Azercell-in uğurlu fəaliyyəti beynəlxalq qurumların diqqətində
22.08.2018 [09:20]
Azercell “İlin Telekommunikasiya Şirkəti” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” adını qazandı
Abunəçilərinə təklif etdiyi keyfiyyətli xidmət, etibarlı şəbəkə, sərfəli kampaniyalar və eyni zamanda həyata keçirdiyi çoxsaylı sosial layihələr “Azercell Telekom” MMC-yə daha bir beynəlxalq mükafatı qazandırıb. Şirkət beynəxalq aləmdə nüfuzlu ödül kimi qəbul edilən “Stevie” Beynəlxalq Biznes Mükafatında 2 nominasiya üzrə qalib olub. Dünyanın 200-dən çox mötəbər biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin iki aydan çox müddətdə apardığı qiymətləndirmə nəticəsində topladığı yüksək ortalama bala əsasən “İlin Telekommunikasiya Şirkəti” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc “Stevie” mükafatına layiq görülüb.
Azercell-in Korporativ Sosial Məsuliyyət və eyni zamanda İnsan Qaynaqları sahəsində həyata keçirdiyi layihələr “Stevie” mükfatında qalibi olmağa əsas verib. Fəaliyyət göstərdiyi 21 il ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ölkədə sahibkarlığın, təhsilin inkişafına, uşaq hüquqlarının qorunmasına yönəlik müxtəlif sosial layihələrin həyata keçirilməsinə, 20 milyon ABŞ dollarından yuxarı vəsait sərf edib. 2017-ci ildə Azercell-in xüsusilə Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər xarici ekspertlər tərəfindən uğurlu fəaliyyət kimi dəyərləndirilib. Belə ki, İnternetin insanın gündəlik həyatına artan təsirini, xüsusilə də internetdə uşaqların müdafiəsinin vacibliyini nəzərə alaraq, Azercell Telekom orta məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda açıq təlimlər həyata keçirir, kiber təhlükəsizliyə dair müxtəlif yaş təbəqəli insanlar üçün “Azercell Plus Təhlükəsizlik” proqramı çərçivəsində eksklüziv tətbiqlər təqdim edir (https://www.azercell.com/az/personal/services/partner_services/safety/).
“Stevie” beynəlxalq mükafatının münsiflər heyətini Azercell-in xeyrinə səs verməyə vadar edən səbəblərdən biri də şirkətin 2017-ci ildə “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunmasında davamlı inkişafa görə MDB məkanında ilk və yeganə QIZIL sertifikatı qazanması oldu.
Məlumat üçün bildirək ki, “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin qiymətləndirilməsidir.
Qeyd edək ki, “Azercell Telekom” MMC “Stevie” mükfatında 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə “İlin İctimaiyyətlə Əlaqələr Şirkəti”, 2012-də ətraf mühitin qorunmasına xidmət edən “Karbon Kalkulyator” layihəsinə görə “İlin Kreativ Komandası”, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu (“Bölgə” tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə), 2016-cı ildə isə “İlin telekommunikasiya şirkəti” nominasiyalarının qalibi olub.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

