Üzeyir Söyləməz: Marafon çox yüksək səviyyədə təşkil edilmişdi
19.09.2017 [10:07]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə marafonu-2017”nin qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, marafonda kişilər arasında birinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz çıxıb.
Jurnalistlərə müsahibəsində Gəncədə belə bir yarışda qalib gəlməyin qürurverici olduğunu bildirən Üzeyir Söyləməz marafonun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Bundan əvvəl “Bakı marafonu”nda iştirak etdiyini, ikinci yerə çıxdığını deyən Ü.Söyləməz Azərbaycan xalqının qonaqpərvərliyini, azarkeşlərin idmançılara verdiyi dəstəyi çox yüksək qiymətləndirib.
Türkiyəli idmançı deyib: “Uzun illərdir qaçışla məşğulam və müxtəlif yarışlarda iştirak edirəm. Bu yarışa yaxşı hazırlaşmışdım. Ümid edirəm ki, “Gəncə marafonu” gələcəkdə daha çox iştirakçını əhatə edəcək. Türkiyəni təmsil edərək qardaş ölkədə bu marafona qatılmaq və qalib gəlmək mənim üçün çox qürurvericidi. Havanın isti olmasına baxmayaraq, heç bir çətinlik hiss etmədim. Çünki marafon çox yüksək səviyyədə təşkil edilmişdi. Finiş xəttinə yaxınlaşdıqda hər kəsin alqışları ilə qarşılandım. Bu cür səmimi və mehriban tamaşaçıları hər ölkədə görmək olmur. Bu gündən Gəncə mənə qalibiyyət bəxş edən, çoxlu dostlar qazandıran, eləcə də xatirələrimdə daim yaşayacaq əziz bir şəhərə çevrildi”.
Qeyd edək ki, saat 10:00-da Zəfər Tağı önündən start götürən marafonda iştirakçılar 17 kilometr məsafə qət ediblər. Yarışın finişi Heydər Əliyev Park Kompleksində olub. Yarışa respublikamızın bölgələrindən, həmçinin Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrdən, ümumilikdə, 11 mindən çox insan qatılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22

