Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mətbuat Şurasında fransalı jurnalistlərlə görüş keçirilib

Mətbuat Şurasında fransalı jurnalistlərlə görüş keçirilib

29.07.2017 [10:59]

Fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon və köməkçisi Fransuaz Nikola Azərbaycan Mətbuat Şurasında olublar.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, sədr, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, Şura yalnız Azərbaycanda deyil, ümumən postsovet məkanında medianın ilk özünütənzimləmə qurumudur. Onun başlıca missiyası kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir.
Ölkəmizdə medianın hazırkı durumu ilə bağlı ətraflı söhbət açan Əflatun Amaşov, habelə söz və ifadə azadlığı məsələləri ətrafında müqayisələr aparıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Mətbuat Şurasının sədri Azərbaycanda media fəaliyyətinə, eləcə də Şuranın iş prinsiplərinə dair sualları da cavablandırıb.

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31