“Aşura” mərasimlərində ənənəvilik və müasirlik prinsiplərinə riayət olunmalıdır
06.09.2018 [09:31]
Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Lənkəran Şəhər və Masallı Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirələrdə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərdə DQİDK-nın, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Lənkəranda keçirilən seminar-müşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Taleh Qaraşov Lənkəranda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışıb, İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını bildirib.
Qeyd olunub ki, hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər formalaşıb. Bu mərasimlərin icrasında müəyyən dəyişikliklər olsa da, onların əsas məzmunu qalmaqdadır.
Azərbaycanda milli ruhun yüksəlməsində Ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli liderin ölkəmizdə formalaşdırdığı azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, əsası Ulu öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu söyləyən M.Qurbanlı Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərini azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlandığını diqqətə çatdırıb.
Qeyd olunub ki, dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi və həyat tərzimizi əks etdirməlidir. Dini mərasimlər arasında Məhərrəmlik mərasimləri də tarixi adət-ənənələrimizə söykənir. Müsəlman dünyasında Məhərrəm ayının başlanması və “Aşura” günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının “Fətva” verdiyini deyən komitə sədri Məhərrəmlik mərasimləri zamanı “Fətva”nın müddəalarına ciddi riayət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında qeyd edib ki, ölkəmizin cənub bölgəsinin əhalisi həmişə dövlətimizə və dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq olub.
Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu qeyd edən A.Paşazadə müstəqillik illərində dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahəyə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini söyləyib.
QMİ-nin Qazılar Şurasının “Fətva”sı barədə məlumat verən Şeyxülislam Allahşükür Paşazadə “Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını deyib.
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Sərhad Məmmədov rayonda dini mərasimlərin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə, adət-ənənələrimizə ciddi riayət olunduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Həmin gün Masallıda eyni mövzuda keçirilən seminar-müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, DQİDK-nın sədri Mübariz Qurbanlı, QMİ-nin sədri Allahşükür Paşazadə, Masallı şəhərindəki “Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov çıxış ediblər.
Müzakirələr zamanı dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə riayət olunması ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
Seminar-müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Milli Məclisin deputatları Cavanşir Paşazadə və Nəriman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak ediblər.
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

