirilən BANM-in yeni kampusunun açılışına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
BANM-in rektoru Elmar Qasımov məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib onlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə olan qayğısı nəticəsində ölkəmizdə hər sahədə, eləcə də, ali təhsil ocaqlarında onların yüksək səviyyəli təhsil almaları üçün hər cür şərait yaradılıb. “Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrin ölkəmizin intellektual gəncliyinin BANM-dən məzun olmaları bizim üçün qürurverici hadisədir”, - rektor vurğulayıb.
Elmar Qasımov BANM-in məzunlarının uğurlarından söhbət açaraq, qeyd edib ki, ali məktəbin bir sıra məzunu dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin magistratura pilləsinə təqaüd qazanmaqla daxil olublar. Digərləri isə SOCAR-Türkiyə, Star Refinery, BP və bu kimi transmilli şirkətlərə işə qəbul olunublar.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev BANM-in ilk məzunlarını təbrik edərək onlara Azərbaycanın milli təhsil brendi olan Bakı Ali Neft Məktəbin ənənələrini davam etdirib yüksək səviyyəli bir neft-qaz mütəxəssisi olacağını arzulayıb. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan vəzifələr, “Biz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsi artıq yerinə yetirilir və siz gənclər Azərbaycanın gələcəyini quran mütəxəssislər kimi yetişəcək, gələcək inkişafımız üçün yüksək səviyyədə sənayemizi inkişaf etdirəcəksiniz”, - deyə SOCAR-ın prezidenti bildirib.
BP şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz ali məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin ali məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov BANM-in tələbələrini “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. O, ingilisdilli yüksəkixtisaslı mütəxəssislər hazırlayan BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib. F.Qurbanov vurğulayıb ki, ali təhsilli mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, ölkəmizə sədaqətlə xidmət edəcəklər.
Heriot-Vatt Universitetinin dekanı və Mühəndislik və Təbiət elmləri institutunun rəhbəri Piter Kyu BANM-in məzunlarını təbrik edərək onlara gələcək karyeralarında uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb. O, ali məktəbin məzunlarının Azərbaycanın gələcəkdə mühəndislik sahəsində ən peşəkar kadrları olacağına əminliyini vurğulayıb.
“Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam edib. 2016/2017-ci tədris ilində ali məktəbinin 102 məzunu BANM-in və Heriot Vatt Universitetinin diplomlarını alıb. Xatırladaq ki, Şotlandiyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında iki diplom layihəsi çərçivəsində mütəxəssis hazırlığı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində ali məktəbdə bakalavriat səviyyəsində “Neft-qaz mühəndisliyi “ və “Kimya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir.
Daha sonra “Kimya mühəndisliyi” ixtisası üzrə birinci olan Əhməd Qələndərli və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə birinci olan İbrahim Məmmədov plaketlə təltif olunublar. İbrahim Məmmədovun adı simvolik kötüyə həkk olunub.
Məzunların doğma Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq duyğularını Fəhmin Hüsüzadə və Fidan Səlimzadə çatdırıblar. Onlar, BANM-də təhsil alan məzunların layiqli kadrlar kimi yetişməsində zəhməti olan hər kəsə minnətdarlığını bildiriblər. Valideynlər adından çıxış edən, “Kimya mühəndisliyi” ixtisası üzrə məzun Kəmran Əliyevin atası - Faiq Əliyev BANM-in rəhbərliyinə, professor və müəllimlərinə gənc nəslin təlim və tərbiyəsində sərf etdikləri əməyə görə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində Bakı Kaledoniya Cəmiyyəti və Azərbaycanın tanınmış kollektivlərindən biri olan “Natiq” ritm qrupunun çıxışları ilə məzunları təbrik ediblər. Sonda mantiya geyinmiş məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

