Bu il AMEA-nın magistraturasına 67 nəfər qəbul olunub
15.09.2017 [10:27]
Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Bilik gününə həsr olunmuş toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyada magistratura təhsilinin təşkilinin elm və təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biri olduğunu qeyd edib. Elm və təhsilin inteqrasiyasının ölkəmizin inkişafında mühüm rol oynadığını diqqətə çatdıran AMEA-nın rəhbəri biliklər cəmiyyətində ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının ölkədə təhsilin və elmi tədqiqatların səviyyəsinin artırılmasına xidmət etdiyini vurğulayıb. AMEA-da magistratura təhsilinin əsasının qoyulması ilə bağlı kompleks tədbirlərdən danışan A.Əlizadə bu sahədə görülən işlərin ölkə daxilində və beynəlxalq əməkdaşlıq səviyyəsində həyata keçirildiyini qeyd edib. Akademik iki il öncə fəaliyyətə başlayan magistratura pilləsinin AMEA-nın elmi müəssisələrində təhsil alan gənclərin gələcək fəaliyyətlərinə müsbət təsir göstərdiyini bildirib.
Sonra AMEA-nın magistraturasına qəbulun nəticələri barədə Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov məlumat verib. 2017/2018-ci tədris ili üçün 17 instituta 12 ixtisas, 39 ixtisaslaşma üzrə 67 magistrantın daxil olduğunu deyən Ə.Sadıqov bu il AMEA-nın magistraturasına qəbul olunmaq üçün müsahibədə ümumilikdə 1742 bakalavrın iştirak etdiyini diqqətə çatdırıb. Gənclərin elmə marağının artdığını qeyd edən idarə rəisi bildirib ki, müsahibə zamanı bir plan yerinə ən çox sənəd verilən İdarəetmə Sistemləri İnstitutu, qəbul zamanı ən yüksək nəticə göstərən magistrant isə İnformasiya Texnologiyaları İnstitutu olub.
Daha sonra Akif Əlizadə AMEA-nın magistrantlarına tələbə biletləri, qiymət kitabçaları, eyni zamanda, internetdən və elektron dərs vəsaitlərindən sərbəst istifadə üçün planşet təqdim edib.
Tədbirdə Dilçilik İnstitutunun məzunu Aynur İmanova, Riyaziyyat və Mexanika İnstitutunun ikinci kurs magistrantı Yetər Fərhadova, İnformasiya Texnologiyaları İnstitutunun birinci kurs magistrantı Qalib Sarayev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birinci kurs magistrantı Reyhan Məmmədova da çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42

