/ / Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
22.08.2018 [09:29]
Avqustun 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimat mərasimi keçirilib. “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” kitabının həmmüəllifləri Şamil Süleymanov və Vladimir Mişindir. “Fədakarlar gərəkdir” kitabının həmmüəllifləri isə Şamil Süleymanov və Şövkət Kərəmovadır.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov təqdimat mərasimində çıxış edərək hər iki kitabın Azərbaycan oğullarının xüsusi xidmət orqanlarındakı fədakar əməyindən bəhs etdiyini bildirib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycanda gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də fəallığı ilə seçilir. Bu işdə DTX-nin veteranlarının, xüsusilə Şamil Süleymanovun rəhbərlik etdiyi “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin əməyi danılmaz və təqdirəlayiqdir.
Sonra hər iki nəşr haqqında məlumat verilib.
Bildirilib ki, “Fədakarlar gərəkdir” kitabında kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin təcrübəsi olan, əqidəsinə sadiqliyi ilə seçilən xüsusi xidmət orqanı veteranı, dəyərli ziyalı Şamil Süleymanovun mənəvi keyfiyyətlərindən, şərəfli xidmət yolundan bəhs olunur. Nəşrdə Ş.Süleymanovun Ulu öndər Heydər Əliyev ilə ilk tanışlığı, dahi şəxsiyyətin rəhbərliyi altında bu çətin xidmətdə yüksək keyfiyyətlərə yiyələnməsi, onun kəşfiyyatçı kimi iştirak etdiyi əməliyyatlar, habelə hazırkı ictimai fəaliyyəti və rəhbərlik etdiyi veteranlar təşkilatının gördüyü işlər barədə söhbət açılır.
Qeyd olunub ki, “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” romanı 1980-ci illərdə inkişaf etmiş Avropa ölkələrindən birində cərəyan edən real hadisələr əsasında yazılıb. Romanın Azərbaycan dilində nəşrinin redaktoru və rus dilindən tərcüməçisi yazıçı Azər Hacıbəylidir. Rus dilində variantı 2013-cü ildə işıq üzü görən romanın “Ön söz”ünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir. Kitabda Ş.Süleymanovun bilavasitə iştirakçısı olduğu real hadisələr yüksək dəqiqliklə oxuculara çatdırılır. Əsərin qəhrəmanının müvəffəqiyyət qazanmasının əsasında onun peşəkarlığı ilə yanaşı, yüksək istedadı da durur.
Tədbirdə “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin sədr müavini Azər Qarayev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov, yazıçı Azər Hacıbəyli, uzun müddət milli təhlükəsizlik sistemində xidmət etmiş ehtiyatda olan polkovniklər Əliheydər Dadaşov, Sücəddin Abdullayev, polis orqanları veteranı, yazıçı Georgi Zapletin, veteranlar və başqaları çıxış edərək böyük və şərəfli həyat yolu keçən, zəngin bilik və təcrübəsini gənc nəslə öyrətmək işində yorulmadan çalışan Şamil Süleymanovun fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə görə ona minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər bu sanballı əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasında önəmini xüsusi vurğulayıblar. Bu kitabların gələcəkdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında tədris vəsaiti kimi istifadəsinin əhəmiyyəti qeyd olunub.
Şamil Süleymanov çıxış edərək Respublika Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çalışdığı illərlə bağlı xatirələrini bölüşən Şamil Süleymanov Ümummilli liderin uzaqgörən siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin dönməz xarakter aldığını, Azərbaycanın mühüm uğurlar qazanaraq regionun lider dövlətinə çevrildiyini vurğulayıb.
Veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şamil Süleymanov Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu deyib və bu sahədə fəaliyyət göstərən hər bir şəxsə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

