/ / Bakıda “Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib
Bakıda “Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib
28.09.2018 [09:26]
Sentyabrın 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK və Gənclər Fondunun rəhbərliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, QHT nümayəndələri və gənclər iştirak ediblər.
DQİDK-nın sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxlayır. Milli-mənəvi dəyərlərimizə dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və sair bu kimi önəmli məfhumlar daxildir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcək. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. Dövlət Komitəsinin sədri dövlət başçısı tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını bu sahəyə diqqət və qayğının növbəti nümunəsi adlandırıb. Fondun Azərbaycan xalqına məxsus mənəvi və milli dəyərlərin gənc nəslə daha geniş şəkildə çatdırılması istiqamətində işlər həyata keçirdiyini deyib.
Milli-mənəvi dəyərlərimizi təhdid edən müxtəlif amillərlə də rastlaşdığımızı bildirən M.Qurbanlı onların xarici təsirlərə məruz qaldığını qeyd edib. Bu dəyərlərin qorunmasının və gənc nəslə çatdırılmasının ən ümdə vəzifələrdən biri olduğunu deyən DQİDK sədri bu istiqamətdə gənclər təşkilatlarının da fəallıq göstərməsinin önəminə toxunub. O, tarixdən gələn bu xüsusiyyətlərin gələcək nəsillərə ötürülməsi sahəsində müvafiq qurumların həyata keçirdiyi tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu söyləyib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında informasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda mənəvi dəyərlərin qorunması işinin bir qədər mürəkkəbləşdiyini qeyd edib. F.Cəfərovun sözlərinə görə, dünyada gedən proseslərə diqqət yetirdikdə görmək olur ki, bütün münaqişələrin kökündə mənəvi dəyərlərin təbliği işinin düzgün aparılmaması durur. O əlavə edib ki, Ulu öndər Heydər Əliyev mənəvi dəyərlərin təbliği və təşviqi sahəsində mühüm siyasət yürüdüb. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. F.Cəfərov onu da vurğulayıb ki, Gənclər Fondu bu istiqamətdə gənclər təşkilatlarının yüzlərlə layihəsinə dəstək verir.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov bildirib ki, təmsil etdiyi qurumun fəaliyyət istiqamətinin əsas hissəsini bu ali dəyərlərin təbliği təşkil edir. Dövlətin bu sahəyə xüsusi diqqət və dəstək verdiyini bildirən S. Həsənov Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının, din xadimlərinə maddi dəstək göstərilməsin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli qeyd edib ki, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. O, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Bu istiqamətdə müvafiq qurumların fəaliyyət göstərdiyini, dövlət proqramlarının qəbul edildiyini bildirib. Milli-mənəvi dəyərlərin təbliğində gənclərin potensialından istifadənin əhəmiyyətinə toxunan Aydan Kərimli bu sahədə gənclər təşkilatlarını fəal olmağa çağırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, DQİDK yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov çıxışlarında bildiriblər ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyükdür. Çıxışlarda o da vurğulanıb ki, informasiya texnologiyalarının sürətli inkişafı müsbət dəyişikliklərlə yanaşı, milli-mənəvi dəyərlər sistemini təhlükə altına alır. Natiqlər, eyni zamanda, milli-mənəvi dəyərlərin təbliği istiqamətində sosial şəbəkələrin imkanlarından istifadənin, qısametrajlı filmlərin çəkilməsinin önəminə toxunublar.
Konfrans milli-mənəvi irsimizin düzgün təbliği və bu sahədə gənclər təşkilatlarının üzərinə düşən vəzifələrin müzakirəsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

