/ / İcbari tibbi sığortanın tətbiq olunduğu pilot rayonlarda 370 mindən çox sakinə xidmət göstərilir
İcbari tibbi sığortanın tətbiq olunduğu pilot rayonlarda 370 mindən çox sakinə xidmət göstərilir
30.08.2018 [09:16]
Avqustun 29-da “Caspian European Club” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə biznes-forum keçirib.
AZƏRTAC xəbər verir ki, şirkət rəhbərlərinin, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Qonaqları salamlayan Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev iştirakçıları Azərbaycan Respublikasının Hökumətinin və “Caspian European Club”-un dəstəyi ilə sentyabrın 20-də keçiriləcək VII Beynəlxalq Caspian Energy Forum Baku-2018-də iştirak etməyə dəvət edib.
O deyib: “1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Xəzər-Qara dəniz regionunun neft və qeyri-neft sektorunun inkişafına təkan verən “Əsrin müqaviləsi” imzalanıb. Xəzərin enerji resursları hesabına Avropanın enerji təhlükəsizliyinin təminatının əsası da məhz o zaman qoyulub. Bununla əlaqədar olaraq, hər il eyni vaxtda Caspian Forum Bakıda təşkil edilir”.
Sonra Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək bildirib ki, ölkəmizdə artıq ikinci ildir pilot layihələr həyata keçirilir. İlk olaraq pilot layihə Mingəçevir və Yevlax rayonlarında tətbiq edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Ağdaş rayonu pilot rayonlar siyahısına daxil edilib. Hazırda həmin pilot ərazilərdə 370 mindən çox sakinə xidmət göstərilir. Layihə çərçivəsində pilot rayonlarda görülən tədbirlərdən danışan sədr həmin ərazilərdə agentliyin tabeçiliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin strukturlarının yeniləndiyini, diaqnostik laboratoriyalarının yenidən qurulduğunu, İlkin Səhiyyə Xidmətinin təşkil edildiyini, ailə sağlamlıq mərkəzlərinin yaradıldığını xüsusilə vurğulayıb. Pilot tibb müəssisələrinin idarəedilməsi üçün xəstəxanalarda elektron sistemin geniş tətbiqinə başlanıldığını qeyd edən Z.Əliyev agentlik tərəfindən yeni elektron xidmətin istifadəyə verildiyini də söyləyib.
Sədr deyib: “Birinci il biz kəmiyyətə daha çox üstünlük verir, əhalinin səhiyyəyə əlçatanlığını təmin etməyə çalışırdıq. Lakin ikinci ildə biz keyfiyyətə fikir verməyə başladıq və hazırda o istiqamətdə bir çox işlər görülür. Görülən bu kimi tədbirlərlə bağlı pilot ərazilərdə bir neçə istiqamətdə məmnunluq sorğuları keçirilib. İlkin nəticələrə əsasən əhali icbari tibbi sığortanın tətbiqindən məmnundur. Bundan əlavə, icbari tibbi sığortanın keçid dövrü ilə bağlı planlar hazırlanır. Ölkə başçısının Sərəncamı ilə icbari tibbi sığortanın keçid dövrünün uğurlu olması üçün konsultant cəlb olunub. Keçid dövrü haqqında yol xəritəsi də hazırlanıb. Tibb müəssisələrində də bu məqsədlə hazırlıq işlərinə başlanılıb”.
Z.Əliyev növbəti beş il ərzində icbari tibbi sığortanın bütün Azərbaycan ərazisində mərhələli şəkildə tətbiq edilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Sığorta haqları haqqında da məlumat verən Agentliyin İdarə Heyətinin sədri məbləğin təxminən 120 manat olduğunu deyib. O, hər bir vətəndaşın ayda 10 manat ödəməklə sığortalı hesab olunacağını qeyd edib: “Lakin əlillər, uşaqlar, təqaüdçülər və aztəminatlı ailələrin sığorta haqlarını dövlət öz üzərinə götürüb. İşləyən təbəqə sığorta haqlarını hissə-hissə ödəyə bilər. Sərbəst məşğul əhalinin də sığorta haqlarını hissə-hissə ödəməsinə imkan yaradılacaq”.
Biznes-forum çərçivəsində “Caspian European Club”-un şirkətləri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı suallar səsləndirib, həmçinin agentliklə aktiv dialoqun davamı üçün təkliflər irəli sürüblər.
Sonra Z.Əliyevə “Caspian European Club”-un fəxri üzvü sertifikatı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

